Xalq artisti Türkiyədə xəstəxanaya yerləşdirildi - FOTO

Xalq artisti Türkiyədə xəstəxanaya yerləşdirildi - FOTO

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev növbəti dəfə Türkiyəyə müalicəyə gedib.

Bu barədə Oxu.Az-a Xalq artisti Mənsum İbrahimov məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti dünən növbəti dəfə müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Hazırda Arif Babayevin vəziyyəti yaxşıdır. Səhhətində hər hansı problem yoxdur. Xalq artistinin həkimi Türkiyədə olduğu üçün tez-tez ora müayinələrə və fizioterapiyaya gedir.

Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub.

Xalq artisti Türkiyədə xəstəxanaya yerləşdirildi - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 936 Tarix: 20.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər