İnsan orqanizmi üçün 20 ən faydalı qida - SİYAHI

İnsan orqanizmi üçün 20 ən faydalı qida - SİYAHISağlam rasion düzgün ərzaqlar üzərində qurulur. Bunlar orqanizmə fayda gətirir, orqanların və sistemin fəaliyyəti üçün zəruri olan maddələrlə təmin edir. Bədən bu maddələrdən zülal, mikroelementlər, vitaminlər, sellüloz alır və artıq kalori və ya xolesterin yükündən əziyyət çəkmir.

BiG.AZ Azərtac-a istinadən alimlərin ən faydalı 20 ərzaqdan ibarət hazırladıqları siyahını diqqətinizə çatdırır:

Əgər siz özünüzü gümrah hiss etmək və yaxşı görünmək istəyirsinizsə, o zaman rasionunuzu bu ərzaqlardan təşkil edin.

1. Ağ ət

Ağ ət orqanların hüceyrələrinə və toxumalarına oksigeni çatdıran zülal və dəmir mənbəyidir. Bundan başqa, ağ ətin tərkibində heyvan yağı azdır və xolesterini yüksəltmir.

Bu, səhv fikirdir ki, lazımınca dəmiri ispanaq və ya yaşıl olmadan almaq olar. Onların tərkibindəki dəmirin yalnız iki faizini orqanizm özünə çəkir. Toyuq filesində isə mənimsənilmə 60 faizə çatır.

2. Yağlı balıq

Orqanizm yağlı balıqdan yarıdoymamış yağ turşuları alır ki, bunlar da əvəzolunmazdır. Orqanizm bu turşuları sintezləşdirməyi bacarmır, lakin onlar baş beyin, ürək və damarların düzgün fəaliyyəti üçün zəruridir. Bu maddələrin çatışmazlığı beyin toxumalarının qocalmasına, Altsheymer xəstəliyinin, revmatoidli artritin inkişafına şərait yaradır.

Yarıdoymamış yağ turşularının ən yaxşı mənbəyi şimal dənizlərinin balığıdır. Digər ərzaqlarda bu dəyərli maddəyə çox az miqdarda rast gəlinir.

3.Yulaf

Faydalı dənli bitki sellülozla zəngindir. O, bağırsağı təmizləyir, qlükozanın həzm traktından sovrulma intensivliyini azaldır və xolesterinin səviyyəsini aşağı salır. Lakin bu xassəyə yalnız düzgün – minimal emal olunmuş, çox qaynadılması nəzərdə tutulan yulaf malikdir. Məsələn, 20-25 dəqiqəyə hazır olan "Herkules".

4. Qırmızı və qara rəngli giləmeyvələr

Onların rəngi nə qədər dolğundursa, deməli meyvələrində antioksidantlar daha boldur. Bu maddələr orqanizmi qocalığın və bir neçə növ xərçəngin törədicisi olan sərbəst radikalların hərəkətindən müdafiə edir. Skandinaviya alimləri çiyələk, moruq, böyürtkən, qarağat, qaragilə və quşüzümünü daha çox yeməyi məsləhət görürlər.

5. Göyərti

Tərəvəz nə qədər yaşıldırsa, onun tərkibində fitonutriyentlər bir o qədər çoxdur. Bu, bioloji aktiv bitki kompleksləridir ki, orqanizmə cavanlaşma təsiri göstərir. İspanaq, kress-salat, romanonun da tərkibi sıfır səviyyəli kaloriyə malik sellüloz və mikroelementlərlə zəngindir.

6. Zeytun yağı

Rafinə olunmayan, birinci soyuq sıxılmadan sonra əldə olunan zeytun yağı ən dəyərli yağdır. Onun tərkibində damarları təmizləyən və xolesterinin miqdarını aşağı salan monodoymamış yağ turşuları var. Zeytun yağından müntəzəm istifadə hüceyrələri qocalmadan və xərçəngdən müdafiə edir, orqanizmdə iltihab reaksiyalarını azaldır.

7. Paxlalılar

Paxlalılar bitki zülalı, B vitaminləri qrupu və nişasta ilə zəngindir. Nişasta həzm traktında uzun müddət parçalanır, qlükozanı tədricən özündən buraxır. Uzun müddət həzm edilməsi gec aclıq hissinin əmələ gəlməsinin zəmanətidir. Bu səbəbdən mərci, lobya və yaşıl noxudu arıqlamaq istəyənlərə məsləhət görürlər.

8. Qəhvəyi düyü

Onun qəhvəyi qabığı təmizlənməmiş düyünü təmizlənmiş ağ düyüdən fərqləndirir. Məhz həmin örtük dənli bitkini bu dərəcədə faydalı edir. Qəhvəyi düyü ağ düyü ilə müqayisədə B1 və B2 vitaminləri ilə 90 faiz daha çox zəngindir. Bundan başqa, onun tərkibində sellüloz çoxdur, aşağı qlikemik indeksə malikdir, yəni həzm prosesində qlükozanın kəskin artmasına yol vermir.

9. Ağartı məhsullarından hazırlanan içkilər

Qatqısız təbii kefir və yoqurtlarda laktobakteriyalar çoxdur, bunlar bağırsaq mikroflorasına faydalıdır. Laktobakteriyalar bağırsaqda patogen mikroorqanizmləri istismar edir, faydalı bakteriyaların artımını stimullaşdırır. Nəticədə, həzm yaxşılaşır, infeksiyalı xəstəliklərə davamlılıq artır. Təsadüfən demirlər ki, immunitet bağırsaqda yerləşir!

10. Pendir

Yumşaq və bərk pendirlərin tərkibi orqanizmimizə vacib olan kalsiumla zəngindir. Kalsiumdan sümüklər, dişlər formalaşır, həmçinin o, qanyaranma və immunitet sistemlərinin fəaliyyətində iştirak edir. Pendir kalsiumun miqdarına görə digər süd məhsullarını üstələyir, çünki o, fermentləşdirilmiş süd "konsentratıdır". Bir kiloqram pendir hazırlamaq üçün 8 kiloqram süd sərf olunur.

11. Kəpəkli undan hazırlanan çörək

Belə unun tərkibində sellüloz və B vitaminlər qrupu ehtiyatı böyükdür. Kəpəkli undan hazırlanan çörək paxlalılar və dənli bitkilər kimi orqanizm tərəfindən gec mənimsənilir. Uzun karbohidratlar dörd saat ərzində parçalanır, aclıq hiss olunmur ki, bu da arıqlamaq üçün faydalıdır. Sellüloz bağırsağın fəaliyyətini stimullaşdırır, onu şlaklardan təmizləyir və qəbizliyi aradan qaldırır.

12. Kartof

Kartof tərkibindəki kaliuma görə digər ərzaqları üstələyir. 100 qram tərəvəzdən siz mikroelementin dörd sutkalıq normasını ala bilərsiniz. Rasionda kaliumun kifayət həcmi ürək-damar sisteminin və möhkəm sinirlərin fəaliyyətinin zəmanətidir.

Kartofdan mütləq pörtlədilmiş və ya bişirilmiş istifadə edilməlidir. Qızardılmış kartofun tərkibində mikroelementlər aşağı düşür, tərəvəzin kaloriliyi artır və akrilamid maddəsi üzə çıxır ki, bu da kanserogen təsirə malikdir.

13. Kələm

Kələmin bütün növləri (Brüssel, ağbaş, kolrabi və s.) C vitamini və sellülozla zəngindir. Həmçinin həzm sistemini onkoloji xəstəliklərdən müdafiə edən xərçəngəleyhinə maddələr kompleksinə malikdir. Kələmi buğa verilmiş, pörtlədilmiş və qızarmış halda yemək olar. Lakin ən yaxşısı çiy halda yeyilməsi məsləhətdir. Belə halda tərəvəzin tərkibində bağırsaqları əsaslı surətdə təmizləyən kobud bitki lifləri daha çoxdur.

Turşuya qoyulmuş kələm qışda viruslu xəstəliklər üçün əla profilaktika olacaq. Onun tərkibində C vitamini limona nisbətən 20 dəfə çoxdur.

14. Meyvələr

İstisnasız olaraq, meyvələrin hər biri faydalıdır. Hətta şəkər diabeti zamanı şirin olanı belə. İstifadə və təhlükəsizlik sirri – tərkibində sellülozun yüksək olmasındadır. Sellüloz bağırsaqda şəkərin sovrulması prosesinin sürətini azaldır. Bu səbəbdən də banan, üzüm, qırmızı alma, yemiş, alimlərin son elmi tədqiqatlarının nəticələrinə görə, diabet xəstəliyi, piylənmə, maddələr mübadiləsinin pozuntusu olan insanlar üçün ən dəyərli qida məhsuludur. Əlbəttə ki, bu, sağlamlıq problemi olmayan insanlara da aiddir.

