Bakıda mənzillərin qiymətində bahalaşma davam edir

Bakıda mənzillərin qiymətində bahalaşma davam edirHər ay daşınmaz əmlak bazarında nəzərə çarpan tendensiyalar iqtisadçılar və əhali arasında ən çox müzakirə olunan mövzulardan biri olur.
Avqust ayında daşınmaz əmlak bazarında gedən proseslərin yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinə necə təsir etdiyini, bazarda tələb və təklif balansının hansı səviyyədə olduğunu araşdırılıb.

Mövzu ilə bağlı "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, daşınmaz əmlak bazarında avqust ayı ərzində 1,03%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,67% qiymət artımı olub: "Eyni zamanda müxtəlif seqmentlər üzrə qiymət dəyişikliyinin müxtəlif olduğunu qeyd edə bilərik. Belə ki, təkrar mənzil bazarında ay ərzində 0,73%, ötən illə müqayisədə 2,23%, ilkin mənzil bazarında ay ərzində 2,36%, ötən illə müqayisədə 10,45%, kommersiya obyektləri bazarında ay ərzində 5,05%, ötən illə müqayisədə 9,61%, torpaq bazarında ay ərzində 0,22%, ötən illə müqayisədə 2,73%, fərdi yaşayış və bağ evləri bazarında ay ərzində 0,68%, ötən illə müqayisədə isə 6,15% qiymət artımı müşahidə edilib.

Ay ərzində kirayə mənzil bazarında qiymət artımı daha çox olub. Belə ki, kirayə mənzillərin qiymətində ay ərzində 5,75% artım yaranıb. Ötən illə müqayisədə isə cəmi 0,4% artım olub. Bir otaqlı mənzillərdə qiymət artımı 10,4%, 2 və 3 otaqlı evlərdə isə müvafiq olaraq 7 və 3%-ə yaxın nəzərə çarpıb. Ucuz evlərdə, tələbələrin daha çox üz tutduğu ərazilərdə olan evlərdə qiymət bahalaşması daha yüksək, yəni 12,5%-dir. Bahalı evlərdə isə bunun əksinə olaraq qiymətlər 3,78% ucuzlaşıb. Orta təbəqə üçün kirayəyə təklif olunan mənzillərdə 3,05% qiymət artımı müşahidə edilib.

Qiymət artımı əsasən ucuz evlərdə nəzərə çarpıb. Yeni tikililərdə ucuz evlərin qiymətində ay ərzində 17%-ə yaxın, orta təbəqə üçün nəzərdə tutulan evlərdə 4,3% qiymət artımı qeyd edilib. Bahalı evlərin isə qiyməti 3,71% ucuzlaşıb.

Şəhər içi ərazilərdə ilkin mənzil bazarında qiymətlər 1 000 manatdan başlayıb. Burada orta qiymət 1 600 manat civarında müşahidə edilib. Daha dəqiq desək, 1 kvadrat metrin qiyməti 1 639 manat olub. Təkrar mənzil bazarında isə orta qiymət 1 329 manat olub. Kütləvi siniflərə aid olan mənzillərdə orta qiymət 850 manat, premium sinfə aid olan mənzillərdə 1 550 manat, elitlərdə isə 2 400 manat təşkil edib".

Ekspert qeyd edib ki, təklif portfelində yeni tikililər üzrə əhəmiyyətli artım baş verib: "Ötən illə müqayisədə təklif portfelində yeni tikililərin payı 66%-dən 72,5%-ə qədər çoxalıb. Getdikcə təklifdə köhnə tikililərin sayı azalmaqdadır. Tələbdə isə, kirayə mənzilləri və kommersiya obyektləri istisna olmaqla elə bir əhəmiyyətli artım olmayıb. Yalnız kirayə mənzillərə bu ay tələbə axını çoxaldığı üçün tələb artıb, paralel olaraq təklif qıtlığı isə qiymətlərin artmasına səbəb olub. Bir də qeyri-yaşayış sahələri üçün sentyabr ayı mövsümi ay hesab olunduğu üçün bu sahələrdə tələb və qiymət artımı müşahidə olunub".(Report)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 904   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 164
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 140
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 217
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 153