"Hamıya deyib ki, "Elina lezbiyandır, tərbiyəsizdir"" - Məhkəmədə dəhşətli faktlar açıqlandı

"Hamıya deyib ki, "Elina lezbiyandır, tərbiyəsizdir"" - Məhkəmədə dəhşətli faktlar açıqlandıXəbər verdiyimiz kimi, bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, məhkəmədə E.Hacıyevanın anası Sevil Hüseynova sərbəst ifadə verərək deyib ki, qızını 162 saylı məktəbə qoyandan 2-3 ay sonra problemlər yaranmağa başlayıb:

"Uşaqlar ona lağ edirdilər, onu istəmirdilər, pis sözlər deyirdilər. Belə hallarla bağlı bir neçə dəfə direktorla görüşüb şikayət etmişdim. Yeddinci sinifdə oxuyanda bir gün Elina evə tez gəldi. Dedim nə olub, dedi ki, Diana ilə dalaşandan sonra direktor onu məktəbdən çıxarıb. Anamla bacım buna görə məktəbə getdilər. Direktor da onların üstünə qışqırmışdı. Bir də Elinanın sinif yoldaşı T-dən (oğlan), (yetkinlik yaşına çatmadığı üçün adı açıqlanmır) şikayət etmişdik, o, qızımı incidirdi. Elina Z. (qız) ilə dost idi, T. ilə də yaxın idi. Sonra Z. T.-yə görə Elina haqda şayiələr yaymağa başladı. Hamıya deyib ki, "Elina lezbiyandır, tərbiyəsizdir, onunla heç kim danışmasın".

Bir dəfə Elinanın boğazında kəsik izi görüb nə olduğunu soruşdum. Dedi Diana ilə zarafatlaşanda divarda mismara dəyib. Sonuncu hadisə günü isə mən məktəbə çatanda artıq Elinanı xəstəxanaya aparmışdılar. Həmin gün onu görə bilmədim, yanına buraxmadılar. Səhəri gün 1 dəqiqəlik icazə verdilər, onda da artıq Elinanın vəziyyəti kritik idi, əlini tutdum, amma heç nə hiss eləmirdi, reaksiya vermədi. Mən içəri girəndə sinif rəhbəri və sinif yoldaşının anası orada idi. Onları buraxmışdılar, amma məni yox".

S.Hüseynova deyib ki, əvvəlki şikayətlər zamanı direktor şagirdi və valideynini çağırıb, onlar da üzr istəyib, barışıblar: "Bir dəfə Elina məktəbə gedəndə A.-dan xoşu gələn oğlan Elinaya baxıb. Buna görə A. Elinanın başına su tökmüşdü, o isə heç nə deməmişdi. Əvəzində Diana A. ilə mübahisə etmişdi. Bu dəfə A.-nın valideyni Dianadan şikayətçi olmuşdu, Elinadan isə yox. Amma direktor bu hadisəyə görə Elinanı məktəbdən qovmuşdu.

Hadisə günü mənə zəng edib dedilər ki, Elina yıxılıb, amma həkimlər baxıblar, yaxşıdır. Xəstəxanada isə həkimlər mənə heç nə demədilər. Orada Xalidə Bayramovanı gördüm, o dedi ki, heç nəyi yoxdur, Elina yaxşıdır. Aprelin 5-də bizə demişdilər ki, aprelin 6-da Elinanı palataya köçürəcəklər.

Sevinc Abbasova bizə demişdi ki, "günahım var, peşmanam, amma günah təkcə məndə deyil".

S.Abbasovanın vəkili Sadiq Bağırov S.Hüseynovaya deyib ki, E.Hacıyeva məktəbə saçı boyanmış, geyimi uyğun olmayan formada və makiyajlı gedib-gəlirmiş. Vəkil soruşub ki, niyə qızının bu hərəkətlərinin qarşısını almayıb.

