Rozanın oğullarının atası məşhur musiqiçidir

Rozanın oğullarının atası məşhur musiqiçidirMüğənni Roza Zərgərli övladlığa götürdüyü Corc və Jerar Qafarovların anası, mərhum Leyla Qafarova haqda söhbət açsa da, ataları barədə informasiya verməyib.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, onların atası Latviyanın olduqca məşhur musiqiçilərindən biri Karlis Beynertsdir. Sənətçi Riqa şəhərində yaşayır. Eyni zamanda, dirijorluq edir və xor sinfi də mövcuddur. 30 ildən çox Riqada musiqi məktəbində direktorluq edən Karlis bu vəzifəyə 1982-ci ildə təyin olunub.

Hazırda 66 yaşında olan musiqiçi Vija Beynertslə evlidir.

Onu da bildirək ki, mərhum Leyla Qafarova Azərbaycan vətəndaşı olub. O, Karlis Beynertslə ailə qurduğuna görə Riqaya köçüb. Özünün vaxtilə dediyinə görə, mərhum Karlisin dördüncü həyat yoldaşı imiş. Eks-cütlüyün ayrılıq səbəbləri bilinməsə də, L.Qafarova imkansızlıq ucbatından övladlarını uşaq evinə verməli olub.

Roza Zərgərlinin isə oğlu Corc Qafarovla tanışlığı çəkilişlərdə baş tutub. O, daha sonra hər iki qardaşı qəyyumluğa götürüb.

Hazırda C.Qafarov "İmtahan" serialında rol alır, Jerar isə əsgərlikdədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1927   Tarix: 31 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş