"Orxan ailəsini küçə pozğununa dəyişib" - Meyxanaçının arvadı + Fotolar

"Orxan ailəsini küçə pozğununa dəyişib" - Meyxanaçının arvadı + Fotolar

Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşadığı xəbəri yayılıb.

BiG.AZ xəbər verir ki, hazırda evli olan ifaçının həyat yoldaşı Kəmalə minval.info-ya açıqlama verib.

O bildirib ki, meyxanaçıdan boşanmaq üçün məhkəməyə müraciət edib:

“Orxanın daha öncə də bir qadınla münasibəti var idi. Həmin qadın mənə yazdı. Mən də ayrılmaq istədim, sonra oğluma görə barışdım. Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir. Öz övladına belə münasibət bəsləyən insan mənə lazım deyil.

Bir kişi ki, ailəsini, 5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə, ondan nə ata, nə həyat yoldaşı olar. Biz Orxanı silmişik, bizim üçün öldü. Boşanmaq üçün məhkəməyə müraciət etmişəm, yaxın günlərdə proses başlayacaq. Onsuz da, onun üçün fərqi yoxdur ”.

Qeyd edək ki, model Aysu Bədəlzadə ATV telekanalında yayımlanan “Dəb Mənəm” verilişi ilə məşhurlaşıb.

"Orxan ailəsini küçə pozğununa dəyişib" - Meyxanaçının arvadı + Fotolar
"Orxan ailəsini küçə pozğununa dəyişib" - Meyxanaçının arvadı + Fotolar
"Orxan ailəsini küçə pozğununa dəyişib" - Meyxanaçının arvadı + Fotolar
"Orxan ailəsini küçə pozğununa dəyişib" - Meyxanaçının arvadı + Fotolar

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 7183 Tarix: 19.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər