Ekspertlər: "Azərbaycanın işğal olunmuş ərazilərində qazıntı aparmaq beynəlxalq sazişlərə ziddir"

Ekspertlər: "Azərbaycanın işğal olunmuş ərazilərində qazıntı aparmaq beynəlxalq sazişlərə ziddir""Azərbaycanın işğal olunmuş ərazilərində aparılan arxeoloji qazıntılar beynəlxalq hüququn və mövcud sazişlərin açıq-aşkar pozulması deməkdir".

Hələ ötən əsrin 90-cı illərindən Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonu ərazisində geniş arxeoloji qazıntılar aparır. Görəsən, bu canfəşanlığın səbəbi nədir? Məsələ burasındadır ki, erməni tarixçilərin timsalında Ermənistan rəsmi təbliğat maşını məhz Ağdam rayonunda vaxtilə qondarma "Böyük Ermənistan"ın Tiqranakert (Ağdam) adlı paytaxtının yerləşdiyini iddia edir. Yəni bütün bu arxeoloji təlaşın səbəbi və məqsədi birdir – Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq.

"Ermənistan bu torpaqlara sahibliyinin qanuni olduğunu, Dağlıq Qarabağda ta qədimdən erməni mədəniyyətinin mövcudluğunu, eyni zamanda türk mədəniyyətinin buralarda olmamasını sübut etməyə çalışır. Ona görə də onlar sırf siyasi məqsədlərlə qazıntılar apararaq erməni nümunələri donunda təqdim etməyə yararlı olan hansısa artefaktlar tapmağa ümid edirlər", – rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun Baş direktoru Sergey Markov "Report"a bildirib.

Rusiyalı politoloq, Siyasi Araşdırrmalar İnstitutunun rəhbəri Sergey Markov

"Tarixin siyasi məqsədli oyunlara alət edilməsi tarixin saxtalaşdırılmasına, dünya mədəniyyətinin mahiyyətinin təhrif olunmasına gətirib çıxarır".

"Təəssüf ki, bütün bunlar sırf siyasi məqsəd daşıdığından işğal olunmuş torpaqlarda azərbaycanlıların mədəni irsininin məhv edilməsi təhlükəsi var. Yəni onlar Dağlıq Qarabağda azərbaycanlıların mədəni irsinə dair maddi sübutlar tapsalar, həmin artefaktlar məhv edilə bilər. Belə ki, müasir Ermənistanın paytaxtı İrəvan şəhərində azərbaycanlıların yaşadığını sübut edən İrəvan xanlığına aid artefaktların xeyli dərəcədə saxtalaşdırıldığı, yaxud dağıdıldığı yaxşı bilinən həqiqətdir. Tarixin bu cür siyasi məqsədli oyunlara alət edilməsi tarixin saxtalaşdırılmasına, dünya mədəniyyətinin mahiyyətinin təhrif olunmasına gətirib çıxarır. Bu da çox təhlükəli cərəyandır", – rusiyalı politoloq bildirib.

Ümumiyyətlə, işğalçılar tərəfindən qanunsuz olaraq, yəni beynəlxalq hüquq normalarını tapdalamaqla aparılan arxeoloji qazıntılar əslində vandallıq nümunəsi olaraq səciyyələndirilməlidir.

"Ermənistan tərəfindən işğal faktı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, başqa beynəlxalq və regional təşkilatların sənədləri ilə təsdiq olunur".

Bunu Qırğız Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru professor Kayrat Osmanəliyev "Report"a bildirib.

O deyib ki, hərbi işğalın rejimi, bununla bağlı hüquqi normalar 1907-ci il IV Haaqa konfransında qəbul edilmiş müvafiq beynəlxalq sazişlərdə, habelə 1949-cu il Cenevrə Konvensiyası və onlara əlavə 1977-ci il protokollarında təsbit olunur: "Adı çəkilən beynəlxalq hüquqi sənədlərə görə işğalçı dövlət insan hüquqlarına hörmət etməli, əhalinin deportasiyasına və kütləvi divan tutulmasına yol verməməli, özəl mülkiyyəti, habelə icmaların, dini, təhsil, elmi vs. qeyri-dövlət təşkilatlarının əmlakının toxunulmazlığına riayət etməlidir. Yəni məsələn, məscidlərin dağıdılması və əmlakın qarət olunması beynəlxalq hüquq normalarını pozmaq deməkdir".

Ekspert eyni zamanda Azərbaycan tarixinə aid nümunələrin erməniləşdirilərək saxtalaşdırılması hallarını "ilk növbədə Ermənistan tərəfinin nüfuzuna xələl gətirən adi bir dələduzluq" olduğunu diqqətə çatdırıb.

Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva

"Ermənistan beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhv edilməsi, bu abidələrin mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir".

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhv edilməsi, bu abidələrin mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir: "Ermənistanın hərbi işğal altında saxladığı ərazilərdə qanunsuz fəaliyyəti, o cümlədən qanunsuz arxeoloji qazıntılar aparması beynəlxalq humanitar hüququn, UNESKO-nun "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi" haqqında 1954-cü il Konvensiyası və "Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri" haqqında 1970-ci il Konvensiyasının, həmçinin 1954-cü il Haaqa Konvensiyası və onun İkinci Əlavə Protokolunun müddəalarının kobud şəkildə pozulmasıdır. Bu qanunsuz fəaliyyətinə görə işğalçı ölkə Ermənistan birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır".

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert professor Piter Teys

"Azərbaycanın Ağdam rayonundakı qazıntılar beynəlxalq qanunları və sazişləri açıq-aşkar pozmaqdan başqa bir şey deyil".

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Azərbaycanın tədqiqatçısı professor Piter Teys Ermənistanın Azərbaycana qarşı çoxşaxəli cinayətlər törətdiyini söyləyib: "Ermənistan rəhbərliyi son qərinə ərzində Azərbaycan xalqına, arxeoloji və tarixi mirasına qarşı çox sayda dəhşətli cinayətlər törədib. Azərbaycanın Ağdam rayonundakı qazıntılar da beynəlxalq qanunları və sazişləri açıq-aşkar pozmaqdan başqa bir şey deyil".

Onun fikrincə, Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən arxeoloji abidələrin dağıdılmasına dair beynəlxalq birliyin və UNESKO-nun susması Azərbaycanın milli maraqlarına və tarixi mirasına dair beynəlxalq təsisatların tətbiq etdiyi ikili standartların daha bir eybəcər nümunəsidir. Beynəlxalq oyunçuların məlum sükunəti çox zərərlidir və Qafqaz regionundakı gərginliyin daha da artmasına rəvac verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137