Aysel Əlizadə: "Onları Allaha həvalə etmişəm" - VİDEO

Aysel Əlizadə: "Onları Allaha həvalə etmişəm" - VİDEOAzxeber.com-un müsahibi tanınmış müğənni Aysel Əlizadədir.

- Siz də həmkarlarınız kimi "Mash up" ifa etdiniz. Bu ideya necə yarandı?

- Əslində, bu mash up çoxdan hazır idi. Sadəcə bir ara o qədər mash uplar çıxdı, adiləşdi. Düşündük ki, bir az gözləyək. Qismət bu günə idi. Əsəs odur ki, sevildi.

- Türkiyə şou-biznesinə qatılmaq istəyən məşhurlardan biri də sizsiz. Hazırda işlər nə yerdədi?

- Artıq uzun müddətdir ki, mən onlarla çalışıram. Yenidən İstanbula gedirəm, orada konsert və kliplər olacaq. Sadəcə çox təəssüf ki, belə işləri mediaya maraqlı deyil. Sonra da deyirlər ki, bu qız nə işlə məşğul olur ki? Mən Türkiyənin şou–biznesinə qatılmağı düşünmürdüm, amma qismət belə gətirdi.

- Son vaxtlar efirlərdə az görünürsüz. Bunun səbəbi nədir?

- Mən hər efirə çıxan insan deyiləm. Bakıya gələndə mənim də qayğılarım olur, ailəm var. Onlara başım qarışır. Tez-tez efirlərə çıxsam, deyərlər nolub görməmişsən? Ona görə də özüm efirləri seçirəm.

- Bəzi məşhur xanımlar ailə həyatı qurmadan övlad dünyaya gətirirlər. Bu haqda sizin də fikirlərinizi bilmək istərdik...

- Heç kim mənəm mənəm deməsin. Kim başına nə gələcəyindən xəbərsizdir. Bəzən olur ki, heç toy olmadan uşaq dünyaya gəlir. Əgər bu hər iki tərəfin istəyi ilə olursa, haram sayılmır. Hər bir xanımın həyatına hörmətlə yanaşıram. Heç bir xanım istəməz elə olsun. Əgər olursa, onu da baltalayıb, yıxmaq olmaz. Biz müğənniləri qınaq obyektinə çevirmək çox asandır. Hazırda tanınmayan insanların elə hərəkəti olur ki, bizə min şükür. Bir xanımın həyatın müzakirə etmək böyük bir günahdır. Və bu etdikləri nə vaxtsa qarşılarına çıxacaq.

- Belə bir fikir var ki, yaradıcı insanlar sevgisiz yaşaya bilmir.

- İnsanın ruh aldığı insanlar var. O sənin ailən və özün də ola bilərsən. Mən düşünürəm ki, bütün xanımlar xoşbəxt olmağa layiqdir. İstəsəm bu gün ailə həyatı quraram. Ancaq mən heç vaxt nəyəsə və kiməsə görə addım atmamışam. Mənim üçün öz istəklərim maraqlıdır. Bir gün toy oldu hər kəs paylaşdı. Bəs sonra. Axı sən bu insanla bir evini, həyatını, yatağını paylaşırsan. Bunlar mənim üçün çox önəmlidir. Sevgi mütləq olmaldır. Sevməlisən ki, o insanı pisi və yaxşısı ilə qəbul edəsən.

- Bir ara üstünüzə çox gəldilər necə güc toplaya bildiz?

- Qara qaradır, amma ağ tez ləkə götürür. Hər zaman hər bir şeyi Allaha həvalə etmişəm.Mən güclü insanam. Bilirsiz ki, arxadan atılan daş topuğa dəyir. İnsanlar kimin düz və ya səhv olduğunu gözəl bilirlər.Mən yenə ayaq üstəyəm. Vaxt, zaman öz sözünü deyəcək. O vaxta ehtiyacımız var. Əgər yanlışım olsaydı, bu gün depressiyada olardım. O qədər vicdansız olmamışam. Mənimlə bağlı kim nə qara piar edirsə, onun cavabını Allah verəcək. Bu gün olmasa da, sabah mütləq olacaq. Əsas odur ki, Allah hamının ürəyinə görə versin.Elə şeylərlə adamı gözdən salmağa çalışırlar, amma bacamırlar. Məni tanıyan insanlar bilir ki, mənim necə ürəyim var, şərəfsiz biri deyiləm. Kim nə deyirsə desin, ancaq çərçivədən çıxmasın. Allaha şükür ki, mənim arxamda duran və övladlarına bələd olan ailəm var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1826   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfa yol hərəkət qaydasını pozduğunu açıqladı

Müğənni Vəfa Şərifova paylaşımı ilə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, instaqramında video yayımlayan sənətçi özü də bilmədən yol hərəkət qaydalarını pozduğunu etiraf edib. Videoda Rusiyada olan Vəfanın maşınla getdiyi və kəmər taxdığı əks olunub. O, yanındakı xanımın təkidi ilə kəmə

10:40 294
.

"Yalı çapkını"na vida edəcək

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mövsümün sonunda "Pelin" obrazına həyat verən aktrisa Buçe Buse layihəyə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

04.05.2024 659
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

05.05.2024 2844
.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavab

05.05.2024 3700
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1732
.

"Ərimi bu xanımlara qısqanıram, gözü qaça bilər..." - VİDEO

Müğənni Qumral ərini açıq-saçıq geyimli xanımlara qısqandığını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. İfaçı ərinin geyimlərinə bəzən irad tutduğunu da açıqlayıb:. "Bəzən həyat yoldaşım geyimlərimə qarışır, deyir ki, bunu geyinmə

04.05.2024 960
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 631
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 398
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 3945