Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? – VİDEO

Orta məktəblərdə dərslər saat 9-da başlayacaq? – VİDEOŞəhərdə avtomobillərin çoxluğu təbii ki, öz növbəsində tıxacın da yaranmasına səbəb olur. Dərslər başlandıqdan sonra isə bu vəziyyət daha acınacaqlı olur. Bəs görəsən tıxacların qarşısını almaq üçün hansı addımlar atmaq lazımdır?

ARB TV xəbər verir ki, yeni dərs ilinə cəmi 10 gün qalıb. Bir neçə aydır davam edən nisbətən sakit şəhər həyatı yenidən qaynayacaq. Metro, avtobus, özəl avtomobillər və s. Yollarda yaşanacaq vəziyyəti təsəvvür etmək heç də çətin deyil. Ekspertlər yollarda müşahidə olunan sıxlığı aradan qaldırmaq üçün təklif irəli sürüblər.

Elməddin Muradlı – Nəqliyyat Eksperti: "Nəzərə almaq lazımdır ki, məktəblərin qarşısında əsas sıxlıq məhz ibtidai sinif uşaqlarına görə yaranır. Düşünürəm ki, biz artıq o sovet sistemindən uzaqlaşmalıyıq. Dünyanın heç bir yerində saat 8 də dəsr başlamır. Bu ancaq ola bilər MDB məkanında Budakı sovet quruluşunun təsiridir ki, bəzi ölkələrdə hələdə qalır. Yəni onlar üçün saat 8-də yox 9 da da dərs başlaya bilər".

Təhsil ekspertləri də oxşar fikirdədirlər. Deyirlər ki, səhər növbəsində təhsil alan azyaşlıların əksəriyyəti yuxudan oyanmaqda çətinlik çəkir. Təhsil aldığı məktəb yaşadığı evdən uzaq məsafədə yerləşən balacalar üçün isə bu proses daha da çətin olur.

Elşad Qafarov – Təhsil Eksperti: "Əslində 6 yaşlı uşağın fizioloji xüsusiyyətlərinin nəzərə alanda ən azı 7 dən yuxudan oyanmalıdır. Xüsusən də biz nəzərəalsaq şəhər yerlərində bir yerdən başqa yerə gedərkən və şəhərdə tıxacların olmasına görə ən azı 7 nin yarısı evdən çıxmalıdırlar bunun üçün isə ən azı 6 da yuxudan durmalıdırlar. Xüsusən də aşağı sinif şagirdləri üçün dərs zamanı yuxulu olması dərs prosesinin düzgün mənimsəməməsi bu problemləri yaradır və s".

Psixoloqlar isə fərqli fikirdədi. Onların fikrincə uşaqlarda yuxu rejimini erkən yaşlarında formalaşdırmaq lazımdır. Əfsus ki, bəzi valideynlər buna əməl etmirlər.

Vəfa Əkbər – Psixoloq: "Düzdür bunun bir adaptasiya dövrü var. Əvvəlcədən bir necə həftə buna adaptasiya olunacaqdır. Sonra isə bu uşaq üçün qrafikaya çeviriləcəkdir. Bəzi uşaqlar var ki,onlarda səhər tezdən öyərnmək daha asan olur. Yəni tez qavrayırlar. Uşaqlar var ki,onlar tezdən duranda qavraya bilmirlər. və s".

Qeyd edək ki, Təhsil Nazirliyi 2015-ci ildə rəsmi olaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına Bakıdakı təhsil müəssisələrində iş qrafikinin dəyişdirilməsi ilə bağlı müraciət etsə də, məsələyə müsbət cavab verilməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2600   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 177
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 205
.

Toyda FACİƏ: Altı nəfərdən ibarət ailə yanaraq öldü

Hindistanda toyda baş verən yanğında bütöv bir ailənin üzvləri yanaraq ölüblər. Faciə Bihar ştatının Darbhanqa şəhəri yaxınlığındakı kənddə baş verib. Axşam dostlar və qohumlar yerli sakin Çhaqan Pasvanın nikah mərasiminə toplaşıblar. Təntənəli kortej toy yerinə çatdıqda, fişəngindən çıxan atəş qonaqları

28.04.2024 270
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 172
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 313
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 163
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 184
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 164
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 166