Rəşad Sadıqov: "Ermənilər "düşüklük" edir"

Rəşad Sadıqov: "Ermənilər "düşüklük" edir""Qarabağ"ın kapitanı Rəşad Sadıqovun müsahibəsi

- Gərgin keçən oyunda "Düdelanj"ı səfərdə məğlub etməyi bacardınız. Oyun haqda fikirlərini bilmək istəyirik...

- Bizim üçün vacib səfər qarşılaşması idi. Başa düşürdük ki, turnirdə qalmaq, qrupdan çıxmaq şanslarımızı saxlamaq istəyiriksə, səfərdən yaxşı nəticə ilə qayıtmalıyıq. Oyuna aqressiv başladıq. Rəqibimiz səfərdə APOEL üzərində qələbə qazanmışdı. İlk dəqiqələrdən rəqibi təzyiq altında saxlamaq istəyirdik. Bilirdik ki, rəqib müdafiədən oyun qurmağa çalışıb, kombinasiyalı oyuna üstünlük verəcək. Düşündüklərimiz uğurlu alındı. İki erkən qol vurduq və oyun bizim üçün daha da rahat məcrada keçdi. Bir ara məlum səbəblərdən oyun dayandı. Amma fasilədən sonra yenə də rahatlaşmadıq, boşalmadıq, psixoloji cəhətdən sınıqmadıq və oyunumuza davam etdik. Nəticədə də qələbə ilə başa vurduq matçı.
- Fasilə yaranandan sonra meydana qayıtdınız. Komandada belə fikir var idi ki, mümkün qədər çox qol vuraq?

- Xeyr, elə fikir yox idi. Bizim üçün əsas olan üç xal idi. Amma başa düşürdük ki, 2:0 da sürüşkən hesabdır və rəqibin tam təslim olması üçün 3, 4-cü qolları vurmaq lazımdır. Öz aramızda da danışırdıq ki, bir qol da vurmalıyıq ki, oyun bitsin.

- APOEL "Sevilya"ya səfərdə uduzdu və "Düdelanj" üzərindəki qələbədən sonra "Qarabağ" hazırda ikinci pillədədir. Bu haqda nə deyəcəksən?

- Həmin oyundan məlumatımız var. APOEL "Sevilya"ya çox qol epizodu vermədi. Amma fərqli oyun gözləyirdik. Qarşıda bizi APOEL-ə qarşı iki vacib oyun gözləyir. Ciddi hazırlaşacağıq. Əgər qrupdan çıxmaq istəyiriksə, nə hesablama aparmalıyıq, nə də qrupdan çıxmaq barədə danışmalıyıq. Yalnız APOEL-lə oyunu düşünməliyik.

- "Arsenal"la Londondakı oyunda da erməni təxribatı ilə üzləşmişdiniz. Dünən də "Düdelanj"la görüşdə eyni adamlar təxribat törətdi. Buna necə şərh verəcəksən?

