Qadınların ətəklərinin altına baxdı - camaatın əlində öldü

Qadınların ətəklərinin altına baxdı - camaatın əlində öldü

Sinqapurda, metro stansiyasında gizli şəkildə qadınların ətəklərinin altına baxan 46 yaşlı kişi ölüb.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "South China Morning Post" nəşri yazır.

Gizli kamera ilə qadınları çəkən şəxs digər sərnişinlərin onu gördüyünü hiss etdikdə qaçmağa başlayıb. 5 nəfər onun dalıyca qaçıb və metrodan 500 metr aralıda yaxalayaraq yerə yıxıb.

Hadisə yerinə polis yetişdikdə, kişi artıq keçinib. Süni tənəffüs və ürək masajının faydası olmayıb. Ölümün səbəbi açıqlanmır.

Kişinin dalıyca düşən şəxslərdən biri jurnalistlərə onu yerə sıxdığını, lakin qusmağa başladığı zaman buraxdığını və boğmadığını bildirib: "Biz sadəcə vətəndaş borcumuzu yerinə yetirirdik və polisin gəlməyini gözləyirdik".

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 823 Tarix: 06.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər