Qədim Azərbaycan ərazisinə türk tayfalarının yerləşməsi - TARİXİ FAKT

Qədim Azərbaycan ərazisinə türk tayfalarının yerləşməsi - TARİXİ FAKTAzərbaycan ərazisi bineyi-qədimdən türk tayfalarının vətəni olub.

Bu barədə Sonxeber.az-a tarixçi alim Kərəm Məmmədov məlumat verib.

Qədim dövrlərdən Azərbaycan ərazisində məskunlaşmış kimmer-iskit-sak tayfaları burada öz varlıqlarını qorumaq üçün Əhəmənilərə, Makedoniyalı İskəndərə, daha sonra isə onun varislərinə qarşı mübarizə aparmalı oldular. Dionisi Periegetin yazdığına görə II əsrin II yarısında Azərbaycanın şimal – qərbində yaşayan türklər Makedoniyalı İskəndər tərəfindən Pireneylərdən köçürülmüş iberlərlə amansız savaşlar aparmışdılar".

Bununla yanaşı Azərbaycana yeni türk tayfalarının axınları da davam edirdi. Belə tayfalardan biri bulqarlar idi. Mənbələrdə eradan əvvəl II əsrin II yarısında bulqarların Böyük Qafqaz dağlarını aşaraq Azərbaycanda məskunlaşdıqları haqqında geniş məlumat verilir. Azərbaycan Respublikasının cənub-şərqindəki Bulqarçay bulqarların burada məskunlaşmaları ilə bağlıdır.
II əsrin II yarısından etibarən Cənubi Qafqaza bulqarların bir qolu olan barsillərin yürüşləri başladı. 198-ci ildə türk tayfalarından olan barsillər Çola (Dərbənd) qapılarından keçərək Kür çayının hər iki sahillərinə yerləşdilər. Alban əsilzadələri ilə barsillər arasında sıx qohumluq əlaqələri yarandı. Barsillərin Azərbaycan ərazisinə növbəti gəlişləri 216 – cı ildə olmuşdu. Onların məskunlaşdıqları Azərbaycan əraziləri latın mənbələrində Bersiliya, ərəb mənbələrində isə Berşaliya (Borçalı) adlandırılır. Barsillərin Azərbaycanın böyük bir hissəsində hökmranlıqları hunların axınlarına qədər davam etmişdir". Türklərin şəcərə kitabında Toğarmanın oğulları olan on türk tayfası içərisində barsillərin adları 5-ci yerdə çəkilir.
Antik mənbələrdə II əsrdən başlayaraq Azərbaycanda kaspilərlə və albanlarla qonşuluqda yaşayan türk mənşəli hun tayfalarının adları çəkilməyə başlayır. Bu mənbələr hunları "hökmdar iskitlər" adlandırırdılar. Əhəməni mənbələri isə hunların eradan əvvəl VI - V əsrlərdən indiki Azərbaycan ərazisində yaşadıqlarını qeyd edirlər.

226-cı ildə Sasanilər sülaləsindən olan Ərdəşir Parfiya sülaləsi olan Arşakiləri hakimiyyətdən devirərək özünü indiki İran və ona qonşu olan ərazilərin hökmdarı elan etdi. Sasanilərin hakimiyyətə gəlməsilə Cənubi Qafqazda ağalıq etmək uğrunda hunlar,Sasanilər və Roma arasında uzunsürən müharibələr başladı. Arşakilərin Cənubi Qafqazda hakimiyyətdə olan nümayəndələri Sasanilərə qarşı iberlərlə, albanlarla və hunlarla əlbir hərəkət edirdilər.
III-IV əsrlərdə Yuxarı İkiçayarası, Suriya və Cənubi Qafqaz uğrunda Sasanilərlə Roma arasında qanlı müharibələr aparıldı. Bu müharibədə Qafqaz uğrunda mübarizə Sasanilər üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu müharibələrdə iştirak edən üçüncü tərəf isə türklər idilər. Şimalda yaşayan türk tayfalarının axınlarının əsas məqsədləri Azərbaycan türklərinin bu iki imperiya arasındakı mübarizələrdə qorunması idi. IV əsrin əvvəllərində 20 minlik hun ordusu bir tərəfdən Sasanilər, digər tərəfdən romalılar tərəfindən sıxışdırılan Muğan hakimi Sanatürkün çağrışı ilə onun köməyinə gəldi. Van gölü sahillərində yerləşən,Romanın müttəfiqi olan Ərmən hakimliyinin paytaxtı hunlar tərəfindən ələ keçirildi.

387 - ci il Sasani-Roma müqaviləsindən sonra Cənubi Qafqaz Sasanilərin nəzarətinə verilsə də yerli türk tayfalarının müqaviməti, bölgəyə yeni türk axınları ilə yanaşı İranın şərq qonşuluğunda - Orta Asiyada yaşayan türklərin hücumları burada Sasanilərin şəriksiz hökmranlığa nail olmasına əngəl törədirdi.

