Yaşca özündən kiçik kişilərlə ailə quran, sevgili olan xanım MƏŞHURLARIMIZ - 5 YAŞDAN 17 YAŞADƏK...

Yaşca özündən kiçik kişilərlə ailə quran, sevgili olan xanım MƏŞHURLARIMIZ - 5 YAŞDAN 17 YAŞADƏK...Sənətdə olan məşhurların sənətləri qədər münasibətləri, evlilikləri də hər zaman maraq dairəsində olub. Əsasən də xanım sənətçilər münasibətdə olduğu insanlarla tez-tez gündəmə gəlirlər. Əgər bu münasibətdə xanım tərəf yaşca böykdürsə, deməli, marağın daha böyük olmaq ehtimalı yüksəkdir.

BiG.AZ xəbər verir ki, "Ölkə.Az" yaşca özündən kiçik bəylərlə münasibəti (evlilik, sevgililik, vətəndaş nikahı və sair) olan məşhur xanımlarla bağlı kiçik araşdırmanı təqdim edir.

Azərbaycan xalq artisti Leyla Şıxlinskaya dörd dəfə ailəli olub. Onun həyat yoldaşlarından birinin Şıxlinskayadan yaşca kiçik olduğu bildirilir.

Əməkda artist Ruhəngiz Musəvi öz həyat yoldaşından 12 yaş böyük olub. Sənətçi bir müddət öncə mətbuata verdiyi açıqlamada sözügedən şəxsdən ayrıldığını bildirib.

Xalq artisti Aygün Kazımova uzun illər münasibətdə olduğu duet ortağı Namiq Qaraçuxurludan 7 yaş böyük olub.

Əməkdar artist Nüşabə Ələsgərli Rza adlı İran əsilli həyat yoldaşından 7 yaş yaşca böyükdür.

Telli Borçalı haqqında bir müddət öncə yayılan xəbərlərdə onun özündən 17 yaş kiçik sənətçiylə münasibətdə olduğu qeyd edilirdi.

Hətta o, bu məlumatı yayan jurnalistlə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilmişdi.

46 yaşlı aktrisa Naina İbrahimova da yoldaşından yaşca böyük olan məşhurların sırasındadır.

Əməkdar artist, rəqqasə Məryəm Süleymanova ailə qurduğu şəxsdən 12 yaş böyükdür.

DJ Aynur kimi tanınan, keçmiş jurnalist Aynur Talıbova da öz həyat yoldaşından 14 yaş böyükdür.

Əməkdar artist Elnarə Abdullayeva da həyat yoldaşından 4 yaş böyükdür.

Müğənni Natavan Həbibi ikinci dəfə barışdığı həyat yoldaşı Dadodan 6 yaş böyükdür.

"Avroviziya" təmsilçimiz Səbinə Babayeva da həyat yoldaşından 6 yaş böyükdür.

O, vaxtilə teleməkanın ən baxımlı layihələrindən olan "Qəfəs"in iştirakçısı olmuş Cavidan Şərifovla ailə qurub.

Şərifov ixtisasca rejissordur.

Aktrisa Xuraman Əlizadə həyat yoldaşından 5 yaş böyükdür.

Aktrisa Tünzalə Əliyevanın da öz həyat yoldaşından 15 yaş böyük olduğu bilinir.

Qeyd edək ki, dünyaca məşhur ulduzlardan Alla Puqaçova həyat yoldaşı Maksim Qalkidən 27 yaş, Türkiyəli müğənni Zerrin Özer həyat yoldaşından 27 yaş böyükdürlər.

Seda Sayan və Bülent Ersoy kimi məşhurlar da tez-tez yaşca özlərindən kiçik sevgililəri ilə gündəmə gələn xanım məşhurlar sırasındadırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3216   Tarix: 07 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Sayənizdə qalib gəldim" - Fotolar

Müğənni Xatun Əliyeva Almaniyaya yollanıb. Axşam.az xəbər verir ki, sənətçi Kölündə dincəlib. Xatun gəzinti fotolarını instaqramda paylaşıb. İfaçı "Elə dostlar var ki, düşmənləri əvəz edir. Ehtiyacım olduğumda mənə kömək etməyən dostlar, təşəkkür edirəm. Sayənizdə tək mübarizə apardım və qalib gəldim

17.03.2024 1173
.

Yeni tərəf müqabili o oldu

"Kızılcık şerbeti" serialına yeni aktyor daxil olub. OLAY yazır ki, Kaan Taşaner Sıla Türkoğlunun canlandırdığı Doğa obrazının tərəf müqabili kimi ekran işində rol alacaq. Onun növbəti bölümlərdə tamaşaçı qarşısına çıxacağı gözlənilir

17.03.2024 772
.

Aygün Kazımovanın qızı İlqarə ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, o sosial mediada yeni fotosunu yayımlayıb. Foto marağa səbəb olub. Paylaşıma çoxsaylı bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

17.03.2024 4615
.

DJ Turalın həyat yoldaşı: "Qızımın evlənmədən yaxınlıq etməsinə razıyam" - VİDEO

"Qapqara" verilişinin yeni buraxılışı efirə gedib. xəbər verir ki, verilişin budəfəki sayının qonağı teleaparıcı, bloger Səma Abiyeva olub. Son illərdə çox dəyişdiyini deyən bloger qeyd edib ki, valideynləri onun bu halını qəbul edə bilmir:. "Valideynlərimin böyük övladı olmuşam. Oğu

16.03.2024 2093
.

Aygün Kazımovadan daha bir SEVİNDİRİCİ XƏBƏR

Xalq artisti Aygün Kazımovadan sevənlərinə daha bir sevindirici xəbər var. xəbər verir ki, Xalq artisti "Qardaşlıq dastanı" adlı konsert proqramında çıxış edəcək. Tədbir mayın 9-da Bakı Konqres Mərkəzində gerçəkləşəcək. Pop kraliça həmin gün səhnəni Türkiyənin "Alagöz" rəqs ansambl

17.03.2024 5053
.

Sevinc həyat yoldaşı ilə foto paylaşdı

Müğənni Sevinc Musayeva həyat yoldşı Əli ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi şəklə "İftardan əvvəl enerjili" qısa şərhini yazıb. Qeyd edək ki, Sevinc və Əli cütlüyü ötən ilin oktyabrında ailə qurub

17.03.2024 3032
.

Xoşqədəmin həyat yoldaşı Doğuş ilə - YENİ FOTO

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" səhifəsində həyat yoldaşı Doğuş ilə olan yeni fotosunu paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

17.03.2024 5763
.

Safurə Məryəm Üzərli ilə foto paylaşdı

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva aktrisa Məryəm Üzərli ilə bir araya gəlib. Axşam.az xəbər verir ki, o, birlikdə çəkilən fotolarını instaqram hesabında yayımlayıb. Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. İfaçının 3 övlad

18.03.2024 1044
.

Elza Seyidcahan: "Mənim səsim Ledi Qaqanın səsindən qat-qat yüksəkdir"

"Mən oxumasam, özüm və ailəm acından ölərik. İşığımız, qazımız, suyumuz gəlməz. Axşamlar şou-proqramlara gedirəm və oxuya-oxuya içim "qan" ağlayır. İçimdə deyirəm ki, mənim burada nə işim var? Çünki mənim yerim bura deyil". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcaha

17.03.2024 359