- Bilmirəm kəm düşüncəlidilər, yoxsa intelekt səviyyələri aşağıdır. Doğurdan loru dildə desək, "düşüklük" edirlər. Bu onlara nə verir axı? Dünən bizə nə etdilərki guya? Biz olan yerə bayraq sancmaq istəyirsənsə, bunun bir mənası var da, meydana girib bayrağı sancırsan. Bunun başqa mənası yoxdu axı. Təyyarə hündürlüyündə bayrağı fırlayırlar, bu sizə nə verirki? Həqiqətən də ermənilərin aşağı millət olduğunu bir daha göstərdilər. Bunların düşüncəsi, psixologiyası aşağıdır. Bir daha zəif olduqlarını göstərirlər. Biz halal zəhmətimizlə uğur əldə edirik, bunlar gəlib orada dronla bayraq fırlayırlar. Əgər bu onlar üçün təsəllidirsə, qoy hər oyunda fırlasınlar. Biz də əlimizdən gələn qarşılığı verəcəyik. Necə ki dünən verdik. Hakimə bildirdik ki, bu vəziyyətdə oynamayacağıq. Bayraq, bayraq da deyirəm, mənim üçün o bayraq deyil. Sonra elə oldu ki, hakim bizi meydandan çıxarmaq istədi. Biz razılaşmadıq, dedik ki, dron getsin sonra çıxacağıq. İçəri getdik, Lüksemburqun idman naziri gəldi üzr istədi və söz verdi ki, bir də olmayacaq. Mən də dedim ki, yenə həmin dron gəlsə yenə dayanacağıq, oynamayacağıq. Həmin bayraq orada fırlanana qədər biz orada oynamayacağıq dedim. TƏhlükəsizliyi gücləndirdilər, bir də həmin dronu görmədik. Çalışdıq oyunumuzu davam etdirək. Hamımız üçün həssas məqamdır. Biz futbolçular da həmin anda heç nə düşünmürük. Amma bizim xalqımıza, millətimizə ən vacib olan bu qələbələrdir. Onlar hamısı ucuz şeylərdir. "Arsenal"la oyunda meydana girib, daha sonra qaçırlar, burada göydə bayraq fırladırlar. Nə etmək istədiklərini özləri də bilmir. Ya çıxın qabağımıza bu bayraqla. Sən mənə etiraz bildirmək istəyirsən? Biz oteldə oluruq da onsuzda. Mən "Qarabağ"ın futbolçusuyam, kapitanıyam. Çıx həmin bayraqla otelin ətrafında qabağıma. Biz onsuzda oralarda oluruq, gəzirik. Ya gəl, otelə lobbiyə çağır. Bu nədir də belə? Oyun gedir, əlimiz-qolumuz bağlı, özünüz üçün bayraq fırlayırsız. Mən buna bir anlam verə bilmirəm. Bunu edirlər, hər dəfə də öz başlarında "çatlayır", uduzan onlar olur.

- Drondan istifadə etmək üçün şəhər rəhbərliyindən rəsmi şəkildə icazə alınmalıdır. Lüksemburq tərəfi Azərbaycandan üzr istəsə də, maraqlıdır ki, necə olur dronun istifadəsinə icazə verir?

- Mən onu bilmirəm . Yəqin ki, məxfi şəkildə keçiriblər. Çünki onların səmimiyyətinə inanıram. Paltardəyişmə otağının qarşısında onların idman naziri bizimlə söhbət etdi. Dedi ki, məsələ ilə heç bir bağlılığımız yoxdur, üzr istəyirik və bir daha təkrarlanmayacaq. Mən onun səmimiyyətinə inandım. Biz mərkəzdə durduq, düşündük ki, bayrağı mərkəzə endirmək istəyirlər. Uşaqlarla danışdıq, qarşımıza məqsəd qoyduq ki, yerə endirməsin. Əlim çatmayan hündürlükdə nə qədər istəyir, qoy fırlasın, amma əlimiz çatan yerdə fırlanmasın. Ona görə mərkəzdə dayanmışdıq, oradan getmirdik ki, bəlkə də niyyətləri mərkəzə endirməkdir. Ancaq niyyətləri nə idi, nə etmək istəyirdilər, heç özləri də bilmirdilər (sportinfo.az).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 901   Tarix: 05 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 589
.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 491
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 520
.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 318
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 365
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15.04.2024 446
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 857
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 305
.

"Fənərbağça" rəhbərliyindən meydanı tərk edən U19 komandasını sevindirəcək sürpriz

"Fənərbağça"da tarixi Superkubok etirazının əks-sədaları davam edir. Meydandan çıxmaq qərarının arxasında duran "sarı-lacivərd"lərin rəhbərliyi U19 komandasını mükafatlandırmaq qərarına gəlib. Bunun üçün rəhbərlik Şanlıurfaya yollanacaq. Superkuboku qazanan gənc futbolçulara mövsümdə

09.04.2024 523