İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladıPrezident İlham Əliyev akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.

Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik etmişdir.

Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır.

Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. "Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil etmişlər.

Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanmışdır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.

Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüşdür.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Eldar Əzizov

Fərəh Əliyeva

Ceyhun Bayramov

Akif Əlizadə

İsa Həbibbəyli

Nizami Cəfərov

Gövhər Baxşəliyeva

Teymur Kərimli

Elçin Babayev".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 14 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 227
.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

28.04.2024 155
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 185
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 229
.

KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır

İsrail, Fələstinin radikal HƏMAS hərəkatı ilə razılaşmalar üçün yeni təklifində Qəzza zolağında vəziyyətin davamlı nizamlanmasına hazır olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. İsrail HƏMAS-ın saxladığı girovların aza

28.04.2024 201
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 175
.

Rusiya MN ötən gecə 17 PUA vurduğunu açıqlayıb

Ötən gecə Rusiya ərazisində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. "Report" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. "Növbətçi hava hücumundan müdafiə sistemləri on yeddi Ukrayna PUA-sını məhv edib və yaxalayıb: onlardan doqquzu Bryansk vilayəti

28.04.2024 182
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

28.04.2024 297
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 346