Qurban Qurbanov "avtoşluq" edən futbolçu ilə bağlı QƏRAR VERDİ

Qurban Qurbanov "avtoşluq" edən futbolçu ilə bağlı QƏRAR VERDİ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Araz Abdullayevi Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfərə gedən heyətə daxil etməyib.

27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib.

Azərbaycan millisinin üzvü barədə yekun qərarın necə olacağı hələlik bilinmir.

Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq. (report)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1516 Tarix: 19.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər