İstiliyin "15 noyabr" tilsimi: Binalara istilik vaxtından əvvəl veriləcəkmi? – VİDEO

İstiliyin "15 noyabr" tilsimi: Binalara istilik vaxtından əvvəl veriləcəkmi? – VİDEOHavanın soyuq keçməsi artıq evlərdə istiliyə tələbat yaradıb. Amma nəzərə alsaq ki, yaşayış binalarına, müəyyən obyektlərə, o cümlədən uşaq bağçaları və məktəblərə istilik noyabr ayının 15-də veriləcək. Bu isə hər zaman olduğu kimi yenə də müəyyən qrup insanlarda narazılıq yaradır ki, bu istiliyi biraz tez vermək mümkün deyilmi?

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "Hava soyuqdur, soyuq deyil onu fikirləşən yoxdur. Ona görə də ancaq noyabr ayının 15-ni gözləməliyik. 15-dən sonra istilik işə düşməlidir. Yaxşı olardı ki, istilik daha tez verilsin, çünki hava çox soyuqdur".

Dünya təcrübəsində qış mövsümünə keçidi konkret tarixlə deyil, havadakı temperaturla müəyyən edirlər. Küçədə temperatur müsbət 10 dərəcədən aşağı düşəndə, artıq evlər istiliklə təhciz olunur.

Eyyub Hüseynov – AİB sədri: "Sovet vaxtından qalmış bu adət ləğv olunmalıdır. AİB olaraq bizə gələn çoxsaylı telefon zənglərinə əsasən deyə bilərəm ki, mütləq bu sistem dəyişməlidir. Havadan asılı olaraq, istilik sistemi işə salınmalıdır. İstilik sistemindən insanlar istifadə etməlidir".

"Azəristiliktəhcizat" ASC-nin sahə rəisi Rövşən Tağıyev deyir ki, qış mövsümünə hazırlıq işləri artıq başa çatıb. Əgər havaların soyuması ilə əlaqədar əlavə sərəncam olarsa, istiliyin vaxtından tez verilməsi mümkündür.

Rövşən Tağıyev – Sahə rəisi: "Bu sovet hokumətinin vaxtından qalan 15 noyabrdan aprelin 15-dək istilik mövsümüdür. Keçən il noyabrın 12-dən başlamışıq. Aprel ayının 15-nə qədər istilik mövsümü davam edib. Yəni havalar kəskin dəyişilərsə, hansı gündən sərəncam olarsa, işə qoşmağa hazırıq".

Builki qış mövsümündə paytaxtda 550 qazanxana və 90 istilik məntəqəsinin işlək vəziyyətdə olması planlaşdırılır.

Rövşən Tağıyev – Sahə rəisi: "Bu qazanxanalardan, istilik məntəqələrindən 3850 yaşayış binası, 290 məktəb 160 səhiyyə obyekti, 150 uşaq bağçası və 1600-ə qədər kommersiya obyekti istiliklə təmin olunacaq".

Biləcəri qəsəbəsində əlavə qazanxananın işə düşməsi ilə 5 yaşayış binası istiliklə təmin olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1139   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

15:10 0
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

15:00 0
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 272
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 200
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 194
.

Türkiyə ordusunun hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ötən gün 'Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərb

04.05.2024 194
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 192
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 5470
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1308