Elektron dərsliklər şagirdləri ağır çantalardan xilas edəcəkmi? – VİDEO

Elektron dərsliklər şagirdləri ağır çantalardan xilas edəcəkmi? – VİDEOValideynlər eləcə də şagirdlər məktəbli çantasının ağır olmasından gileylənir. Həkimlər isə ağır çantaların azyaşlı uşaqların onurğa sütununa və orqanizmlərinə zərər vurması ilə bağlı fikirlər səsləndirirlər. Bu problemlər isə gündəmə elektron dərslikləri gətirir. Elektron dərsliklər şagirdləri sözün həqiqi mənasında bu ağır yükdən qurtara biləcəkmi?

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Valideyn: "Elektron dərsliklər əladır, yazıq uşaqlar çanta daşımazlar. Çantaları böyük olur, 4-5 kiloqram ağırlığı olur ki, bu da uşaqların onurğa sütunlarının əyilməsinə səbəb olur".

Elektron dərsliklər bütün qabaqcıl dünya ölkələrində 10 ilə yaxındır ki, tətbiq edilir. Ölkəmizdə isə 2014-cü ildə "e - dərslik" portalı adı altında Təhsil Nazirliyi tərəfindən hazırlanıb və şagirdlərin istifadəsinə verilib. Bu cür formanın yaradılmasının bir çox müsbət tərəfləri var. Əsas məsələ isə bu şagirdləri kitab yükündən azad edə bilər. Bəs dərsliklərin elektron versiyası olduğu halda niyə hələ də uşaqlar ağır çantalarla məktəbə gedib gəlir?

Elşən Qəmbərov – Təhsil üzrə mütəxəssis: "Hal-hazırda ümumtəhsil məktəblərimizdə dərsliklər yalnız kitab şəklindədir və elektron dərsliklər alternativ dərslik deyil sadəcə bir məlumat mənbəyi kimi "e-dərslik" portalından kim istifadə edə bilirsə o şəkildədir".

Kənan Kərimli – Təhsil İnstitunun İnformasiya Şöbəsinin müdiri: "Elektron dərslik portalının məcburi formada tətbiqi düşünürəm ki, indiki dövrdə müzakirə mövzusu deyil, çünki bundan əvvəl görüləcək bir sıra işlər var. Öncə bütün məktəblərin ən bəsit formada deyək elektron dərsliklə təmin olunması daha sonra insanların, ailələrin internetlə təmin olunması məsələsi həll edilməlidir".

Ekspertlər bildirir ki, elektron dərsliklərin tətbiqi əslində həm də iqtisadi baxımdan dövlət büdcəsinə xeyirlidir. Kağız daşıyıcılarda hər il dərslik çapı çox maliyyə vəsaiti hesabına başa gəlir. Bəs elektron dərsliklərin tətbiqi ənənəvi dərslikləri, daha dəqiq desək kitabları sıradan çıxa bilərmi?

Elşən Qəmbərov – Təhsil üzrə mütəxəssis: "Hal-hazırda elektron dərsliklərdən istifadə səviyyəsi elə bir səviyyədə deyil ki, ənənəvi dərsliklərin aradan qaldırılması, sıradan çıxması üçün bir rol oynaya bilsin".

Kamran Əsədov – Təhsil eksperti: "Sizin elektron cihazınızın enerjisi bitə bilər və yaxudda ora virus düşə bilər bunun kifayət qədər çatışmazlıqları var və ya əlinizdən düşün qırıla bilər, bu baxımdan bunun alternativi həmişə olacaq, yəni elektron dərsliklər sadəcə olaraq yükü azaltmağa xidmət edir".

Zamanla bu mümkün ola bilər. Yəni gələcəkdə elektorn dərsliklər ənənəvi dərsliklərə alternativ olacaq. Statistika göstərir ki, gün keçdikcə artıq ölkəmizdə də elektron dərsliklərdən istifadə edənlərin sayı artır.

Kənan Kərimli – Təhsil İnstitunun İnformasiya Şöbəsinin müdiri: "Sentyabr ayında portala baxış sayı təxminən 2 milyon 800 minə qədər olmuşdur və bu isə o deməkdir gündəlik səhifəyə daxil olan insanların sayı 10. 000 dən yuxarı olub təxminən. Bu da ötən illərlər müqaisədə həqiqətən istifadəçilərin sayının artması deməkdir".

Qeyd edək ki, "e dərslik" portalı hazırda ölkənin ən çox izlənən saytları arasındadır. Son 1 ay ərzində portal ölkə üzrə reytinq cədvəlində 86 pillə irəliləyərək 44-cü yerdə qərarlaşıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608