15. Qoz-fındıq

Qoz-fındığın tərkibində doymamış yağlar çoxdur, onların zəncirvari quruluşuna görə qırmızı balığın yağ turşularına yaxındır. Lakin onların faydası bununla bitmir. Qoz-fındığın hər növü əksər insanlarda çatışmazlığı olan kompleks maddələrlə zəngindir. Selen, sink və maqnezium qoz-fındığı daha dəyərli ərzaq edir. Tərkibində olan E vitamini isə bu çərəzləri dərinin və saçın gözəlliyinə aid edilən ərzaqlar siyahısına salır.

16. Dəniz kələmi

Həmçinin laminariya yosunu adlanan bu bitkinin tərkibində bioloji aktiv maddələr və mikroelementlər kompleksi yerləşir. Xüsusən dəniz kələmi yodla zəngindir. Yod çatışmazlığı dənizdən uzaqda yerləşən iri şəhərlərin və yaşayış məntəqələrinin sakinləri üçün səciyyəvi haldır.

17. Soyalı ərzaqlar

Soyalı pendir, kəsmik Yaponiya mətbəxinin ənənəvi məhsullarıdır. Bu ölkədə ən yüksək uzunömürlülük və onkoloji xəstəliklərin ən aşağı səviyyəsi qeydə alınıb. Soyalı məhsullardan istifadə bu göstəricilərə nail olmaqda heç də son yerləri tutmur.

Soyalı pendir izoflavanoidlərlə zəngindir. Bu maddə qadın hormonu olan estrogenlə oxşardır. Alimlər hesab edirlər ki, izoflavanoidlər xərçəngin hormondan asılı növünün inkişafını dayandırmaq xassəsinə malikdirlər. Buna görə də Yaponiyada praktik olaraq süd vəzisi xərçənginə rast gəlmək mümkün deyil.

18. Yumurta

Yumurtanın xolesterini artırmaq qabiliyyəti qismən şişirdilib. Ancaq onun orqanizm üçün faydası, əksinə, sonadək dəyərləndirilməyib. Bu ərzaq zülal və B2 vitamini üçün ideal mənbədir. Bu maddələr çatışmazlığı dərinin quruluğuna, saç tökülməsinə və görmə qabiliyyətinin pisləşməsinə gətirib çıxarır.

19. Avokado

Xaricdən gətirilən bu meyvə Omeqa-9 yarıdoymamış yağ turşuları ilə zəngindir. Məhz bu, meyvənin lətinə yağlılıq verir və damarları xolesterindən təmizləyir. Bunun sayəsində orqanizm avokadonun tərkibində olan lüteini ideal şəkildə mənimsəyir. Bu maddə gözün sağlamlığını dəstəkləməyə və ahıl yaşda görmə qabiliyyətini yaxşılaşdırmağa qadirdir.

20. Tumlar

Yağ turşularının daha bir mənbəyi və rasion üçün dəyərli komponent tumlardır. Balqabaq və günəbaxan tumlarından az miqdarda istifadə damarları təmizləyir, depressiyadan müdafiə edir və sərbəst radikalları bloklayaraq, insanın gənc qalmasına şərait yaradır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 613   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqanıstana güclü yağışlar yağıb: 15 ölü - VİDEO

Əfqanıstanın bir çox bölgələrində şiddətli yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, sel nəticəsində 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər ölüb. Bu barədə Əfqanıstan Milli Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsi açıqlama yayıb. Açıqlamaya əsasən, 142 hektar kənd təsərrüfatı torpaqlarını

07.05.2024 127
.

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı

07.05.2024 496
.

Yusuf Güney ən böyük xəyalını AÇIQLADI - VİDEO

"Ən böyük arzum meşənin içində kənd qurmaqdır. Bu kənddə pul olmayacaq. Hamı əkib-biçəcək, işləyəcək amma pul almayacaqlar. Mən bütün yatırımları özüm edəcəm, sonra insanlar gəlib orda yaşayacaqlar". Bu sözləri BİG.AZ-a türkiyəli məşhur müğənni Yusuf Güney deyib. O, bir çox arzusuna çatdığın

07.05.2024 372
.

Vyetnamda sendviçdən 560-dan çox insan zəhərlənib

Vyetnamda çörəkbişirmə zavodunda hazırlanan sendviçdən 560 nəfər zəhərlənib. BİG.AZ xəbər verir ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər. Onların tam olaraq nədən zəhərləndikləri məlum deyil. BBC-nin məlumatına görə, zəhərlənən 560 nəfərdən 12-nin vəziyyəti ağırdır və indiyədək 200 nəfə

07.05.2024 130
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 427
.

Azərbaycanda məktəblinin mübahisədən sonra ölməsi ilə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB + VİDEO

Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. Bu barədə "Qafqazinfo"ya İdarədən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığ

07.05.2024 443
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

07.05.2024 108
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

07.05.2024 893
.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

07.05.2024 576