Azərbaycanda vəzifəli şəxs həbs edildi

Azərbaycanda vəzifəli şəxs həbs edildi"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin, habelə həmin cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olan vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, ilkin araşdırmalarla "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə, özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən faktlarla yanaşı, «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin təsisiçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyən Sahib Hüseynovun Sumqayıt şəhər sakinləri Elvin Əliyevi və Elbəy Allahverdiyevi təsisçisi olduğu «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə mütəxəssis vəzifəsinə işə götürməyə görə həmin Cəmiyyətin mütəxəssisi vəzifəsində işləyən öz qardaşı Hüseynov Ruslan Vahid oğlu vasitəsi ilə Elvin Əliyevdən 2 min manat, Elbəy Allahverdiyevdən isə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, bundan sonra qəbul etdiyi əmrlərlə həmin şəxsləri xüsusi geyim forması ilə təmin etməklə qeyd edilən şirkətdə mütəxəssis vəzifəsinə təyin etməsinə, daha sonra törətmiş olduğu həmin cinayət əməlini pərdələmək məqsədi ilə işə yeni qəbul edilmiş sözügedən işçilərin xidməti geyim forması, ixtisartırma və digər cari xərcləri ilə bağlı onlarla özü arasında saxta müqavilə bağlamasına və bu yolla da «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-yə rüşvət qismində aldığı 2.700 manat pulun ödənilməsi barədə həmin müqavilənin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək təsdiq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən qanunsuz hallarla bağlı fakta görə Baş İdarədə Cinayət Məcələsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Sahib Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma)və 313-cü (Vəzifə saxtakarlığı)maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin, habelə «Dövlət Nəzarət Təhlükəsizlik Departamenti» MMC-nin əməkdaşlarının özünü dövlət qurumlarının vəzifəli şəxsləri kimi təqdim etməkə qanuni mənafelərini pozmuş olduqları sahibkarlıq subyektlərinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1056   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 109
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 72
.

Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ

Bakı-Sumqayıt qatarına Xırdalan dəmir yolu stansiyasının ərazisində daş ataraq şüşəsini sındıranlar və qatar yolunun üzərinə daş düzərək təhlükə yaradan azyaşlılar müəyyən olunublar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata görə, aprel 28-də Bakı-Sumqayıt xətt

01.05.2024 756
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 232
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 253
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

17:27 118
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

17:54 9
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

11:35 298
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 777