TƏKLİF! Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun – VİDEO

TƏKLİF! Məktəblilərə ictimai nəqliyyatdan istifadə pulsuz olsun – VİDEOMəlumdur ki, 5 yaşdan yuxarı hər bir kəs ictimai nəqliyyatda gediş haqqı ödəməlidir. Əlbəttə ki, bura məktəblilər də daxildir. Amma son zamanlar belə bir təklif səslənir ki, məktəb şagirdləri ictimai nəqliyyatda gediş haqqından azad olunsun. Hesab edilir ki, günün müəyyən vaxtlarında məktəbli formasında olan uşaqlar gediş haqqı verməyə bilər.

ARB TV əməkdaşları məsələ ilə bağlı ətraflı araşdırma ediblər.

Bugünlərdə sosial şəbəkələrdə ana və onunla olan 3 məktəbli övladının imkanı olmadığı üçün avtobusdan düşürüldüyü, bununla da uşaqların məktəbə gedə bilmədiyi barədə məlumat yayıldı. Məsələyə anındaca sərt reaksiyalar oldu. Millət vəkili Fazil Mustafa hesab edir ki, məktəblilər gediş haqqı ödəmələrindən azad olunmalı, ya da müəyyən güzəştlər olmalıdır.

Fazil Mustafa – Milli Məclisin deputatı: "Məktəbə uşağın daşınması ən vacib problemlərdən biridir. Bu bəhanəni kiməsə buraxmaq olmaz. Valideyn var bəhanə edər ki, mənim gücüm çatmır, uşağı məktəbə apara bilmirəm".

Dünyanın bir çox ölkələrində isə məktəb şagirdlərinin ictimai nəqliyyatdan istifadəsi pulsuzdur və ya güzəştlidir.

Kamran Əsədov – Təhsil eksperti: "Gürcüstan, yəni yaxın ərazilərdən deyək. Şagirdlər gediş haqqından tam azaddırlar. Türkiyədə isə güzəşt tətbiq edilir. Yəni xüsusi kartlar paylanılır, həmin kartlar vasitəsilə 50 faiz və daha aşağı ödəniş etməklə daşıma həyata keçirilə bilir".

Şagird: "Hər gün məktəbə getmək və qayıtmaq üçün təxminən 60 qəpik, bəzən isə 1 manatdan çox pul xərcləyirik. Ayda orta hesabla 20-30 manat gedir. Pulsuz olsa daha yaxşı olar".

Kamran Əsədov – Təhsil eksperti: "Əgər həmin şəxs məktəbli formasındadırsa və məktəb saatlarında ictimai nəqliyatdan istifadə edirsə, biz onu azad etməliyik. Təbii ki, biz demirik ki, gecə saatlarında və qeyri-iş günlərində bu tətbiq edilsin".

Ekspertlərin sözlərinə görə, dövlət şagirdlərin pulsuz daşınması müqabilində daşıyıcı şirkətlərə müəyyən güzəştlər edə bilər.

Elməddin Muradlı- Nəqliyyat eksperti: "100-200 şagird ödəniş etməsə daşıyıcı şirkət ondan heçnə itirən deyil. Amma ola bilər ki, daşıyıcı şirkətə dövlət bunun üçün konpensasiya ödəyə bilər. Hardasa bir güzəşt tətbiq edə bilər ki, məsələn sən şagirdləri dərs mövsümündə daşıyırsan, mən də sənnən tutaq ki, vergidəmi, hansısa bir sahədəmi müəyyən bir həcmdə güzəşt edirəm".

Fazil Mustafa – Milli Məclisin deputatı: "Burada ən böyük üstünlük verilən tərəf uşaqdır. Bütün hallarda onun problemi həll olunmalıdır. Amma qalan tərəfin sıxıntısını da müvafiq qurumlar çözməlidir ki, o da zərərə düşməsin. Sabah elə bir şərait yarana bilər ki, deyər ki, bunun yarısı şagirdlərdir, mən qazana bilmirəm".

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstərilə və məsələyə qanunvericilik çərçivəsində baxıla bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 625   Tarix: 25 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu

Ötən ilin 16 oktyabrında Bakının Buzovna qəsəbəsində ağır qəza törədən 1995-ci il təvəllüdlü Əlisurət Rzayevin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Rzayevə hökm oxunub. Bildirilib ki, Ə.Rzayev həmin gün saat 00:30 radələrind

17.05.2024 515
.

Azərbaycanda pedofillərə cəza müddəti nə qədərdir?

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən pedofillər dörd ildən səkkiz ilədək müddət

17.05.2024 727
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

12:32 73
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 381
.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 494
.

Kanadada meşə yanğınlarında 6600 nəfər üçün evakuasiya olundu

Kanadanın Qərbi Kanada bölgəsində zərər verən meşə yanğınları olub. BİG.az xəbər verir ki, hadisə səbəbindən 6600 nəfər üçün evakuasiya edilib. Vud Buffalo Regional Şurası tərəfindən "yerli fövqəladə vəziyyət" elan edilib. Alberta ştatının Vud-Buffalo şəhərində Fort-MakMurrayın bir neçə məhəlləsind

17.05.2024 160
.

Bakının mərkəzi küçəsində qanunsuzluq: Səki zəbt olunub, baryerlər çıxarılıb - FOTO/VİDEO

Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində yerləşən restoranın qarşısı avtomobillər tərəfindən zəbt olunub. -ın məlumatına görə, mərkəzi küçədə dayanma-durmanı qadağan edən nişanın olmasına baxmayaraq, həmin ərazidəki səkidən parklanma yeri kimi istifadə olunur. Buradakı qiyməti isə ərazidəki "parkovşik"

17.05.2024 360
.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayi

17.05.2024 395
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

12:44 100