Məmur qadın Azərbaycanda "şokalad vannasından" şəkil paylaşdı, qalmaqal qopdu - FOTOLAR

Məmur qadın Azərbaycanda "şokalad vannasından" şəkil paylaşdı, qalmaqal qopdu - FOTOLARRusiyanın Ulyanovsk vilayətinin məmuru Azərbaycanda dəbdəbəli oteldən, "şokalad vannasından" sosial şəbəkələrdə foto paylaşıb və qalmaqal yaradıb.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, regionun İT-korporasiyasının (dövlət müəssisəsidir) rəhbəri Svetlana Openışeva ötən həftə Azərbaycanda məzuniyyətini necə keçirdiyi barədə İnstagram-da paylaşdığı fotolara görə işdən azad edilə bilər.

Belə ki, Svetlana Openışeva Naftalandakı beşulduzlu "Garabag Resort & Spa" otelində dincəlir və orada müalicə prosedurlarından keçir. Məmur şokalad rəngində maye ilə dolu vannadan çəkdiyi selfe-ni paylaşıb və yazıb: "Çox şokalad olmur". Həmin vannadakı maye isə belə görünür ki, Naftalan neftidir, məmur onu şokalada bənzədib.

Foto dərhal sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub. İstifadəçilər Openışevi "dəbdəbəli həyat" keçirməkdə və qeyri-təvazökarlıqda ittiham ediblər. Hətta onu "Ulyanovskun Peris Hiltonu" da adlandırıblar. Hansı ki, bir neçə il əvvəl "Hilton" otellər şəbəkəsinin sahibinin varisi, "dəbdəbə kraliçası" Peris Hilton isti şokaladla dolu vannadan fotolarını paylaşmışdı.

Ulyanovsk qubernatoru Sergey Morozov Naftalanda "şokalad vannasında üzən" məmur qadın barədə xidməti araşdırma aparmağı tapşırıb. Və onun araşdırmanın sonunda "dəbdəbəli həyatı nümayiş etdirməyə görə" işdən azad edilə biləcəyini deyib. Morozovun sözlərinə görə, "təvazökar yaşamaq lazımdır",

"İstənilən qeyri-təvazökarlığın qarşısı alınacaq. Bir çoxlarının heç xaricə getməyə imkanı yoxdur. Amma mən baxıram xanım Openışevanın bacarığına, qərara almışam ki, xidməti araşdırma aparılsın. Şəffaflıq haqda danışanda heç də onu nəzərdə tutmuruq ki, kimsə gedib alt paltarını çəkib göstərsin, şəffaflıq problemlərə reaksiya verməkdir. Mən çoxlarına xaricə məzuniyyətə getməyə icazə verirəm, çünki qanun yol verir, amma öz imkanlarını belə nümayiş etdirmək lazım deyil. Mənim qərarım budur ki, xidməti araşdırma aparılsın və Openışeva işdən azad edilsin",-qubernator bildirib.

Hərçənd mətbuat yazır ki, Openışevanın Naftalanda dincəlməyi elə də baha başa gəlməyib-iki nəfər üçün oteldə qalmaq və müalicə təxminən 900 dollara, gediş-gəliş isə 130 dollara başa gəlib.

Məmur qadın Azərbaycanda "şokalad vannasından" şəkil paylaşdı, qalmaqal qopdu - FOTOLARMəmur qadın Azərbaycanda "şokalad vannasından" şəkil paylaşdı, qalmaqal qopdu - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6631   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Amsterdam Universitetində Fələstinə dəstək aksiyası davam edir

Amsterdamda universitetlərin birində Fələstinə dəstək aksiyası keçirilib. BİG.AZ xəbər verir ki, polis aksiyanın qarşısını almağa çalışıb. Aksiya iştirakçıları öz həmrəkliklərini bu cür nümayiş etdirdiklərini bildirib. Düşərgə qurmuş aksiyaçılara qarşı polisin sərt təxribatına etiraz edən qrup bu gü

08.05.2024 88
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 909
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

08.05.2024 141
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

08.05.2024 626
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

08.05.2024 1142
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 731
.

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməs

08.05.2024 972
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

08.05.2024 143
.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

08.05.2024 318