Qadınlar niyə kişilərdən çox yaşayır? - SƏBƏBİ BƏLLİ OLDU – VİDEO

Qadınlar niyə kişilərdən çox yaşayır? - SƏBƏBİ BƏLLİ OLDU – VİDEOStatistik göstəricilərə görə, dünyada qadınlar adətən kişilərdan daha çox yaşayırlar. Azəbaycanda da bu belədir. Ölkədə kişilərin orta ömrü 73,3 il olduğu halda, qadınlarda bu göstərici 78,2-ə çatır. Yəni orta hesabla bizdə qadınlar kişilərdən 5 il daha uzun ömür sürürlər.

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin (kişi): "Qadınlar daha çox yaşayırlar. Kişi gedir işləyir, əziyyət çəkir, qadın isə evdədir. Həm də qadın ağlaya bilir, kişi isə bunu bacarmır, hər şeyi ürəyində dərd edir ondan".

Ömrün uzunluğu həyat şəraitindən asılıdır. Elə buna görədir ki, dünyanın 20 ən uzunömürlü ölkəsindən 14-ü yaşayış şərtlərinin daha yüksək olduğu Avropadadır. Kişilərin az yaşamasında da bu amil böyük rol oynayır. Onların daha təhlükəli peşələrdə çalışması, səhhətlərinə fikir verməmələri ömürlərini qısaldır. Bu təkcə Azəbaycan cəmiyyətinə xas bir özəllik deyil.

Türk vətəndaşı (kişi): "Türkiyədə qadınlar daha çox yaşayırlar. Kişilər gedir işləyir, qadın evdə olur. Həm də Türkiyyənin havası yaxşı, təbiəti təmizdir".

Sevinc Hüseynova – AMEA-nın əməkdaşı: "Uzunömürlülər içərisində qadınların sayı həmişə çox olur. Bu da onunla əlaqədardır ki, qadınlarda reproduktiv funksiyalar gec sönür. Biz tədqiqat aparmışıq ki, uzunömürlü qadınlar içərisində axırıncı doğuş 45-48 yaşında olub".

Bir amil də zərərli vərdişlərdir. Qadınlara nibətən siqaret və içkiyə daha çox meyl edən əks cins tez qocalır, daha qısa ömür sürürlər.

Cinslərin emosionallığı da buna təsir edir. Qadınlar hisslərini daha rahat biruzə verir, ağlaya, gülə bilirlər. Kişilər isə ətrafdan çox vaxt soyuqqanlı görünsə də, hisslərini gizlətməli olurlar. Yəni, acılarını içlərində, gizli çəkməli olurlar.

Fərrux Əliyev – Psixoloq: "Bəzən kişilərin sirlərini heç kimə verməmələri onların problem yaşamasına səbəb olur. Düşünürlər ki, mən kişiyəm, sirrimi heç kimə verə bilmərəm, dərdimi deyə bilmərəm. Bununla bağlı da çox vaxt psixoloqlara müraciət belə etmirlər".

Elmi hesablamalara görə, hər iki cins düzgün həyat tərzi ilə120 il ömur sürə bilər. Hələlik isə bizdə orta ömür göstərici 75,8 ildir. Əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1322   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643