"Aksiya zamanı polislər nümunəvi davranış sərgilədilər" - RƏYLƏR

"Aksiya zamanı polislər nümunəvi davranış sərgilədilər" - RƏYLƏR"Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında keçirdiyi piketdə polislər nümunəvi davranış sərgilədilər. Onlar vətəndaşları asayişi, qanunu pozmamağa çağırırdılar. Piketdən çəkilən kadrlara baxdım, polislərin vətəndaşlarla davranışı məndə müsbət təəssürat yaratdı".

Bunu "Report"a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib.

"Piketdən çəkilən kadrlara baxdım, polislərin vətəndaşlarla davranışı məndə müsbət təəssürat yaratdı".

N.Cəfəroğlu piketdə təhlükəsizliyin qorunması üçün qadın polislərin cəlb edilməsini müsbət qiymətləndirib: "Ümumiyyətlə, qadın polislərin olması çox yaxşıdır. Məsələn, bu cür aksiyalara, məişət zoralığının qarşısının alınması ilə bağlı məsələlərə qadın polislərin cəlb olunması yaxşı haldır. Çünki problemi qadın daha asan həll edir".

Hüquq müdafiəçisi qeyd edib ki, Bakının mərkəzində piketin keçirilməsinə razılıq verilməsi düzgün addımdır: "Sadəcə, müxalifət nümayəndələri də polislə davranış qaydalarını bilməlidirlər. Özümü misal çəkim, əvvəlki etiraz aksiyalarında çalışırdıq, polisin üstünə gedək. Doğrudan da, belə olub. Bir-birimizə qarşı hörmətlə davranmağı öyrənməliyik. Yəqin ki, zamanla bu da qaydasına düşəcək".
"Aksiya zamanı polislər nümunəvi davranış sərgilədilər" - RƏYLƏRMilli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə "Report"a açıqlamasında deyib ki, bütün ictimai tədbirlərdə olduğu kimi, müxalifət partiyalarından birinin oktyabrın 8-də keçirdiyi piketdə də polislər insanlara qarşı nəzakətlə davrandılar.

Deputat Aydın Mirzəzadə

"Piketdə polislər insanlara qarşı nəzakətlə davrandılar".

Deputat vurğulayıb ki, müxalifətə piketin keçirilməsi üçün hər bir şərait yaradılıb, piket iştirakçıları vətəndaş kimi hüquqlarından istifadə ediblər: "Piketə təxribat niyyəti ilə gələn insanlar da vardı. Bir qrup şəxs ictimai asayişi pozmağa, piketin təyin edildiyi yerdən kənarda razılaşdırılmamış mitinq keçirməyə cəhd edirdi. Polis bunun qarşısını aldı. Piketdə təhlükəsizliyin qorunması üçün qadın polislərin cəlb edilməsi, insanlara lazımi izahatların verilməsi müsbət qiymətləndirilməlidir. Bir sözlə, polis işinin öhdəsindən yüksək səviyyədə gəldi. Piketi təşkil edənlər öz üzərlərinə düşən vəzifəni yerinə yetirmək istəmirdilər. Yəni tərəfdarlarını intizama dəvət etmədilər, polislə toqquşmaya cəhd etdilər... Bütün bunlar göstərir ki, onların məqsədi hansısa məsələyə etirazlarını bildirmək deyil, piket ətrafında siyasi şou yaratmaqdır. Amma bu, alınmadı, qarşılarına qoyduqları məqsədə çata bilmədilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2395   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 378
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1207
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 67
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 418
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 166
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 289
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 90
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 368
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230