S. Hüseynova bildirib ki, E.Hacıyevanın sinfində və başqa siniflərdə saçı o formada rənglənən qızlar çox olub: "Saçına görə heç vaxt Elinaya irad tutulmayıb, məktəbin vahid geyim forması olmayıb, digər şagirdlər də onun kimi geyinib. Yayılan videolarda isə Elina olmayıb, o hər gün dərsdən çıxıb birbaşa evə gəlib. Bir dəfə Elinanın hamamda köynəyinin düymələri açıq formada şəkli var idi. Deyəsən o həmin şəkli Z.-yə göndərmişdi, o qız da oğlanlara ötürmüşdü. Bu şəklə görə T.-nin xalası oğlu Murad Elinanı şantaj edirdi. Elinanın xiyarla olan şəklini də telefonunda görmüşdüm, R. ona şəkli atıb deyirdi ki, videonu da göndərim? Mən Elinadan bunun nə olduğunu soruşdum, dedi ki, R. həmin videonu silib. Elina özünə qapalı uşaq idi, döyüş filmlərinə baxırdı, otağına keçib "suisid"lə bağlı kinolara baxırdı. Bəzən də bir yerdə baxırdıq. O tez əsəbiləşirdi, bir söz deyəndə ehtiyatla demək lazım idi".

Vəkil S.Bağırov deyib ki, Elina gündəliyində yazıb ki, ailəsi, anası onunla maraqlanmır. S.Hüseynova gündəlikdə belə bir şey görmədiyini deyib: "İstintaqda gündəliyin bəzi səhifələri cırılmışdı".

Direktor Sevinc Abbasova bildirib ki, E.Hacıyeva Z.-nin münasibəti olduğu T. və "Mişa" ləqəbli Didkov Muradla birlikdə əyləniblər.

Sonra Murad Elinanı şantaj edib və bu barədə polisə müraciət olunub. Direktor soruşub ki, həmin zaman məktəb rəhbərliyinin bu hadisədən xəbəri olubmu?

S.Hüseynova isə direktora bu barədə heç nə demədiyini bildirib.

S.Abbasovanın vəkili Sadiq Bağırov növbəti sualı verib: "Mişa" ləqəbli Murad Didkov Elinanı hamamdakı şəklini yayacağı ilə şantaj edərək onun üçün minet etməsini tələb edib. Siz belə bir ağır hadisədən sonra onu niyə bağışladınız?"

Müdafiə tərəfinin etirazından sonra hakim sualı çıxarıb. S.Abbasova deyib ki, həmin Murad Didkov onların məktəbində oxumayıb: "Muradın 18 yaşı var idi, T.nin xalası oğludur. Onun bizə heç bir aidiyyatı yox idi".
"Hamıya deyib ki, "Elina lezbiyandır, tərbiyəsizdir"" - Məhkəmədə dəhşətli faktlar açıqlandıS.Hüseynova bildirib ki, bu hadisədən öncə də Elina bir dəfə məktəbdə özünü atmaq istəyib, lakin Diana buna mane olub: ""Astral"dakı hadisədə də, Elina boğazını kəsəndə də, direktor heç bir quruma məlumat verməyib".

E.Hacıyevanın nənəsi Solmaz Əsgərova ifadəsində deyib ki, nəvəsini incitdikləri barədə dəfələrlə direktora şikayət etsə də, heç bir tədbir görməyib: "Sonuncu dəfə dedi ki, çıx get, bir də mənim məktəbimə gəlmə. Elinanın sənədlərini götürüb üstümə atdı. Elina 6-cı sinifdə oxuyanda məktəbin psixoloqunun nəvəsi Fərrux sinifdə hamının qarşısında Elinanı öpmüşdü, onu çox incidirdi. Direktora şikayət etdim, dedi Fərruxun nənəsi təzəlikcə ölüb, ona bir söz deyə bilmərəm. A.-nın istədiyi oğlan Elinaya baxmışdı deyə onun başına su tökmüşdü. Bunu şikayət etdim, dedi o qızın şəkli şərəf lövhəsində var, mən ona bir söz deyə bilmərəm".

S.Abbasova deyib ki, həmin məsələlərlə bağlı protokollar var və bu işləri tərbiyə işləri üzrə müavinə tapşırıb: "Suallarınızı müavinimə verərsiniz. Bizdə qovulmaq məsələsi yoxdur, sənədləri də nənəsinin üstünə atmamışam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4250   Tarix: 18 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 145
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 214
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 338
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 166
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153