Mütəxəssis: "Karbamid çox əhəmiyyətli gübrədir"

Mütəxəssis: "Karbamid çox əhəmiyyətli gübrədir""Karbamid kənd təsərrüfatı bitkilərinə verilən gübrələr içərisində ən yüksək azot tərkibinə malik olan gübrədir. Bu gübrə kənd təsərrüfatında çox əhəmiyyətlidir".

Bunu Kənd Təssərüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Faiq Xudayev bildirib:

"Ümumiyyətlə, bitkilərin normal inkişaf etməsi, böyüməsi, məhsuldarlığın yaxşı olması üçün qida maddələri ilə təmin olunması mütləqdir. Bu qida maddələrinin içərisində əsas təşkil edən azot, fosfor və kalium gübrələridir. Azot tərkibli gübrələr nitratlı gübrələrdir. Hazırda ammonium nitrat (selitra) fermerlərin ən çox istifadə etdiyi gübrədir".

Kənd Təssərüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Faiq Xudayev

"Karbamid dərman preparatlarının istifadəsində, maşınqayırma sənayesində zərərli tüstülərin, atmosferə buraxılan zərərli qazların neytrallaşması istiqamətində də əvəzsiz gübrədir".

Bununla belə, o qeyd edib ki, karbamid gübrəsi ammonium nitratdan geri qalan gübrə deyil, əksinə onun tərkibində olan azotun miqdarı 46% təşkil edir, hətta bəzi ədəbiyyatlarda bu 46,2% göstərilir. "Tərkibinə görə karbamid ammonium nitratdan daha çox azota malikdir. Bundan əlavə, karbamid təkcə kənd təsərrüfatı bitkilərində istifadə olunmur, o, həm də sənaye əhəmiyyətlidir. Karbamid dərman preparatlarının istifadəsində, maşınqayırma sənayesində zərərli tüstülərin, atmosferə buraxılan zərərli qazların neytrallaşması istiqamətində də əvəzsiz gübrədir. Düşünürəm ki, fermerlərimizin güclü maarifləndirilməsinə ehtiyac var. Düzdür karbamiddən istifadə edən fermerlərimiz var. Hətta məsləhət almaq üçün bizə müraciət edirlər. Biz onlara karbamidin üstünlüklərini izah etmişik. Sadəcə fermerlər uzun illər ammonium sulfatdan istifadə etdiyi üçün ona öyrəşiblər".

F. Xudayev qeyd edib ki, fermerlər müvafiq mərkəzlərə müraciət etməklə gübrə verəcəyi torpağı mütəxəssislə məsləhətləşərək gübrə verə bilər.

Qeyd edək ki, Azərbaycanda bu ildən başlayaraq karbamidin istehsalı həyata keçirilir. Karbamid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkında yerləşən və illik istehsal gücü 650-660 min ton olan Karbamid zavodunda istehsal olunur. Karbamid zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Bu layihə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) və "Sənayenin inkişafına dair Dövlət Proqramı" (2015-2020-ci illər) çərçivəsində həyata keçirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 657   Tarix: 05 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya

01:19 371
.

Paytaxt restoranlarında Yeni il qiymətləri

Bəzi insanlar Yeni il gecəsini evdə yox, restoranlarda qeyd etməyi sevirlər. Bu baxımdan restoranların 31 dekabr gecəsi üçün qiymətləri daim maraq doğurur. Bakıda elə əyləncə mərkəzləri var ki, Yeni il gecəsi üçün bir nəfərlik qiymət 400 manat təşkil edir. Bəzi obyektlərdə isə 150-200 manat arasıdır

16:18 106
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 51
.

Biləsuvarda sürücü 15 yaşlı qohumunu avtomobillə vurdu

Biləsuvar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Xəyal Quliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən qəfil yola çıxan 2010-cu il təvəllüdl

16:10 88
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14:40 103
.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

16:30 75
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

11:20 119
.

Donald və Melaniya Tramp Lukaşenkoya şəxsi mesaj göndəriblər

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Belarus Prezidenti Aleksandr Lukaşenkoya şəxsi müraciət göndəriblər. bu barədə "Vremya Pervoqo" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, şəxsi müraciətin alınmasını Belarus prezidentinin mətbuat katibi Nataly

12:20 121
.

Yeni il bayramında qar yağacaq? - AÇIQLAMA

Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər. Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hav

00:07 302
.

TOP MP3