Dodaqlarını böyütmək istəyən qadın kor qalacaqdı - FOTO

Dodaqlarını böyütmək istəyən qadın kor qalacaqdı - FOTODodaqlarını şişirtmək istəyən qadın kor qalmaq təhlükəsi ilə üzləşib.

Avstraliyada yaşayan Mikayla Stutchberry adlı qadın "gözəl" görünmək istəyinin qurbanına çevriləcəkdi.

Belə ki, qadının dodaqlarına inyeksiya edilən maddənin partlaması nəticəsində o, kor qalmaq təhlükəsi ilə üzləşib.

"Laser Clinics Australia Outlet"də dodaq böyütmə əməliyyatı keçirən qadının dodaqları şişib, eybəcər forma alıb.

Qadın buna görə işini də itirib. Həkimlər isə deyir ki, o, çox şanslıdır, çünki dodağa infeksiya düşən zaman kor qalmaq və ya ölüm təhlükəsi böyükdür.

Klinika isə deyilənləri təkzib edərək, prosesin düzgün həyata keçirildiyini iddia edir.

Mikayla qadınları belə əməliyyatlar etməməyə və ya düzgün həkimi seçməyə səsləyib.
Dodaqlarını böyütmək istəyən qadın kor qalacaqdı - FOTODodaqlarını böyütmək istəyən qadın kor qalacaqdı - FOTODodaqlarını böyütmək istəyən qadın kor qalacaqdı - FOTOmilli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1361   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş