Rusiyalı ekspert: "Amulsar" mədəninin çirkab suları Azərbaycanda fəsadlar törədə bilər - ŞƏRH

Rusiyalı ekspert: "Amulsar" mədəninin çirkab suları Azərbaycanda fəsadlar törədə bilər - ŞƏRH"Ermənistan hökuməti "Amulsar" qızıl yatağının istismarı zamanı ekoloji normalara məhəl qoymayacaq".

Bu barədə "Report"a bunu rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

O, Ermənistanın bunun üçün lazımi maliyyə vəsaitlərinə malik olmadığını bildirib: "Ermənistan kiçik və kasıb ölkə olduğundan ekoloji normalara fikir veriləcəyini, istehsalatın zərərsiz olması üçün ciddi layihələr həyata keçiriləcəyini gözləmək yersizdir. Tullantılar olacağını, çirkab sularının çaylara axıdılacağını hamı dərk edir. Bunların olmaması üçün külli miqdarda vəsait qoyulmalıdır, amma həmişəki kimi, bununla heç kim məşğul olmayacaq".

Ekspert yoxsul ölkələrdə hasilat işləri görülərkən əhalidən icazə alaq kimi qaydaya əməl olunmadığını söyləyib: "Mədənləri işlədirlər, lazımi adamlara rüşvət verirlər, sonra da yerli sakinlər kütləvi öləndə bunun səbəbini bilən olmur. Məncə, Ermənistanda da eynilə belədir".

Y.Mixaylov "Amulsar" yatağı ilə bağlı Ermənistan ekoloqlarının həyəcan təbilini haqlı olaraq çaldıqlarını vurğulayıb: "Axı, ekoloji təhlükəsizliyini təmin etmək üçün qəbul olunduğu kimi, yatağın istismarına dair müvafiq texnoloji əsaslandırma həqiqətən də heç yerdə dərc olunmayıb, heç kim tərəfindən açıqlanmayıb. Odur ki, yerli əhali də, ekoloqlar da narahatdır. Məncə, onlar haqlıdırlar".

"Amulsar" qızıl yatağının istismarı nəticəsində yaranacaq çirkab sularının Azərbaycan ərazisinə də çatıb fəsadlar törədə biləcəyini istisna etməyən rusiyalı ekspert yatağın istismarında iri biznesin lobbiçilik fəaliyyətinin mühüm rolunu diqqətə çatdırıb: "Qızıl hasilatı bahalı işdir, odur ki, bununla yalnız iri maliyyəyə sahib olanlar məşğul ola bilər. Güclü iqtisadiyyata və siyasi potensiala malik olmayan bir ölkə iri beynəlxalq şirkətlər qarşısında acızdir. Məncə, məhz buna görə Paşinyan başqa cür danışmağa başlayıb. Artıq bundan sonra sözügedən yataqda qızıl hasilatının əleyhdarlarına qarşı təzyiqlərin artmasını gözləmək olar".

Rusiyalı ekspert: "Amulsar" mədəninin çirkab suları Azərbaycanda fəsadlar törədə bilər - ŞƏRHQeyd edək ki, "Amulsar" qızıl yatağı ilə bağlı məsələ uzun müddətdir Ermənistan ictimaiyyətinin və siyasi dairələrinin gündəmindədir. Hələ 2016-cı ildə prezident Serj Sarqsyan ABŞ-a işgüzar səfəri zamanı "Lydian Armenia" şirkətinin icraçı direktoru Hovard Stivensonla görüşərək həmin yatağın istismarı ilə bağlı müzakirələr aparmışdı. Amerikalı sahibkar yatağın istismarına dair sərmayə proqramında lazımi ekoloji norma və tələblərin nəzərə alındığını israrla vurğulayırdı.

Lakin "Amulsar" kəndinin sakinləri yatağın istismarının mümkün fəsadları ilə bağlı narahatlıq keçirərək Avropa Yenidənqurma və İnkişaf Bankının ombudsmanına məktub yollayaraq kənddə qızıl yatağının istismarını, habelə siano istehsalı müəssisəsinin inşasını ehtiva edən layihənin beynəlxalq sənədlərə və ekoloji normalara uyğun gəlmədiyi üçün maliyyələşdirilməsini dayandırmağı tələb ediblər. Həmçinin yerli sakinlər yataqda mədən tikintisinə qarşı bir neçə etiraz aksiyası keçiriblər. Bu il iyulun 13-də keçirilən aksiya nəticəsində yolların bağlanması yataq ərazisində ekspertiza işlərini əngəlləmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1037   Tarix: 30 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Baş Prokurorluq ermənilərin öldürdüyü mülki şəxslər barədə VİDEOÇARX HAZIRLADI

Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfində

06.10.2020 934
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

Deren Talu və Serenay Sarıkaya arasında QALMAQAL - "O sənin ögey anandır"

Gündəmdən düşməyən Serenay Sarıkaya və Cem Yılmaz cütlüyü ilə bağlı yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, bu dəfə yeni bir iddia Cem Yılmazın keçmiş sevgilisi Defne Samyelinin qızı Deren Talu tərəfindən irəli sürülüb. Bir şampun brendinin çəkilişinə dəvət edilən Deren Talu həmin təklif

26.08.2020 5459
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079