Bakı dönərxanalarını kilosu 50 qəpiyə leş ət bürüyüb - Reportaj

Bakı dönərxanalarını kilosu 50 qəpiyə leş ət bürüyüb - ReportajUcuz dönərlər əsasən bölgələrdən Bakıya gətirilən leş, xəstə ətlərdir

"Mən sizdən "Leş Tofiq"in adını eşidirəm. Belə adam tanımıram. Bizim ət təmizdir, halallığına əmin ola bilərsiniz. İndi kimsə millətə ölü, leş ətin dönərini satırsa, Allahı, vicdanı bilsin. İntəhası, ucdantutma hamıya aid eləmək olmaz ki, dönərxanalar murdar ətdən istifadə edirlər".

Bu sözləri bizimlə söhbətində Bakıda dönərxana sahiblərindən biri danışır: "Bir "Leş Tofiq" söhbəti ortaya düşüb, əhalinin canına vəlvələ salıblar. Biz də camaata səslənirik ki, təmiz, qiyməti ucuz olmayan yerlərdən dönər alsınlar. Ola bilməz ki, 1 manatlıq dönərlə 3 manatlıq dönərin keyfiyyəti eyni olsun".

Amma dönərxana sahibinin nə deməyindən asılı olmayaraq, həqiqətdir ki, şəhərdə ucuz dönər doludur. Dönərin mədə-bağırsaq, xərçəng və s. xəstəlikləri yaratdığı barədə gecə-gündüz təbliğat, maarifləndirmə işləri aparılsa da, dönərxanaların sayı durmadan artır. Kimi 1 manatlıq dönərin üstündə ayran da təklif edir ki, başqa obyektlərdən fərqlənsin. Amma müştərilər nəzərə almırlar ki, bu qədər ucuz dönər və ayran keyfiyyətsiz, bişirilən ət isə ölü, murdar, leş ola bilər...

Şəhərdə kiçik bir reydimiz zamanı da şahid olduq ki, 1 manata satılan dönərxanalar daha çoxdur, nəinki 2-3 manatlıq olanlar. İddialar isə ondan ibarətdir ki, ucuz dönərlər əsasən bölgələrdən Bakıya gətirilən leş, xəstə ətlərdir. Hətta Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bir neçə gün əvvəl lent.az-a açıqlamasında demişdi ki, dönərxanalarda leş ətdən istifadə halları var: "Dönərin təhlükəli tərəfi odur ki, ön hissə qızarır, ancaq içəri hissəyə isti çox gec keçir. Bu zaman da içərinin qanlı suyu aşağı təbəqələrə axır. Heyvan xəstəliklərini özündə daşıyan həmin su ətə qarışır və istehlakçıya verilir. Ancaq ət dondurmadan keçiriləndə həmin xəstəliklər yox olur. Yaxşı haldır ki, bu yaxınlarda leş mafiyası ifşa edilərək tutuldu. Azad İstehlakçılar Birliyi də 22 ildir ki, bununla mübarizə aparır. Leş mafiyasının əti təbii ki, dönərxanalara da gedib çatırdı. 2006-cı ildə quş qripi olan vaxtı, Səhiyyə Nazirliyi, ümumiyyətlə, toyuq əti dönərini qadağan etdi. Ancaq yenə dondurmadan keçən toyuq ətləri də dönər olaraq satılır".

Eyyub Hüseynov leş əti biznesi ilə məşğul olanların AQTA-nı aldatdığını vurğulayaraq, ciddi monitorinqlərin lazım olduğunu deyib: "Leş əti satan şəxslərin də AQTA-dan sertifikatı var. Onlar agentliyə yaxşı əməllərini göstərirlər, ancaq arxada çirkin əməllərindən qalmırlar. AQTA-nın əli hər yerə çatır. Çox ciddi monitorinqlər aparmalıdır. Ancaq təəssüf ki, həmin şəxslərdə də agentliyin sertifikatı var".

Onun sözlərinə görə, leş yığanlar ətin 1 kiloqramını 50 qəpiyə, 1 manata alırlar. Qida Təhlükəsizliyi Agentliyi isə açıqlayıb ki, bu ilin iyul-sentyabr aylarında dönərdən zəhərlənmə ehtimalı ilə bağlı 12 müraciət daxil olub.

