Məşhur sənətşünas və dəb ekspertindən 10 QİYMƏTLİ TÖVSİYƏ

Məşhur sənətşünas və dəb ekspertindən 10 QİYMƏTLİ TÖVSİYƏRusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, sənətşünas, teatr rəssamı, interyer dekoratoru Aleksandr Vasilyev "Модный приговор" verilişində qiymətli fikirləri ilə insanları dəbli geyinməyin qaydaları ilə tanış edir.

Dəblə yox, özünəməxsus tərzlə geyinirik

Hər mövsüm yeni trendlər peyda olur və dəbin arxasınca qaçmaq çətin deyil. Ola bilər ki, siz hansısa trendləri qaçırmısınız. Narahat olmağa dəyməz, Aleksandr Vasilyev problemi çox sadə yolla həll etməyi təklif edir: dəblə deyil, özünəməxsus tərzdə geyinir, şəxsi məziyyətləri incələyir və yalnız ürəyimizə yatan trendlərə diqqət yetiririk.

Geyimləri saç və göz rənginə uyğun seçirik

Bu tövsiyə çox sadə görünsə də, bir çox hallarda qızlar onu görməzdən gəlir. Saç və gözlərə dəri rəngini də əlavə etmək olar. Əgər çəhrayı və mavi arasında qalmısınızsa, duyğuları bir kənara atıb dəri və saç rəngini hansı çaların daha effektiv vurğuladığına nəzər salın.

Populyar mağazalara girmirik

Dəblə geyinmək yaxşı olsa da, hamı kimi geyinmək pisdir. Bu ikisi arasında fərq çox incədir. Dəb mütəxəssisi bu bəndə də məziyyətlərə arxalanmağı tövsiyə edir:

"Kütləvi mallar həmişə daha pis görünür. Bu, o demək deyil ki, hamı eksklüviz məhsulları olan hansısa butikin qarşısında növbəyə düzülməlidir. Buna baxmayaraq, özünü tapmaq üçün bir həll tapmaq lazımdır. Eleqant olmaq istəyirsiniz? O halda obraza kəpənək, qalstuk, kəmər və ya şal əlavə edin. Üstünlüyünüzü azaltmağın yox, artırmağın yollarını düşünün".

Kömək axtarın

Dəb tarixçisi əmindir ki, qarderobu təkbaşına seçməyə dəyməz: "Geyim seçimində kiminsə yardım etməsi önəmlidir, tək öhdəsindən gələ bilməyəcəksiniz".

Stlistə pul ödəmək barədə düşünməyin, son illərdə fəşn blogerləri çox populyardır, özü də onlar bu işi təmannasız görür. Odur ki, bloqlardan hər kəs ürəyincə olan məsləhətlər tapa biləcək.

Televiziyaya yönəlmirik

Aleksandr Vasilyev televiziya ekranlarından insanların üslubunu təkrarlamağı qəti şəkildə pisləyir:

"Efirə çıxarkən geyindiyimiz geyimlər studiyadan kənar insanlar üçün təlimatçı rolunu oynaya bilməz. Biz xüsusi olaraq parlaq efir üçün teleobraz yaradırıq. Adi həyatda nə təyyarədə, nə taksi saxlayarkən, nə idə işə belə getmirik. Amma zövqü inkişaf etdirməyə dəyər, bu məsələdə Pinterest və instaqramda moda səhifələri köməyə gələcək".

Qranj üslubu qadağan edirik

Bu günün üslubu moda tarixçisinin elə də ürəyincə deyil. Müsahibələrindən birində Aleksandr Vasilyev onu "qaçqın üslubu" adlandırıb.

"Buraya cırıq cinslər və corabsız ayaqqabı daxil edilir. Xaos və düşünülmüş səliqəsizlik özü bir estetika növüdür, amma ona diqqət yetirməyə dəyməz.

Zinət əşyaları və geyim kollektoru həmişə zəriflik və qadınlığı təşviq edib. Bu məsləhət onu bir daha sübut edir.

Sancaq taxırıq

Bu il bu aksessuarlar dəbin zivəsini yaşayır. Moda Həftələrinin podiumlarında təbii daşlardan hazırlanan yaxa sancaqları daha çox qarşımıza çıxdı. "Van Cleef", "BVLGARI" və "Chanel" kimi lüks markalar yenidən bazara yaxa sancaqlarını çıxarıb, odur ki, aksessuarın nəzərə alınması lazımdır.

Mütəxəssis hesab edir ki, hətta ikisini birdən taxmaq olar. Əsas odur ki, simmetriya və ya asimetriya yaratmaq istədiyimizə qərar verək. Və unutmayın ki, əgər obraz kifayət qədər idman tərzindədirsə, broş önəmli element deyil, onsuz da keçinmək olar. Amma donlara əla yaraşar".

Ayaqqabıya fikir veririk

"Əgər qadının ayağında gözəl bir ayaqqabı varsa, deməli, yaxşı geyinib. Əfsanəvi Şanel hər zaman olduğu kimi haqlıdır" , - deyə Aleksandr qeyd edib.

Ayaqqabıların bahalı moda evlərindən olması və ya bütün gün dikdaban ayaqqabıda gəzmək vacib deyil. Əsas məsələ səliqədir: odur ki, ağ krossovkaların kirini təmizləməyə, dəri ayaqqabları kremləmərə ərinməyin.

Təbiilik haqqında unutmayın

Uzun kirpiklər və böyüdülmüş dodaqları Aleksandr keçmişin qalıqları hesab edir və iddia edir ki, təbii gözəlliyi radikal üsullarla bəzəməyə dəyməz. Təbiilik hər zaman dəbdədir və onu layiqincə qiymətləndirmək lazımdır.

Ölçü hissinə nəzarət edirik

Aleksander Vasiliyev "aşağı açıq, yuxarı isə qapalı" (və yaxud əksinə) klassik qaydasının çoxdankı pərəstişkarıdır. Hər şey çox sadədir: əgər dərin dekolte geyinmisinizsə, ayaqları örtün. Əgər qısa yubka geyinmisinizsə, sinəni örtün. Bu yolla təmkinli görünmək və özünə diqqəti artıq şəhvaniyyətlə cəlb etməmək şansı daha çoxdur.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1022   Tarix: 20 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423