Prezident və xanımı təntənəli açılış mərasimində

Prezident və xanımı təntənəli açılış mərasimindəBu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilir.

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxırlar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimini izləyir.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim olunub.

Sonra Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış ediblər.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının ötən həftə vəfat edən sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan ediblər.

Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış "Birinci ol" mahnısını ifa edib.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı" şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak ediblər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Qeyd edək ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1098   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 880
.

Çində avtomobil yolunun çökməsi nəticəsində 19 nəfər ölüb

Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində magistralın çökməsi nəticəsində 19 nəfərin ölüb. xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsin

01.05.2024 281
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 253
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var - VİDEO

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

10:03 339
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 396
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 765
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

14:55 90
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 426
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 564