Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH

Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRHOktyabrın 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) planlaşdırılmış təmir işləri ilə əlaqədar Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) işini dayandırıb. Planlaşdırılan təmir işləri ilə yanaşı, BNEZ-də modernizasiya və yenidənqurma işləri də davam etdirilir. Zavod oktyabrın 24-də fəaliyyətini bərpa edənə qədər ölkənin yanacağa daxili tələbatının BNEZ anbarlarında mövcud olan qalıqla təmin ediləcəyi planlaşdırılır. Ehtiyac olacağı halda benzin müvəqqəti idxal edilə bilər.

Qeyd edək ki, hökumət ölkədə benzin qiymətlərini sabit saxlamaq üçün xüsusi tədbirlər görür. Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında qərarında dəyişiklik edib. Baş Nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, 2019-cu ilin sentyabrın 1-dən Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu qərarlar 90 gün müddətində qüvvədə qalacaq.

Rusiya Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin rəhbəri Marsel Salixov "Report"a bildirib ki, Rusiyanın bəzi regionlarının da NEZ-in planlı təmiri zamanı yanacaq daşınması təcrübəsi var, lakin bu dövrdə qiymətlər artır.

"Bu problem Rusiyada əsasən Uzaq Şərq və Şərqi Sibir üçün aktualdır. Orada bir bölgədə yalnız bir zavod fəaliyyət göstərir. Məsafə də kifayət qədər böyük olduğundan digər bölgələrdən neft məhsullarının daşınması baha başa gəlir", - o deyib.

Rusiyalı ekspert Marsel Salixov

"Daha təkmil zavod texnoloji cəhətdən zəif olanla müqayisədə bir ton neftdən daha çox məhsul istehsal edəcək. Bu, emal iqtisadiyyatını yaxşılaşdırır".

Ekspertin fikrincə, istənilən ölkədə istənilən NEZ-in planlı təmiri, adətən, hər il həyata keçirilən və bir neçə gündən bir neçə aya qədər davam edə bilən standart prosesdir.

"Modernizasiya və texniki yenidənqurma işlərinin də eyni vaxtda aparıldığı zaman təmir daha çox çəkir. Rusiyada standart qaydada emal zavodları təmirə bağlanırlar. Çünki daha təkmil zavod texnoloji cəhətdən zəif olanla müqayisədə bir ton neftdən daha çox məhsul istehsal edəcək. Bu, emal iqtisadiyyatını yaxşılaşdırır", - M.Salixov bildirib.

Rusiyanın təcrübəsi barədə danışan ekspert vurğulayıb ki, bir qayda olaraq təmir dövründə Rusiya digər ölkələrdən yanacaq idxal etmir.

"Adətən, təmir dövrü üçün planlaşdırılmış tələb əsasında əlavə yanacaq tədarükü edilir. Rusiyada təmir müddətində əhalinin ehtiyacları ölkə daxilindəki digər bölgələrin emal zavodları hesabına təmin olunur. Çünki yanacaq idxalı iqtisadi cəhətdən sərfəli olmur. Rusiyanın iri şirkətlərinin bir neçə zavodu fəaliyyət göstərir və ona görə də yükü onlar arasında bölüşdürə bilirlər. Başqa sözlə, zavodlar müxtəlif vaxtlarda təmirə bağlanır", - deyə M.Salixov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanda benzin Heydər Əliyev adına NEZ-də istehsal olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, zavod 2018-ci ildə 1 milyon 185,6 min ton Aİ-92 markalı avtomobil benzini istehsal edib. 2019-cu ilin yanvar-avqust aylarında istehsal göstəricisi 818,2 min ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 471   Tarix: 14 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 159
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 672
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 185
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1089
.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

02.05.2024 156
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 304
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 61
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 296
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 190