Telman İsmayılov: "Əgər tapsalar, bütün pulları Rusiyaya bağışlamağa hazıram"

Telman İsmayılov: "Əgər tapsalar, bütün pulları Rusiyaya bağışlamağa hazıram"Rusiyanın "Kommersant" qəzeti xəbər verib ki, azərbaycanlı biznesmen Telman İsmayılovun çoxmilyardlıq borclarına görə onun İsveçrədəki bank hesablarına həbs qoyulub.
Qəzetin yazdığına görə İsveçrə prokurorluğu "BM-Bank"ın ərizəsi əsasında Telman İsmayılovun fəaliyyətini yoxlayır. Bankda hesablayırlar ki, T.İsmayılovun digər aktivlərini də axtarıb tapmaq, onlara həbs qoymaq mümkün olacaq. "BM Bank"ın İsveçrə prokurorluğuna təqdim edilmiş ərizəsində göstərilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına qədər T.İsmayılovun nəzarətində olan "Rusline 2000" və "Tropicano Finance B.V." şirkətlərinə ümumi məbləği 230 milyon dollar olmaqla üç kredit verib. Həmin şirkətlərin bank qarşısındakı öhdəliklərinə dair sənədləri İsmayılov özü imzalayıb. Lakin borclar nəzərdə tutulan vaxtda geri qaytarılmayıb.

Bankdan bildirirlər ki, T.İsmayılov və onun nəzarətində olan şirkətlər kreditləri alaraq onlara məxsus olan əmlakları "özgələşdiriblər", bununla da öz aktivlərinin həcmini azaldıblar. Yəni gələcəkdə ödənilməyən borclara görə aktivlərin müsadirə edilməsindən yayınmaq istəyiblər, faktiki olaraq borcun ödənilməsini mümkünsüz ediblər.

Virtualaz.org və haqqin.az saytları bu məsələ ilə bağlı Telman İsmayılovun özü ilə əlaqə yaradıb. Biznesmen ona qarşı irəli sürülən iddiaları rədd edib və deyib ki, həmin şirkətlərə heç bir aidiyyatı olmayıb.

"VTB Bank tərəfindən mənə qarşı təqiblər 2015-ci ilin əvvəllərində başladı, VTB Bank "Bank Moskva"nı (BM Bank-ın əvvəlki adı) alandan dərhal sonra. Hansı ki, mənim şirkətlərimin həmin bankda kredit borcları var idi. VTB Bank "Bank Moskva"nı alana qədər mənim biznesimlə, kreditlərimin qaytarılması ilə və xüsusən də cinayət təqibi ilə bağlı heç bir problemim yox idi",-biznesmen deyib.

İsmayılov qeyd edib ki, 2015-ci ilə qədər onun şirkəti "Bank Moskva"-ya təkcə kredit faizləri üzrə 70 milyon dollar verib, habelə 50 milyon dollar əsas kredit borcunu qaytarıb. "Bundan əlavə biz "Bank Moskva" ilə birlikdə demək olar ki, bütün kredit borcunu bağlamağa hazırlaşırdıq. Bu məqsədlə mən iki iri aktivimi satmağa hazırlaşırdım – "İzmaylovo" ticarət mərkəzini və Krasnıy Presnedəki ticarət-ofis mərkəzini. Birgə səylərlə bu obyektlərə alıcı tapıldı, onunla iki obyektin 150 milyon dollara alqı-satqısı barədə ilkin sənədlər də imzalandı. Mənim şirkətlərim "Bank Moskva"ya cəmi 185 milyon dollar borclu idi. Alıcı hətta 15 milyon dollar beh də vermişdi. Beləliklə, situasiya hamı üçün məqbul şəkildə həll ediləcəkdi-"Bank Moskva" öz pullarının demək olar hamısını geri alacaqdı, mənim şirkətlərimin qalan borcunu isə tədricən ödəyəcəkdik",-o bildirib.

T.İsmayılovun sözlərinə görə, elə bu məqamda VTB Bank ortaya çıxdı, hansı ki, bu bank əvvəllər də müştərilərinin aktivlərini dəyər-dəyməzə əllərindən almaqla ad çıxarmışdı.

"Mən VTB Bank-la aktivlərin satışı və kreditlərin bağlanması barədə anlaşma əldə etməyə çalışdım. Bütün girov əmlakı satıb borcu bağlamağa hazır idim. Bundan əlavə əmlakımı daha yuxarı qiymətə sata bilsəydim banka borcumdan da çox məbləği qaytarmağa hazır olduğumu bildirdim. Bəs sonra nə baş verdi? Sonra VB Bank alıcı ilə sövdələşməni pozdu, 2015-ci ilin iyun ayında mənim "Bank Moskva"da girov olan bütün əmlakımı qanunsuz şəkildə ələ keçirdi, mənim müflis elan edilməyim haqda iddia qaldırdı və haradan ortaya çıxdığı məlum olmayan məbləği-240 milyon dolları geri qaytarmağı tələb etdi. Bundan başqa bank reyder yolu ilə ələ keçirdiyi əmlakımı dəyərindən xeyli aşağı satdı. Sual olunur-görəsən bank həmin aktivləri öz strukturlarına satmayıb ki?",-Telman İsmayılov deyib.

T.İsmayılov təkrar edir ki, VTB Bank onun əmlakını ələ keçirib. Hansı ki, "Bank Moskva" bu əmlakı ona verilmiş kreditdən xeyli yuxarı məbləğə qiymətləndirmişdi. Üstəlik ələ keçirilən əmlak kommersiya təyinatlı idi, hər ay 1 milyon dollara yaxın gəlir verirdi. "Mənim şirkətlərimin "Bank Moskva" qarşısında 185 milyon dollar borcu vardı. Bank girov əmlakımı 250 milyon dollardan yuxarı qiymətləndirmişdi. Hansı ki, bunun özü də aşağı rəqəm idi. VTB Bank mənim əmlakımı ələ keçirəndən-2015-ci ilin iyun ayından bəri onlardan ayda 1 milyon dollar olmaqla təxminən 48 milyon dollar gəlir əldə edib. Deməli bu hesabla VTB Bank bu günə qədər 300 milyon dollar götürüb. Bu hələ ən təvazökar hesablamadır!"-İsmayılov bildirir.

Biznesmen xatırladır ki, bütün bunlardan sonra ona qarşı "uydurma ittihamlarla" cinayət işi qaldırılıb, təqiblər başlayıb. İsveçrə prokurorluğu da VTB Bank-dan onun hesablarını dondurmaq üçün ərizə alıb.

"Üstəlik VTB Bank "Tropicano Finance B.V." şirkətini də mənim adıma yazır, hansı ki, şirkət həmin bankın özünə aiddir. İşlə tanış olan hüquqşünaslar deyirlər ki, heç vaxt bu cür "ağ sapla tikilmiş" iş görməmişdilər! VTB Bank-ın bütün ittihamları saxtadır. İsveçrə prokurorluğu bankın tələbi ilə mənə cinayət işi qaldırmaqdan ittiham etdi, çünki qanunazidd heç nə tapmadı. Əgər mənim adıma yazılan pulları tapsalar hamısını Rusiyaya bağışlamağa hazıram",-Telman İsmayılov belə deyib.

O deyir ki, danışdıqlarının hamısı sənədlərə söykənir və bu sənədləri tezliklə haqqin.az-a təqdim etməyə hazırdır. İsmayılov ona qarşı təqiblərin arxasında nəyin dayandığını təxmin edir, deyir ki, bu məsələ tezliklə üzə çıxacaq, hamıya məlum olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1049   Tarix: 31 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Fransada çevriliş cəhdi xəbəri beynəlxalq ajiotaj yaratdı! Makrona zəng edildi: Ölkənizdə nə baş verir?

Fransada dövlət çevrilişi cəhdinin görüntüləri beynəlxalq aləmdə həyəcana səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, sosial mediada sürətlə yayılan və 13 milyon baxış sayına çatan videoda bir polkovnikin Fransa hökumətini ələ keçirdiyi və Fransa prezidenti Emmanuel Makronun hökumətinin devrilmi

17.12.2025 161
.

Könül Kərimovadan həmkarlarına qadağa: "Buna icazə vermirəm"

Əməkdar artist Könül Kərimova həmkarlarına mahnıları ilə bağlı qadağa qoyub. "Yeni Sabah" xəbər verir ki, o, "Gün ortası" verilişində bildirib: . "İcazə almadan mahnılarımı götürüb ifa edirlər. O bir yana, həm də zəif oxuyurlar. Çox cılız görünür. Belə olmasını istəmirəm. Özü

17.12.2025 178
.

Vanqanın 2026 kəhanəti: Nələr olacaq?

Məşhur bolqar kahin Vanqanın 2026-cı il üçün ekoloji fəlakətlər, geosiyasi problemlər və texnoloji irəliləyişlər barədə proqnozu yayılıb. məşhur görücüyə aid edilən proqnozu təqdim edir:. Təbii fəlakətlərin əlamətləri. 2026-cı ilə qədər bəşəriyyət qlobal istiləşmə, təbii sərvətlərin tükənməsi və fəlakətl

17.12.2025 210
.

Subay insanlar niyə övladlığa uşaq götürə bilmir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda qanunvericiliyə görə yalnız evli cütlüklər övladlığa uşaq götürə bilərlər Lakin Qərb ölkələrində subay insanlarda övladlığa uşaq götürə bilir Bəs bu təcrübə ölkəmizdə niyə tətbiq olunmur? Yəni məntiqlə övladlığa uşaq götürmək istəyən şəxsin götürəcəyi uşağa baxa bilməsi üçün maddi imkan

17.12.2025 212
.

İsrail Hizbullah terror təşkilatının mövqelərini bombalayıb

İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus hədəflərə zərbələr endirdiyini açıqlayıb. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hücumlar təşkilatın hərbi infrastrukturu və silah anbarlarına qarşı həyata keçirilib. Bildirilir ki, əməliyya

17.12.2025 163
.

Naxçıvanda bu qurumlar birləşdirildi

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan bir sıra qurumlar birləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, nazirliyi

17.12.2025 142
.

Aytən Səfərova və qızı Ayza - FOTO

Aytən Səfərova qızı Ayza ilə birgə çəkilmiş fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. "Yeni Sabah" xəbər verir ki, aparıcı sözügedən görüntünü şəxsi instaqram hesabında yayımlayıb. Ayza hazırda Türkiyədə təhsil alır. Aparıcının ondan başqa 2 oğlu var

17.12.2025 304
.

Bakıdakı məktəbdə şagirdlər zorakılığa məzuz qalıb - VİDEO

Bakının 187 saylı tam orta məktəbinin 6-cı sinif şagirdləri və onların valideynləri ciddi narahatlıq içindədir. xəbər verir ki, buna səbəb isə həmin sinifdə təhsil alan bir şagirdin aqressiv davranışlarıdır. Valideynlər bildirir ki, övladları məktəbə getməkdən çəkinir, çünki həmin şagirdin digər uşaqla

17.12.2025 202
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17.12.2025 318
.

TOP MP3