"Avro 2012": Fransa və İngiltərənin ilk qələbəsi, İsveç qrupda qaldı (Videolar)

"Avro 2012"-də II turun oyunlarına yekun vurulub. D qrupundakı matçlarda favoritlər – Fransa ilə İngiltərə yığmaları ilk qələbələrini qazanıblar. Bununla da onlar 4 xalla şərikli lider oldular. Sadəcə, fransızlar topların daha yaxşı fərqinə görə 1-ci yerdədir.
Fransa bunadək qrup lideri olan meydan sahibi Ukraynanı 2-ci hissənin əvvəlində 3 dəqiqəyə vurduğu 2 qolla çətinlik çəkmədən yendi. İngiltərənin İsveçlə matçı isə daha gərgin və məhsuldar alındı. Belə ki, ingilislər hələ ilk hissədə hesabı açsa da, fasilədən sonra rəqibin təcrübəli müdafiəçisi Olaf Mellberqin dublu ilə geri düşdü. Düzdür, ilk qolda Qlen Conson topa toxunduğundan, avtoqol qeydə alındı. İngiltərə hesabda geri olanda meydana daxil olan Teo Uolkottun tezliklə tarazlığı bərpa etməyi həlledici oldu. Az sonra digər gənc hücumçu Danni Uelbek vurduğu gözəl qolla ingilislərə əzmkar qələbə qazandırdı. Bununla da ardıcıl 2-ci məğlubiyyəti alan İsveçin qrupda qalmağı rəsmiləşib. O, bunadək belə aqibətlə üzləşən İrlandiya yığmasının davamçısı olub.
Qeyd edək ki, bu qrupda son turun oyunları iyunun 19-da keçiriləcək. İsveç Kiyevdə Fransanı, Ukrayna Donetskdə İngiltərəni qəbul edəcək.

mənbə: apasport.az

15 iyun

"Avro-2012"nin qrup oyunları:

00:00. İsveç - İngiltərə - 2:3
Qollar: Kərol, 24 (0:1), Conson, 49-avtoqol (1:1), Melberq, 59 (2:1), Uolkot, 64 (2:2), Uelbek, 78 (2:3)

İsveç: İsakson; Qrankvist (Lustiq, 66), J.Olsson, Mellberq, M.Olsson, Kəllstrüm, Svensson, Larson, R.Elm (Vilhemson, 81), Elmander (Rosenberq, 79), İbrahimoviç

İngiltərə: Hart, Conson, Terri, Leskot, Koul, Milner (Uolkot, 61), Cerrard, Parker, Yanq, Uelbek, Kərol

21:00. Ukrayna - Fransa - 0:2
Qollar: Menez, 53 (0:1), Kabaye, 56 (0:2)

Ukrayna: Pyatov, Selin, Kaçeridi, Mikalik, Timoşşuk, Qusev, Yarmolenko (A.Əliyev, 68), Voronin (Deviç, 46), Nazarenko (Milevski, 60), Konoplyanka, Şevçenko

Fransa: Loris, Debuşi, Rami, Mekses, Klişi, Kabaye (M.Vila, 68), Nəsri, Menez (Martin, 73), A.Diarra, Benzema (Giroud, 76), Riberi

Qeyd edək ki, Ukrayna - Fransa matçı 4-cü dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılıb. Lakin təxminən bir saat sonra yağışın kəsməsi ilə oyuna yenidən start verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2081   Tarix: 16 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068