Mütəxəssislərin fikrincə, dönər bıçağının tez-tez itilənməsi insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları adətən poladdan olur. İtiləndikdə isə onun üstündə polad qırıntıları toz şəklində qalır. Fikir versəniz, görərsiniz ki, dönər bıçaqları itiləndikdən sonra yuyulmur və ət kəsməyə davam edir. Bu, çox böyük təhlükədir. Dönərin hazırlanmasına 1 çay qaşığı duz əlavə olunur. Amma həmin duz yodlaşdırılmamış olur. Bu, insan həyatı üçün çox təhlükəlidir. Amma dönərin hazırlanma prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Kəklik otu və ya digər ədviyyatlar isə köhnə ətin dadını hiss etdirməmək üçün istifadə edilir.

Əgər sağlam heyvan ətləri istifadə edilməsə, o zaman bunların içində askarid və digər qurd yumurtaları olur. Askarid qurdunun yumurtası müəyyən istiliyə davamlıdır. Onlar 100 dərəcə istilikdən bir qədər yuxarı istilikdə ölürlər. Bir sözlə, dönər çiy olarsa, askarid yumurtası daşıyır. Çox bişərsə, qızarar və ya yanarsa, o zaman kanserogen yaradır. Filtrli dönər bişirmə aparatlarından istifadə olunmalı və hissələri asanlıqla təmizlənməlidir.

Dönər bişirmə aparatları üzərində sorucu ventilyasiya qurğusu quraşdırılmalıdır. Onu da yada salaq ki, Avropa İttifaqı (Aİ) dönər və şaurma məhsullarının tərkibinə qatılan fosfatların insan sağlamlığına ziyan vurması səbəbindən onların satışına qadağa qoyacaq. Aİ-nin araşdırmaları sübut edib ki, bu fosfatlar ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.

Bundan başqa, dönər və şaurmanın hazırlandığı küçə kafelərinin sahibləri və çalışanları Aİ rəhbərliyinin bu məsələ ilə bağlı ittihamlarına etirazını bildiriblər. Sahibkarların bu məhsulların türk sahibkarların obyektlərində hazırlandığını bildirməsinə baxmayaraq, Aİ bu qidaların Almaniyada geniş yayıldığını iddia edir.

Habelə Mərkəzi Avropa ölkələrində dönərlər "tezbazar" deyil, oturaq yemək kimi qəbul olunur. Azərbaycanda isə dönərxanaların 85 faizi aldıqları ətləri heç də müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda, mənşəyi məlum olmayan ət alıb dönərlər hazırlayır. ("Yeni Müsavat")


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1082   Tarix: 26 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış

16:50 94
.

Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib

Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar

17:30 62
.

Qızıl, gümüş və mis konsentratının hasilatı artıb

Bu ilin yanvar-noyabr aylarında ölkədə metal filizlərinin hasilatında artım qeydə alınıb. rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanda 2 min 815 kq qızıl və 3 min 505.5 kq gümüş hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 9.7 faiz və ya 247.8 kq, gümü

11:20 121
.

Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi

Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d

17:50 0
.

KİV: ABŞ Zelenskinin referendum təklifini irəliləyiş kimi qiymətləndirib

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi referendumunun keçirilməsi barədə açıqlamasını münaqişənin sülh yolu ilə həllində irəliləyiş hesab edir. xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən məlumat yayıb. Adı açıqlanmayan Ağ Ev rəsmisi nəşrə bildirib ki, ABŞ

11:10 129
.

Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

13:20 134
.

Qreta Tunberqə qarşı cinayət işi açılıb

Finlandiyanın hüquq-mühafizə orqanları isveçli ətraf mühit fəalı Qreta Tunberqə qarşı cinayət işi açıblar. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Tunberq 25 iyun 2024-cü ildə Helsinkinin mərkəzində "Extinction Rebellion" fəallarını

12:10 127
.

Yeni il bayramında qar yağacaq? - AÇIQLAMA

Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər. Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hav

00:07 303
.

Bu il problemli kreditlərin həcmi 13,5 faiz artıb

2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı v

11:00 115
.

TOP MP3