Əhaliyə ŞAD XƏBƏR - tramvay və trolleybuslar bərpa olunur

Əhaliyə ŞAD XƏBƏR - tramvay və trolleybuslar bərpa olunurBir zamanlar Bakının küçələrində qırmızı tramvaylar, sarı trolleybuslar insanları Bakıətrafı qəsəbələrə, Abşeron bağlarına çatdırırdı. Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, avtomobilləşmə Bakıda da tramvayı sıxışdırmağa başladı. Tramvayların çox yer tutması, ləng hərəkəti, avtomobillərə mane olması səbəbindən onu tamamilə yox etmək qərara alındı.

Zaman-zaman həmin nəqliyyat vasitələrinin yenidən bərpası məsələsi gündəmə gəlir. Əksəriyyət isə, bunun tərəfdarıdır.

Bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Primetime.az-a danışarkən deyib ki, ictimai nəqliyyat üçün önəmli məsələ həm də sərnişinləri müxtəlif növ ictimai nəqliyyat vasitələri ilə daşımaqdır:

"Fərz edək, hansısa şəhər daxilində bütün sərnişinlərin bir nəqliyyat növü ilə daşınması həyata keçirilir - məsələn, avtobuslarla yaxud metrolarla – onda həmin ictimai nəqliyyat sektorunun kollapsı baş verə bilər. Yəni çox böyük problemlərə yol açmış olar. Ona görə də dünyada qəbul olunmuş praktikadır ki, sərnişinlər müxtəlif növ nəqliyyat vasitələri ilə daşınmalıdır. Bu təbii ki, ilk növbədə avtobus, metropoliten, sürət qatarlarıdır, o cümlədən trolleybus, tramvaylar. Məhz bu səbəbdən 2018-ci il, dekabrın 27-sində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" təsdiq olundu. Həmin sənədin 7.1.12. – ci bəndində "Daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi" qeyd edilib. O bəndin bir hissəsi bilavasitə tramvaylara həsr olunub. Belə ki, orda "Mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması" 2019-2022-ci illəri əhatə edir. Bu o deməkdir ki, ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması üçün konkret hədəflər müəyyən olunub. Bu növ nəqliyyat vasitələri ilə bağlı müəyyən qiymətləndirilmələr aparılmalı, onların həyata keçirilməsinin iqtisadi səmərəliliyi müəyyən edilməli və konkret təkliflər irəli sürülməlidir. O cümlədən də tramvaylarla bağlı. Müvafiq qaydada bu məsələlərə cavabdeh olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsas icraçı tərəfdir. Eynilə digər qurumlar da bu prosesə cəlb olunur. Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsas icraçı tərəf kimi bununla bağlı müvafiq qaydada qiymətləndirmə aparmalı və konkret təkliflər ortaya qoymalıdır".

A.Allahverənov qeyd edib ki, tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat növü sayılır:

"Bilirsiniz, ətraf mühitin mühafizəsi bir çox dövlətlər, iri şəhərlər, meqapolislər üçün başağrısına çevrilən problemdir, kifayət qədər aktualdır. Tramvaylar isə ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi hesab olunduğu üçün istənilən şəhər üçün çox əlverişli nəqliyyat vasitəsidir. İkinci tərəfdən, tramvay elektrik cərəyanı ilə işlədiyi halda iqtisadi cəhətdən səmərəli hesab olunur. Bu həm də digərləri ilə müqayisədə nisbətən ucuz nəqliyyat vasitəsidir. Üçüncü bir element – tramvaylar kifayət qədər təhlükəsiz nəqliyyat vasitəsi hesab oluna bilər. Dünyada yol-nəqliyyat hadisələri, qəzalarla bağlı statistikaya baxsaq, orda tramvayların iştirakı ilə baş verən qəzaların sayı heç bir faiz deyil. Demək olar ki, bu cür qəzalar baş vermir, olsa belə, digər nəqliyyat vasitələrindən fərqli tramvayda daşınan insanlar hər hansı xəsarət almır. Çünki tramvayın sürəti nisbətən aşağı olur. Dördüncü element isə tıxaclarda qalmamaq imkanıdır. Tramvaylar adətən onlar üçün ayrılmış yollarda zolaqlar üzrə hərəkət edirlər. Əksər ölkələrdə tramvay zolağı avtomobil yollarından xüsusi maneələrlə ayrılır. Pik saatlarda bir ünvanda tıxacda qalan sərnişinlər tramvaydakı sərnişinlərlə müqayisədə daha çox vaxt itirmiş olurlar. Yəni tramvayın bir çox üstünlüklərini saymaq mümkündür".

Ekspert bildirib ki, tramvayların bərpası üçün şəhərin infrastrukturu da nəzərdən keçirilməlidir:

"Tramvayların salınması mümkün olan yerlər müəyyən olunmalıdır. Hər yolda da tramvay çəkilməməlidir, çünki yolumuzun belə imkanları yoxdur. Vaxtilə tramvaylar bir neçə istiqamətdə var idi. Məsələn, 3-cü mikrorayon dairəsi, keçmiş Çapayev küçəsi, Qara Qarayev prospekti və s. – yəni tramvaylar kifayət qədər böyük nəqliyyat şəbəkəsinə malik idi. Əgər yenə də tramvayların tətbiqinə dair müsbət fikirlər səsləndirilsə, düşünürəm ki, çox zolaqlı yollarda həmin tramvayları yenidən çəkmək imkanlarımız var. Bu da yol infrastruktrunun imkanlarına uyğun olaraq müəyyən olunmalıdır. Dar, az zolaqlı yollarda tramvay çəkmək mümkün deyil. Bu gün məsələn, Təbriz küçəsində tramvayın çəkilməsi əlverişli olmaya bilər. Amma Hüseyn Cavid prospekti, Qara Qarayev prospekti və bir çox yerlərdə tramvaylar salına bilər. Eyni zamanda tramvay xətlərinin bir-birilə əlaqədə olması və vahid şəbəkə formasında fəaliyyət göstərməsi vacibdir. Belə olduğu halda müsbət nəticələr əldə etmək mümkündür".

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə saytımıza açıqlamasında bildirib ki, tramvay və trolleybuslar bərpa olunacaq: "Lakin detallar bəlli olmadığı üçün indidən danışmaq tezdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3248   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 231
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 654
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29.04.2024 741
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

29.04.2024 477
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

29.04.2024 228
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 176
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 187
.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

29.04.2024 524
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

29.04.2024 349