Hitler geyimində "Halloween"ə gələn şagird direktor və müəllimi işsiz qoydu

Hitler geyimində "Halloween"ə gələn şagird direktor və müəllimi işsiz qoydu

ABŞ-ın Yuta ştatında Kriksayd məktəbinin direktoru və müəllimi "Halloween" şənliyinə Hitler obrazında qatılan şagirdə görə işdən azad edilərək pullu inzibati məzuniyyətə göndəriliblər.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Deseret News" yazır.

Qalmaqal, uşağın digər milliyyətdən olan şagirdlər qarşısında "nasist" salam verdiyi zaman çəkilən şəkilin "Facebook"da paylaşılmasından başlayıb.

Yuta Yəhudilərinin Birləşmiş Federasiyası bu vəziyyəti pisləyərək, məktəb və valideynləri gələcəkdə oxşar geyimlərdən çəkinməyə çağırıb.

Məktəbin daxil olduğu Devis əyalətində nifrəti təbliğ edən bütün hərəkətlər, şəkillər, danışıqlar qəbuledilməz adlanıb.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 664 Tarix: 04.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər