Müğənni Röya Ayxanın yubileyində nələr oldu ?

Müğənni Röya Ayxanın yubileyində nələr oldu ?Azərbaycan estradasının 1 N-li müğənnisi, yaradıcılığının ilk günlərindən artıq ulduz adına yiyələnmiş Röyanın 30 yaşı tamam oldu.

Röyanın mətbuat katibi Ülviyyə Alovluyubileyin təəssüratlarını AZXEBER.COM-la bölüşdü. Röya ad gününü qeyd etməyəcəyini desə də, dostları və komandası bunu belə qoya bilməzdi. Artıq səhər tezdən ağ güllərdən ibarət tərtibatla ulduzun bütün bağ evi bəzədilmiş və böyük qonaq masası düzəldilmişdi. Axşam saat 7-dən etibarən isə Röyanın yalnız ən yaxın sənət dostları gəlməyə başladı. Gecə ərzində 50-yə yaxın qonaq bağa təşrif buyurdu.
Amma müğənninin mətbuat katibi, şairə Ülviyyə Alovlunun təklifi ilə dostlar Röyaya oyun oynadılar. Dostlar sözü bir yerə qoyaraq ona hədiyyələr alsalar da bağın darvazasından əliboş girirdilər. Beləcə, heç kəsin Röyaya hədiyyə almadığı təəssüratı yaratdılar. Amma bundan heç də heyfsilənməyən müğənni: "Mənim dostlarım özü mənim üçün hədiyyədir. Mən çox xoşbəxtəm ki, belə dostlarım var! Nə qədər ki onlar var, mənə heç kəs heç nə edə bilməz!" – dedi.
Beləcə bolluca yeyib, içib, rəqs edən qonaqlar doyunca əyləndilər.

Və yalnız gecənin ortasında Ülviyyə Alovlu günün sirrini açdı: "Röya, bu yubileyin ən yadda qalan olsun deyə, biz səninlə sadəcə zarafat etmək istədik, amma hamımız bir daha əmin olduq ki, sən çox mərd qızsan. Çünki hamımız əliboş gəlsək də nə əlimizə baxdın, nə də "Hədiyyələr hanı?" sualını vermədin!" - sözləri ilə hədiyyələr axını başladı.

Bu oyundan heç inciməyib, əksinə doyunca gülən Röya hədiyyə yağışına tutuldu. Bir anda bağın həyəti çiçək dənizinə qərq oldu. Hədiyyələr arasında sürprizlər də az olmadı. Müğənnilər Niyam Salami və Rəhim Rəhimli Röyanın siması həkk olunmuş xalça toxutdurmuş və Röyaya bənzər maniken düzəltdirmişdilər. Rejissor Anar Röyanın böyük portretini çəkdirmişdi. Aparıcı Novruz və şairə Ülviyyə Alovlu elə şairənin öz sözlərinə yazılmış "Röyayam" mahnısına çəkdikləri klipi hədiyyə etdilər. Bu, aparıcının həm də ilk rejissor işi idi. Daha bir hədiyyə isə dostlar və fanatlar tərəfindən Röyanın 30 illik yubileyinə həsr olunaraq çəkilən "Ucalan səs" adlı sənədli filmin təqdimatı idi.

Bundan başqa məclisdə ulduzu həmişə əl işləri ilə sevindirən stilistlər Anar Malik, Ayan, Roma, Elnur, Rəfiqə, Şəfiqə, rəqqaslar Ruslan, Orxan və başqaları var idi. Qonaqlar gecədən xeyli keçənədək əyləndilər.

Source: Azxeber


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13833   Tarix: 17 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536