Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTO

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOÇin təbabəti öyrədir ki, ağrıya dözmək səhvdir, çünki ağrı ilə müşayiət olunan hər hansı bir vəziyyət sinir sonlarını və beyin hüceyrələrini məhv edir. Şiddətli ağrı hiss edirsinizsə, onu aradan qaldırmaq üçün bütün mümkün tədbirləri görməlisiniz. Bu, həqiqətən bütün bədənə zərərlidir.

BiG.AZ publika.az-a istinadən bu yazıda oxucuları osteoxondroz ağrılarından qurtulmağın 9 yolu ilə tanış edir.

1. Uşaq pozası

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOBel və çanaq-bud oynağında ağrılar zamanı tətbiq olunur, sinir sistemini zəiflətməyə xidmət edir. Şəkildəki vəziyyəti alın, qolları mümkün qədər irəliyə uzadın, ovuc içləri yerə dəyməlidir. Dərindən nəfəs alın və bu vəziyyətdə 1 dəqiqə qalın. Ağrı xeyli zəifləyir.

2. Divar pozası

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOBaş ağrısı, çiyinlərdə və boyundakı gərginliyi aradan qaldırır. Baş hərlənməsi olanlara tövsiyə olunur. Divarın qarşısında oturub ayaqları divar boyunca yerləşdirin, əllərinizi mədənizdə saxlayın. Gözlərinizi yumun, bərabər nəfəs alın və bütün lazımsız düşüncələri özünüzdən uzaqlaşdırmağa çalışın. Bu vəziyyətdə sadəcə 5 dəqiqə dayanmaq boyun və çiyin gərginliyini aradan qaldıracaq, baş ağrısı dərhal yox olacaq!

3. Pişik

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOOnurğa sütunu və kürək ağrılarında istifadə olunur, əzələlərdə ağrını azaldır. Dördayaqlıların vəziyyətini alıb, əlləri çiyin bərabərliyində yerə qoyun. Diqqət edin ki, onurğa sütunu döşəməyə paralel olsun, boynunuzu isə yuxarı doğru qaldırın. Dərin nəfəs alıb bədəni aşağı əyin, başınızı isə yuxarı qaldırın. Sonra nəfəs verin və bədəni yuxarı qaldırın, başı isə aşağı salın. Yavaş-yavaş hərəkət edin, dərindən nəfəs alın. Bu hərəkəti 10 dəfə təkrar edin. Əgər dizlər yüklənibsə, onların altına yumşaq altlıq qoya bilərsiniz.

4. Bükülmə və uzanma

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOMədəniz ağrıyırsa və həzm problemləri varsa, bu hərəkət kömək edir. Yerdə oturun, kürəyinizi və ayaqlarınızı düz saxlayın. Sol ayağı bükün və sağ ayağın arxasına qoyun. Balans üçün sol əlinizlə yerə söykənərək sola dönün. Dərindən nəfəs alın, bu vəziyyətdə 30 saniyə qalın. Eyni hərəkəti sağ ayaqla təkrarlayın.

5. Kəpənək pozası

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOÇanaq-bud oynaq ağrılarında effektivdir, ayaq və dizlərdə gərginliyi azaldır. Döşəməyə oturun, belini düz tutun. Bardaş qurub dizləri mümkün qədər aşağı əyin. 2 dəqiqə bu vəziyyətdə dayanın.

6. Çiçək pozası

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOBelin aşağı hissəsində yaranmış ağrı və qulunclardan xilas olmağa kömək edir. T hərfi mövqeyində döşəməyə yatın, qollarınızı hər iki tərəfə düz açın. Əyilmiş dizlərinizi sinənizə tərəf çəkin. Çiyinləri yerdən qaldırmadan dizlərinizi yüngülcə yan tərəfə endirin. 2 dəqiqə belə pozada qalın və digər tərəfi ilə təkrarlayın.

7. Uçuş pozası

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOBel, böyrək və mədə ağrılarına qarşı xeyirdir. Yerə uzanıb dizləri bükün, qolları isə aşağı doğru uzadın. Mümkün qədər belinizi rahatlaşdıraraq çanaq sümüyünü yavaşca qaldırın və yerə endirin. Məşqi 10 dəfə təkrarlayın.

8. İrəli doğru hərəkət

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOMenstruasiya və oynaq ağrılarını aradan qaldırır. Yerdə oturun, sağ ayağınızı düz saxlayın. Sol ayağı dizdən bükün və onunla sağ ayağı itələyin. Tədricən mümkün qədər irəliləyin. Bu vəziyyətdə 30 saniyə dayanın. Sağ ayaqla təkrarlayın.

9. Rahatlaşma pozası

Baş, bel, əzələ, oynaq və ayaq ağrılarını müalicə edən ÇİN TƏLİMİ - FOTOAyaqlarda yorğunluğu aradan qaldırır, budları rahatlaşdırır. Hündürdaban geyindikdən sonra etmək çox faydalıdır. Ayaqları bir-birinə keçirib təzim edin. Çox rəvan irəliləyin, əlləri yerə qoyun. Sol dizinizi bükün və sağ ayağınızı düz saxlayın. Bu vəziyyətdə 30 saniyə dayanın, sonra digər ayağı ilə eyni şəkildə təkrarlayın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1350   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1126
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 421
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

06.05.2024 254
.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

04.05.2024 275
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 454
.

Qızartmazdan əvvəl bunu edin: Kotletlər dağılmayacaq

Kotlet hazırlayarkən bir çox insan qızartma zamanı parçalanma problemi ilə qarşılaşır. xəbər verir ki, bunların hamısı düzgün olmayan hazırlıq və tipik səhvlərdir. Kotletlərin dağılmaması üçün əsas məsləhətləri təqdim edirik: . Düzgün kompozisiya. Kotletləri bişirməzdən əvvəl inqrediyentlərin tərkibin

05.05.2024 654
.

Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır - TƏHLÜKƏ/VİDEO

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin sonradan digər ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir. Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır. -ın məlumatına görə, usta İsa Yusibov deyi

05.05.2024 508
.

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb. "Mayın 5-də Moskva vaxtı ilə saat 09:01-də (Bakı vaxtı ilə 10:01) 3663 (N24W22) Günəş ləkələri qrupund

05.05.2024 200
.

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər

Mayın 5-6-da geomaqnit qasırğası olacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər akti

05.05.2024 209