395 – ci ildə Sasanilərə və Roma imperatorluğuna sarsıdıcı zərbələr endirən hunlar Ön Asiyanın xeyli hissəsi və Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirdilər. Mənbələrin verdiyi məlumata görə bu yürüşə "hökmdar iskitlərin " nəslindən olan Vasix və Kursix başçılıq edirdilər. İstər Roma, istərsə də Sasanilər türk tayfalarının Azərbaycana davamlı axınları,onların bölgədəki qədim türklərlə qaynayıb qarışmaları nəticəsində bölgədə çoxluq təşkil etmələrindən narahat olur və bu prosesə müqavimət göstərirdilər. Bu məqsədlə Sasanilər Dərbənd səddini inşa etdirmiş və Xəzər sahili boyunca indi tat adlandırılan soydaşlarını yerləşdirmişdilər. Romalılar isə Daryal keçidini möhkəmləndurmiş və hakim olduqları bölgələrdə xristianlığı yaymaqla möhkəmlənmək istəyirdilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1170   Tarix: 14 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

HƏMAS: Qəzza ilə bağlı razılaşma heç vaxt olmadığı qədər yaxındır

Fələstinin HƏMAS, "İslami cihad" və "Fələstinin azadlıq cəbhəsi" hesab edirlər ki, İsrail tərəfi ilə Qəzza bölgəsi ilə bağlı razılaşma üçün heç vaxt olmadığı qədər yaxındırlar. "Report"un məlumatına görə, bu barədə üç radikal hərəkatın bəyanatında deyilir. Bəyanat HƏMAS-ı

22.12.2024 217
.

Slovakiya Ukraynanı münaqişə ilə hədələdi

"Əgər Ukrayna Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, iki ölkə arasında münaqişəli vəziyyət yarana bilər". "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Slovakiya Rusiya qazını Ukrayn

22.12.2024 220
.

Onunla şouya çıxmaq istəməyən Kirkorovu belə ifşa etdi

Aparıcı Nastya İvleevanın təşkil etdiyi çılpaq partidən sonra onunla Rusiyanın Xalq artisti Filipp Kirkorovla aralarındakı dostluq münasibəti nəinki bitib, hətta düşmənçilik səviyyəsinə çatıb. Axşam.az xəbər verir ki, Kirkorov TNT-nin direktoru Tina Kandelakidən İvleevanı kanalın "Небриллиантова

22.12.2024 437
.

ABŞ "Həyat Təhrir əş-Şam" liderinin həbsinə görə təyin edilən 10 milyon dollar mükafatı ləğv edib

ABŞ hökuməti Suriyada Bəşər Əsəd rejiminə ən böyük müxalif qruplardan biri olan "Həyat Təhrir əş-Şam" lideri Əbu Məhəmməd əl-Culaninin həbsi üçün təyin edilən 10 milyon dollar mükafatı ləğv edib. bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Bildirili

22.12.2024 286
.

Çölə atılan çılpaq uşağın meyiti kanalizasiya quyusundan tapıldı

ABŞ-da ögey anasının cəzalandırdığı 5 yaşlı oğlan faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Florida ştatında baş verib. 25 yaşlı Çeyenne Star Fayt adlı qadın 5 yaşlı ögey oğlu Riley Sot Hogeboku çılpaq həyətə atıb. Buna səbəb isə qadının sözlərinə görə, uşağın toyuqlara zərə

22.12.2024 399
.

Qərbi Azərbaycan Xronikası: Oğlanların "ciyər axşamı" mərasiminin əsas qaydaları

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb. xəbər verir ki, "Toy günü qırmızı almanın verilmə səbəbi" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytə

22.12.2024 244
.

Müdafiə naziri almaniyalı sülhməramlıların Ukraynaya göndərilməsini istisna etməyib

"Ukrayna ərazisinə sülhməramlılar göndərilsə, Almaniya kənarda durmayacaq". "Report" xəbər verir ki, bunu "Funke" nəşrinə müsahibəsində Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. "Avropanın ən böyük NATO ölkəsi və Avropanın ən böyük iqtisadiyyatı olan Almaniy

22.12.2024 237
.

Afaqın verilişi nə vaxt yayımlanacaq?

Aparıcı Afaq Gəncəli uzun fasilədən sonra efirə qayıdır. Axşam.az xəbər verir ki, sənətçi son bir neçə aydır yeni proqramının anonsunu etsə də, onun nə zaman yayımlanacağı bəlli deyil. Bu günlərdə isə Afaq "10lar" maqazin proqramının anonsunu yayımlayıb. O bildirib ki, Yeni ildən proqram efir

10:33 110
.

Azərbaycanda kimlər daha tez pensiya ala bilər?

Azərbaycanda bəzi şəxslər vaxtından əvvəl pensiyaya çıxa bilərlər. Belə ki, rəqqasların daha tez təqaüdə çıxması ilə bağlı təkliflər hazırlanır. Bu məsələ ötən gün milli məclisin komitə iclasında müzakirə edilib. Əvvəllər bir çox mədəniyyət işçiləri və digər sahələrdə müəyyən iş təcrübəsi olanlar erkə

10:21 138
.

TOP MP3