Qadağan olunmuş siqaret satışı: Uşaqlarımız təhlükədə - VİDEO

Qadağan olunmuş siqaret satışı: Uşaqlarımız təhlükədə - VİDEOTək-tək satış, xüsusən üzərində böyük miqdarda pul olmayan uşaq və yeniyetmələrin siqaret arzularını reallaşdırır.

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "Çəkən adam qutu ala bilmir. Məcburdur tək-tək alsın. Və yaxud satıcı öz malını satmaq üçün üzdə də olmasa, aşağıda tək-tək satacaq. Bunun qarşısını ala bilmirik. Ən yaxşısı odur ki, ümumiyyətlə çəkməyin qarşısı alınsın"

1 ədədi 10-20 qəpiyə satılır. Qiymətin belə olması bir çox gəncin siqaret çəkməyə meylini artırır.

Nabil Seyidov – Ekspert: "Tək-tək alan əlbəttə ki, uşaqlardır, 18 yaşa qədər və gənclərdir. Onların aralarında tələbələr də çoxluq təşkil edir. Uşaqlara siqaretlərin, tütün məmulatlarının əlçatanlılığını biz məhdudlaşdırmalıyıq. Və bunun da yollarından biri odur ki, siqaret-tütün məmulatları tək-tək satıla bilməz. İlk növbətə uşaqlara, ikinci növbədə isə ümumiyyətlə təktək satıla bilməz".

Tütün və tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanunda Azərbaycanda siqaretlərin ədədlə satışı qadağandır.

Musa Quliyev – Deputat: "Bu qanuna görə, siqaretlərin ədədlə, yəni qutusundan kənar çıxarıb, bir-bir satılması qadağandır. Uşaqların tütün məmulatlarına əlçatanlılığının azaldılması nəzərdə tutulur. Çünki uşaqlarda adətən pul çox olmur ki, onlar bötüv qutu alsınlar. Ona görə də bəzən görürsən ki, yeniyetmələr tək-tək siqaret almağa üstünlük verirlər".

Köşklərdə siqaretin ədədlə satışı daha çox tələbə və məktəblilərin olduğu ərazilərdədir.

Nabil Seyidov – Ekspert: "Burada çox mühüm məqam cərimələrin artırılmasıdır. Bundan əlavə tütün məmulatlarının qiymətlərinin daha da artırlması vacibdir ki, nə tək-tək, nə də qutu kimi də ala bilməsinlər".

Musa Quliyev – Deputat: "Ümumiyyətlə tütün və tütün məmulatları haqqında Qanun layihəsi uşaqların, yeniyetmələrin gənc nəslin qorunmasına xidmət edir. Qanunun əsas məqsədi ölkədə tütünsüz mühit yaratmaq, uşaqlar və yeniyetmələr tütünlə və tütün tüstüsü ilə təmasda olmamasıdır".

Qeyd edək ki, siqaretlərin ədədlə satışına görə, inzibati xətalar məcəlləsində 30 manatdan 50 manata qədər cərimələr nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 596   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914