"Bir yerə gedib-gələndən sonra dırnaqlarınızı tutub, saçınızı yuyun" - Hacı Surxaydan ŞOK AÇIQLAMA

"Bir yerə gedib-gələndən sonra dırnaqlarınızı tutub, saçınızı yuyun" - Hacı Surxaydan ŞOK AÇIQLAMASon dövrlər sosial şəbəkələrdə, xususi ilə də "İnstagram"da falçıların, baxıcıların sayı durmadan artır. Onlar insanın keçmişini və gələcəyini bildiklərini iddai edirlər. Hətta müəyyən pul qarşılığında sevgi, ruzi və iş məsələlərini həll etmək, şirinlik, dil bağlama əməllərini də icra edirlər. Hətta bəzi insanlar əmələ görə bədənlərinə cin girdiyini də iddia edirlər.

Bununla bağlı BiG.AZ-a danışan Hacı Surxay Məmmədli bildirib ki, bir neçə ay bundan öncə "Bizimləsən"proqramına bir xanım müraciət etmişdi: "Qadın iddia edirdi ki, onun bədəninə cin girib. Həmin gün mən də verilişdə ekspert kimi iştirak edirdim. Xanımın fikirlərinə hörmətlə yanaşıram. Amma o zaman da bildirdim ki, insan bədəninə cin girə bilməz. "Qurani Kərim"in Bəqərə sürəsində bildirilir ki, şeytan söyləyib ki, insanların daxilinə girib sultanlıq edə bilməz. İnsanın daxilində iki ziddiyətli məqam var. Şəhvət (ehtiras) və ağıl qüvvəsi. İnsanın ağlı zəif olanda özünə güvəni itir. Ağıllı insan hen vaxt bədəninə cin girdiyini söyləmir. 20 il bundan öncə Misirin "Əl-Əhzər" universitetində də dünya şöhrətli din alimləri cinin insanın daxilinə girdiyini elmi əsaslarla inkar etdilər. Düzdür, neqativ, görmədiyimiz nəfs və bəd-nəzər kimi qüvvələr var. "Qurani Kərim"in Qələm surəsində bildirilir ki, özünü qorumaq üçün "Və in yəkəd" ayəsini oxuyun. Bununla nəfsdən və neqativ qüvvələrdən qoruynmaq olar. Gözdəymə və nəzərlər var. Bütün sahələrin alimləri bunu sübut edib. İmam Əli buyurur ki, qəbirstanlığa gedin. Görəcəksiniz ki, insanlar nəfsdən və ya nəzərdən ölür".

Hacı Surxay Məmmədli vurğulayıb ki, Musa peyğəmbərin dövründə sehr çox inkişaf etmişdi:
"Allah "Qurani Kərim"dəki ayə ilə sehr edənlərin yalanları üzə çıxdı. Allah adını zikr edən adama sehr təsir etməz. Sehr fobiyası olan, düşüncəsi dəyişkən insanlara təsir edir. İnsan 4 fəsli yaşamalıdır. Bəzən revmatizması olan insanlar söyləyirlər ki, ayağım ağrıyır, deyəsən yağış yağacaq. Fəslin dəyişməsi bəzən insan bədənin müəyyən hissələrində ağrılara səbəb ola bilər. İbadət edən, namaz qılan insanlara sehr təsir etməz, cin müsəllət ola bilməz. Mənə gedib kimsə cadu etsə, o təsirsiz olacaq. Belə şeylərə daha çox əqidəsi zəif olanlar inanır. Kiminsə gözünün altında şiş olan kimi, deyirlər ki, sənə cadu olunub. O da fırıldaqçının yanına gedib, kömək istəyir. Fırıldaqçı da "Danabaş kəndinin əhvalatları"nı və yaxud da ərəb dilində olan yazını oxumağa başlayacaq. Sonra deyəcək ki, get bu qədər pul gətir sənin cadunu batil edim. Təbii ki, bu yolverilməzdir. Bu bizim dinimizə də ziddir".

Hacı Surxay Məmmədli qeyd edib ki, "Qurani Kərim"lə insan taleyinə baxmaq olmaz:
"Amma "Qurani Kərim"də istixarə deyilən bir şey var. İstixarə bir işin xeyirli olmasının "Qurani Kərim"in öncədən xəbər verməsidir. Hər "Qurani Kərim" oxuyan bunu anlamır. Onu ancaq savadlı, elmli, dünyanı dərk edən din xadimi anlaya bilir. Amma "Qurani Kərim" insan taleyini göstərmir. Bu sadəcə yalancıların uydurduğu absurd bir fikirdir. İnsan taleyini bilən, həyatımızı bilən Allahdır. Bizim gələcəyimiz Allahın əlindədir. Allah "Qurani Kərim"də buyurur ki, mənim iznim olmadan bir yarpaq belə yerə düşə bilməz. Əgər, bir yarpağın yerə düşməsi Allahın əlindədirsə, ey insan, sən gələcəyi hardan bilirsən".

Hacı Surxay Məmmədli vurğulayıb ki, hədislərdə bildirilir ki, insanın uzun ömürlü olmasının şərtləri var:"Allah buyurur ki, mən o şəxslərin ömrünü uzadaram ki, valideynlərinə hörmət edib, ehtiyacı olan insanların yanında olub, yaxşılıq etsin. Lakin başqalarına pislik edib, bədbəxt edən insanların ömrü qısalar, ruziləri isə azalar. 2 qardaş İmam Sadiqin yanına gedir. Yolda şeytan onlara vəsvəsə verir, qardaşlar mübahisə edir. Qardaşlardan biri digərinə deyir ki, bizim qardaşlığımız bitdi. Onlar ayrılırlar. Qardaşın biri yolda gələ-gələ fikirləşir ki, bibim də Mədinə yaxınlığında qalır. Gedim onu da ziyarət edim. Bibisini ziyarət etdikdən sonra İmam Sadiqin yanına gəlir. İmam buyurdu ki, qardaşın tərəfdən başın sağ olsun. Yəni qardaşın səndən ayrılan zaman yolda ölüm mələyi onun canını aldı. Ölüm mələyi sənin üçün də gəlmişdi. Sağ qalan qardaş bildirir ki, mən niyə ölmədim. İmam buyurdu ki, ömür əməllərə bağlıdır. Bir mömünün əməli ibadətindən üstündür. Sən dedin ki, mən gedim bibimi də ziyarət edim. Bunun üçün Allah buyurdu ki, onun ömrünü 30 il də artır. Bir yaxşı əməl, qohumu ziyarət etmək ömürü, ruzini artırar. Nikbin düşüncəli insanlar həmişə ruzili olur. Hədislərdə buyurur ki, bir yerə gedib gəldikdən sonra dırnaqlarınızı tutun, üzünüzü, saçınızı yuyun. Çünki çöldəki mənfi aura insana toxunur. Bunlar dinin göstəricisidir. Din ümumilikdə hər bir şeyi ehtiva edir. Allah buyurur ki, elmin açarı "Qurani Kərim"dir. Oxuyaraq həyat və axirət səadətini özünüzdə tapın".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7691   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İran XİN rəhbəri və Livandakı səfir Tehran-Beyrut əlaqələrini müzakirə edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və İranın Livandakı səfiri Müctəba Əmani Tehranda görüşərək iki ölkə arasındakı əlaqələri, həmçinin İsrailin Livana təcavüzünü müzakirə ediblər. xəbər verir ki, səfir baş diplomata Tehran-Beyrut münasibətlərinin son vəziyyəti barədə məlumat verib. Nazi

21:00 0
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 536
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 227
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

16:48 134
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

17:07 383
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

10:28 683
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

18:15 216
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

20:30 0
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

20:15 19