Bakıda kişi ərə getmək istəyən keçmiş arvadını yandırmağa çalışdı

Bakıda kişi ərə getmək istəyən keçmiş arvadını yandırmağa çalışdıSabunçu rayonu Maştağa qəsəbəsinin sakinini keçmiş həyat yoldaşı yandırmaq istəyib.

Bu barədə Oxu.Az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, 1986-cı il təvəllüdlü Məmmədzadə Aynur Rasim qızının evində sentyabrın 15-də, saat 18:30 radələrində 1981-ci il təvəllüdlü keçmiş həyat yoldaşı Əhmədli Rasim İkram oğlu peyda olub.

Keçmiş həyat yoldaşları arasında münaqişə yaşanıb və bu müddət ərzində kişi qadının üzərinə benzin tökərək onu yandırmağa çalışıb. Bu zaman onların qızı polisə zəng edərək, məlumat verib. Rasim Əhmədli cinayət yerindən qaçmağa çalışsa da, 14-cü Polis Bölməsinin əməliyyatçıları onu istintaqdan yayınmadan saxlayıblar.

İlkin dindirmə zamanı saxlanılan şəxs münaqişənin keçmiş həyat yoldaşının səhv davranışları səbəbindən yarandığını bildirib. Belə ki, R.Əhmədli iki qız anası olan A.Məmmədzadənin evə kənar adam gətirməsini qəbul edə bilməyib.

R.Əhmədli keçmiş həyat yoldaşının ona həyatını bundan sonra başqa biri ilə birləşdirmək istədiyini və buna görə onların evinə gəlməməsi ilə bağlı məlumat verdiyi mesajı göstərib.

Bunun ardından keçmiş ər qızlarının olduğu evə başqa bir kişinin gəlməsinə qəti şəkildə qarşı çıxaraq qızları ona verməyi tələb edib. Lakin qadın bu tələblə razılaşmayıb. Nəticədə, R.Əhmədli benzin götürərək, keçmiş həyat yoldaşının evinə gedib.

Hazırda sui-qəsd cəhdi ilə bağlı cinayət işi başlanılıb. İstintaq davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 493   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda onlayn oyunlara qoşulan istifadəçilərin kart hesabları oğurlanıb

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara istifadəçilərin kart hesabından 30 min manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkd

27.04.2024 263
.

Azərbaycan I rübdə Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 336 min ABŞ dolları dəyərində balıq (dondurulmuş) ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 43 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanı

27.04.2024 163
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27.04.2024 266
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafiz

27.04.2024 82
.

Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

Prezident Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri təxirə salınıb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlamasında prezident Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfərinin uyğun olmayan qrafiklər səbəbindən hər iki tərəf üçün əlverişl

27.04.2024 177
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

27.04.2024 426
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

27.04.2024 215
.

Gürcüstan parlamentinin sədri "Xarici agentlər" haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici agentlər" haqqında qanuna görə "Gürcüstana qarşı siyasəti dəyişdirməklə" hədələyən amerikalı senatorlara sərt cavab verib. "Report"un yerli bürosu xəbər verir ki, parlamentin spikeri bildirib ki, ABŞ Milli Demokratiy

27.04.2024 108
.

Azərbaycanda makler və övladları bıçaqlandılar

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. "Unikal"ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib. Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib

27.04.2024 267