Tanınmış müğənnimizin analığı qocalar evində: "Cəhənnəmdən cənnətə düşmüşəm"

Tanınmış müğənnimizin analığı qocalar evində: "Cəhənnəmdən cənnətə düşmüşəm""Bəxt üzüyü" filmində "Sevda" obrazını yaradan Firəngiz Rəhimbəyovanın analığı 87 yaşlı Sona Rəhimbəyova artıq 3 ildir ki, hazırda Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində ("Qocalar evi"ndə) yaşayır.

BiG.AZ xəbər verir ki, bu haqda medianews.az saytı məlumat verib.

Sona Rəhimbəyova bildirib ki, o özünü burada cəhənnəmdən cənnətə düşmüş kimi hiss edir:

"Heç zaman yolumun buradan düşəcəyini, həyatımın belə olacağını düşünməmişdim. Qızım gedəndən sonra çox çətinliklər gördüm. Amma burada olduğum üçün Allaha şükür edirəm. Bura qocalar evi deyil, pansionatdır. Evimiz, eşiyimiz, isti suyumuz, soyuducumuz, bir sözlə hər şeyimiz var".
O, həyatında əsas dönüş nöqtəsinə səbəb hadisə və yaşadığı cəhənnəm əzabından danışır: "Yeganə övladım olan qızım Sevda həyat yoldaşı ilə birgə İsrailə köçmək məcburriyyətində qaldı. Kürəkənimin qohumları yaşamaq üçün onları İsrailə dəvət etdilər. Buna görə hətta evimizi də satmalı olduq. O zaman kürəkənim dedi ki, gəl sən də bizimlə get, gözüm üstdə yerin var. Hətta İsrailə getmək üçün bütün sənədlərimi düzəltmişdilər. Amma mən ora getməkdən imtina etdim. İstəsəm günü bu gün də İsrailə gedərəm, amma getmirəm. Çünki orada 50-60 dərəcə isti olur".

Qızı Bakıdan köçəndə isə anasının vəziyyəti yaxşı olub. Buna görə də anasına görə ciddi narahatlığın yaranmasına əsas olmayıb. Amma əsas çətinliklər də bundan sonra başlayıb:

"Kirayə qalmaq üçün tək yaşayan qonşu qadının evinə sığındım. O, məni çox incidirdi, aldığım pensiya ilə məni saxlayırdı. Hətta qızımın göndərdiyi pulları da mənimsəyirdi. Sevda son görüşümüzdə də and-aman elədi ki, ana, mən sənə ayda 150 dollar pul göndərirdim. Ancaq mən o pulu görmürdüm. Evində yaşadığım qonşu həmin pulları ələ keçirtmişdi. O, mənə o qədər işgəncə verirdi ki, heç başımı pəncərədən çıxardıb kimləsə söhbət etməyə də qoymurdu. Özümü yarıcan hesab edirdim".

Elə yaşadığı bu cəhənnəm əzabı da onun yolunu "Qocalar evi"ndən salıb. Söhbət əsnasında Sona Rəhimbəyova qızı haqda da az-çox məlumat verib:

"Qızım üç universitet bitirib. Onun Bakıda çox gözəl bir restoranı vardı. Hər şey normal idi. Onlar İsrailə gedəndən sonra qonşu mənim qulağımı doldurmağa çalışır, deyirdi ki, guya kürəkənim deyib, mən ora getsəm, o uşağını da, qızımı da atacaq. Amma onun dedikləri yalan idi. 10 gün Bakıda olduqları müddətdə mənə daha nələr almadılar ki?! Bütün günü restoranları, Milli Parkı gəzdik. Mənim üçün bütün ərzaq məhsulları alıb qoydular. Qara ikrayadək hər şeyim var, soyuducum indiyədək doludur".

Sona xanım deyir ki, gündə iki dəfə qızı və onun ailəsi ilə Votsap vasitəsilə görüntülü danışır: "Qızım üçün darıxsam da, artıq bu reallığa alışmışam. Burada rəfiqələrim var, hər şey gözəldir".

O qızından söz salmışkən analıq etdiyi Firəngiz Rəhimbəyovanı da danışıb:

"Birinci həyat yoldaşım rəhmətə getdikdən sonra xalam oğlu ilə ailə qurdum. Firəngiz də mənim ikinci həyat yoldaşımın övladıdır. Ona və qardaşına da mən baxmışam. Onun toyunu mən etmişəm. Onun üçün darıxıram".

"Firəngiz də yaşlanıb, artıq yaşı 60-dan çox olar. Onun bir qızı, iki nəvəsi var. Amerikadan Bakıya qonaq gəldikdə mənə baş çəkməyi unutmur. Mənim üçün Amerikadan müxtəlif geyimlər alıb gətirir", – deyə o əlavə edib.

Qeyd edək ki, Sona xanım 1952-ci ildən təqaüdə çıxanadək Azərbaycan Milli Elmlər Akademiyasında işləyib.

Tanınmış müğənnimizin analığı qocalar evində: "Cəhənnəmdən cənnətə düşmüşəm"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1993   Tarix: 14 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763