"Rövşən məni boşayacaq" - Elnarə

"Rövşən məni boşayacaq" - Elnarə

“Bir dəfə saçlarımı bənövşəyi rəngə boyadım. Sonra iki yolum var idi, ya onu qorumalı, ya da natural rənglərə qayıtmalı idim. Bir ay sonra bənövşəyi məni yordu. Dedim ki, yetər, Elnarə , bu rəngdən çıx”.

Bu sözləri son zamanlar saç rənglərini tez-tez dəyişməsi ilə gündəm gələn müğənni Elnarə Xəlilova Axşam.az-ın suallarını cavablandırarkən deyib.

O söyləyib ki, bənövşəyi rəngdə saçlar istəməsi onu “macəra”lara sürükləyib:

“Natural rəngə qayıda bilmədim. Bənövşəyi yuyuldu, yerinə firuzəyi mavi çıxdı. Dedim ki, bu saçla gəzə bilmərəm, yüz faiz Rövşən (həyat yoldaşı Rövşən Cahangirov - red.) məni boşayacaq. Amma Rövşən bu mövzuda diqqətsizdir. Bir həftədir saçımı kəsdirmişəm. Dünən deyir ki, sən saçını kəsdirmisən? Bir həftədir mənimlə bir yastığa baş qoyur, bunu dünən deyir. Daha sonra məcburən firuzəyi mavini “öldürmək”dən ötrü saçlarımı göyümtül boz rəngə çevirdim. Boz yuyulandan sonra isə altından yaşıl rəng çıxdı. Vəziyyətdən çıxış yolları tapdım, sonra saçımı yandırdım və kəsdim (gülür)".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2044 Tarix: 27.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol