"Bakını inkişaf edən Azərbaycanın vitrini adlandırmaq olar" - RƏY

"Bakını inkişaf edən Azərbaycanın vitrini adlandırmaq olar" - RƏYNoyabrın 4-də Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib. Prezident İlham Əliyev Bakı şəhərinin inkişafının daim diqqət mərkəzində olduğunu və şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət etdiyini bildirib. Dövlət başçısı şəhərin ekoloji vəziyyətinin yaxşılaşmasından və bir çox önəmli layihələrin icra edilməsindən də danışıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Report"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən söylədiyi fikirlər təkcə Bakıya deyil, Azərbaycanın bütün şəhər və rayonlarının inkişaf perspektivinə dair çox ciddi dövlət proqramı kimi qəbul edilə bilər: "Əvvəla, şəhərsalma ilə bağlı atılan bütün addımlar insanların rahatlığına xidmət etməlidir. Göründüyü kimi, qəbulda cənab Prezident Bakıda binalarda yeni liftlərin quraşdırılması, nümunəvi məhəllələrin yaradılması, şəhərin görünüşünə xələl gətirən binaların bərpası və binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı məsələlərə toxunub. Həmçinin yeni yaşayış kvartallarının salınması məsələsinə məsuliyyətli yanaşılma qoyuldu. Prezident tapşırıq verdi ki, insanlar incidilməsin, yeni binaların inşası yaşayış olan binaların sakinlərinə problem yaratmasın. Bu, çox ciddi məsələdir. Şübhəsiz ki, Prezidentin tapşırıqları ciddi şəkildə nəzərə alınacaq. Biz artıq tamamilə yeni bir Bakının yaranmasının şahidi olacağıq. Birmənalı şəkildə deyə bilərik ki, Bakının gözəlləşməsi, turistlərin istirahət etməsi və yaşayış üçün rahat bir məkana çevrilməsi bu gün ümumdövlət strategiyası olaraq qarşıya qoyulub. Bunu həyata keçirmək üçün dövlət başçısının iradəsi və ciddi proqramı var. Bunları yerinə yetirmək üçün isə məmurlardan və məsul şəxslərdən çox ciddi işlər tələb olunur".
"Bakını inkişaf edən Azərbaycanın vitrini adlandırmaq olar" - RƏYDeputat hesab edir ki, Bakı bu gün hər bir azərbaycanlının sevimli şəhəridir: "Bakıda doğulub-doğulmamağından, burada yaşayıb-yaşamamağından asılı olmayaraq hər bir şəxsin doğma şəhəridir. Çünki Bakı paytaxtımız olmaqla yanaşı, həm də tarixi mərkəzimizdir. Azərbaycanın bir çox tarixi hadisələri məhz bu şəhərlə bağlı olub. Eyni zamanda, Bakını inkişaf edən ölkəmizin bir vitrini də adlandırmaq olar. Hər bir nəsil Bakının inkişafına öz töhfəsini verməyə başlayıb. Həm ulu öndər Heydər Əliyev, həm Prezident İlham Əliyev Bakının inkişafına xüsusi diqqət yetiriblər. Prezidentimizin Bakının modernləşdirilməsində, tarixi simasının saxlanılmasında xüsusi xidməti var. Hava limanından şəhərədək şəhərin görünüşü Bakı haqqında ətraflı məlumat verir. Bakıda parkların qorunub-saxlanılması, yeni parkların istifadəyə verilməsi, yeni binaların rayonlaşma üzrə inşası, tarixi binaların qorunub-saxlanılması, əhalinin həm yaşayışı, həm də istirahəti üçün şəraitin yaradılması – bütün bunlar hamısı cənab Prezidentin birbaşa tapşırığı və göstərişi vasitəsilə həyata keçirilib. Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Biz bunu gündən-günə artan turist axını ilə də açıq-aydın müşahidə edirik. Həmçinin yolların genişləndirilməsi, avtomobil parklarının yaradılması, şəhərin ekoloji vəziyyətinin qorunub-saxlanılması xüsusi diqqət və qayğının nəticəsidir".

"Bakını inkişaf edən Azərbaycanın vitrini adlandırmaq olar" - RƏYA.Mirzəzadə vurğulayıb ki, bu gün Bakıda zamanını yaşamış müəyyən sayda binalar var: "Vaxtı gələndə o binalar da söküləcək və yerində gözəl binalar inşa ediləcək. Təbii ki, bu söküntüyə qədər həmin binalara diqqət göstərilməlidir. Bu diqqət fasadların yenilənməsi, dam örtüyünün dəyişdirilməsi, ehtiyac olduğu təqdirdə kommunikasiyanın yenilənməsi məsələsi ilə həyata keçirilir. İnsanlar rahat bir məkanda yaşadıqlarının fərqinə varmalıdır. Nümunəvi məhəllələrə gəlincə isə bilirik ki, paytaxımızda neçə-neçə məhəllələr abadlaşdırılıb və sakinlərin istifadəsinə verilib. Orada uşaqların oynaması üçün şərait yaradılıb. Şübhəsiz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin Bakıda nümunəvi məhəllələrin yaradılması prosesində fəal iştirakı göz qabağındadır. Ümumən, hər bir problemin diqqətdə saxlanılması və həll edilməsi üçün ciddi işlər görülməsi göz önündədir".

Deputat bir zamanlar kirayədə yaşadığı evin yerləşdiyi məhəllədən keçərkən oranı tanımadığını bildirib: "Bir müddət əvvəl vaxtilə kirayədə yaşadığım evin yerləşdiyi məhəllədən keçirdim. Təsəvvür edin ki, mən həmin məhəlləni tanıya bilmədim. Çünki mən o məhəllədə idman meydançası, yeni oturacaqlar, yaşıllaşdırılmış zolaqlar, görüntüyə xələl gətirən köşklərin götürülərək səliqə ilə kənara düzülməsini gördüm. Bu, o deməkdir ki, Bakıda real şəkildə böyük işlər görülüb və görülür. Hazırda Bakıya gözəllik verən binalar tikilir. Biz artıq insanların rahatlığı üçün yeni-yeni parkların istifadəyə verilməsinin şahidi oluruq. İnsanlar o parklardan çox böyük sevinclə istifadə edirlər. Keçmiş "Sovetski" adlandırılan ərazidə inşa edilən Mərkəzi parkın genişlənmək perspektivi var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 576   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589