Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR

Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor müavini təyin edilib.

BiG.AZ report-a istinadən xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabit Mirzəxan oğlu Səmədov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini-Maliyyə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mətləb Ağakərim oğlu Kərimov sentyabrın 2-də öz ərizəsi əsasında Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsindən azad olunub. O, 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 860 Tarix: 11.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər