Telekanallar İTV-yə üsyan etdi

Telekanallar İTV-yə üsyan etdiİctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) proqram və koordinasiya direktoru Rafiq Nəbiyev: «Bu hələ ki, təklifdir…»

Kamil Şahverdi: «İTV-ni fərqləndirmək və ortaya ayrı-seçkilik salmaq haqsızlıqdır»

Bildiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarıyla Mayın 1-də Azərbaycanda bütün xarici serialların yayımı dayandırıldı. Məqsəd Azərbaycan tamaşaçılarını ölkədə istehsal olunan milli filmlərlə təmin etmək idi. Allah tərəfi əcnəbi serialların yayımına qoyulan qadağaya özəl televiziyaların hamısı birmənalı şəkildə əməl etdilər. Belə də ki, heç başqa variantları da yox idi. Sözün düzü, bu qadağadan sonra efirdə yaranacaq boşluq da bizi narahat etməyə bilməzdi. Çünki əcnəbi serialların yığışdırılmasıyla teleməkanda yaranan boşluğun dərhal şahidi olduq. Elə deyəsən Milli Televiziya və Radio Şurasının özü də bu boşluqdan yana izləyicilərdən az narahatlıq hissi keçirmədi. Çünki üstündən bir ay keçmiş qurum yeni fikirə düşməli oldu. Belə ki, gözünüz aydın. Əcnəbi serial həvəskarları, artıq İctimai Televiziya bu fürsəti sizlərə yenidən qazandıracaq. Belə ki, Milli Məclis "İctimai televiziya və radio yayımı haqqında" qanunda bir sıra dəyişikliklərlə yanaşı, ictimai yayım proqramlarına verilən tələblərlə bağlı dəyişiklik edəcək.
Artıq məsələ MM-in Mədəniyyət komitəsinin iclasında müzakirə edilib. Qanuna təklif olunan dəyişikliyə görə, dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində sub-titrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.
Düzdür, İclasda iştirak edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli dəyişikliklərin əksəriyyətini dəstəkləsə də, ictimai yayım proqramlarına verilən tələblərlə bağlı dəyişikliyin əleyhinə olub. O, telekanallar arasında hüquqi bərabərlik yaratmağı məsləhət görüb və: "Əgər türk dilində olan serialları İTV-də versək, yenidən yerli filmlərin stimullaşdırmasında problem olacaq"-deyib.
N. Məhərrəmli MTRŞ-nın qərarı ilə bütün telekanallarda xarici serialların dayandırıldığını xatırladıb: "Amma təklif olunan indiki dəyişikliklə İTV-yə xarici serialların yayılmasına icazə veriləcək".
Qısası, bütün bu əks fikirlərə baxmayaraq, təklif qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Görək, İctimai Televiziya bu xəbəri necə qarşılayıb?
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) proqram və koordinasiya direktoru Rafiq Nəbiyev məsələdən xəbərdar olduqlarını və nəticəni gözlədiklərini bildirdi: «Bu hələ ki, təklifdir və qəbul edilərək Milli Məclisin iclasına təqdim olunacaq. Qanun qüvvəyə minsə, lap yaxşı. Biz də işimizi buna uyğun şəkildə qurarıq». Direktor onu da bildirdi ki, MTRŞ tərəfindən əgər əcnəbi serialların icazəsinə yenidən qərar verilsə, düşünüb-daşınacaqlar. Yəni, nə gəldi efirə verməyəcəklər: «Biz ölçüb-biçəcək, düşünüb-daşınacağıq. Nə gəldi efirə verməyəcəyik, yalnız maarifləndirici, tərbiyələndirici filmləri və serialları tərcümə edərək izləyicilərin ixtiyarına təqdim edəcəyik. Yoxsa ki, ay bu serial gündəmdədir, hansısa ölkədə reytinqləri qırıb-deyə hər nə gəldi efirdə nümayiş etdirməyəcəyik».
Yeri gəlmişkən, İTV-yə verilməsi nəzərdə tutulan bu hüquq artıq bəzi qurumların narazılıqlarına səbəb olub. Belə ki, Media Hüququ İnstitutu "İctimai televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişiklikləri pisləyən bəyanatla çıxış edib. İnstitutun yaydığı bəyanatda göstərilir ki, qanuna ictimai yayımçının əcnəbi serialları, filmləri Azərbaycan dilinə çevirib yayımlaması, ictimai yayımçının dövlət büdcəsindən maliyyələşməsi, ictimai yayımçının öz əmlakı üzərində mülkiyyət hüquqları və yayım xidmətinin rəhbərlərinin seçilməsi qaydaları ilə bağlı müddəalar əlavə ediləcəyi ehtimal olunur: "MHİ ifadə azadlığı ilə sıx bağlı olan qanuna dəyişikliklər nəzərdə tutan təkliflərin ictimaiyyət, ifadə azadlığı sahəsində çalışan qurumlar və ekspertlərlə hər hansı müzakirələr aparmadan, tələm-tələsik, gizli və qeyri-şəffaf qəbul edilib səsverməyə göndərilməsinə təəssüf edir".
İnstitut "İnformasiya əldə edilməsi" haqqında qanunda "normativ hüquqi aktların layihələri yuxarı quruma razılaşdırmaya göndərildiyi andan topluma açıqlanmalıdır" sözlərinin qeyd olunmasına baxmayaraq, qanunvericilik təklifinin təşəbbüskarı olan Prezident Administrasiyası, nə də Milli Məclisin bu qanunvericilik təklifini hələ də öz saytından açıqlamadığını, ictimai diqqətdən kənarda saxlanıldığını vurğulayıb.
MHİ Ölkə Parlamentini bu layihənin tam mətnini açıqlamağa və təklif olunan dəyişikliklərin vətəndaş cəmiyyəti qurumları, media ekspertləri ilə birgə müzakirəsini təşkil etməyə çağırıb.
Maraqlıdır, «ayrı-seçkilik» digər telekanallar tərəfindən necə qarşılanıb?
ANS Televiziyasının həmtəsisçisi Mayis Məmmədovun məsələyə münasibəti birmənalı və qəti oldu: «Əgər İTV-yə əcnəbi serialların nümayişinə icazə verilsə, o haqq digər telekanallara da verilməlidir. Ayrı-seçkilik düzgün deyil, kiminsə səlahiyyətini alıb, kiməsə səlahiyyət vermək ədalətsizlikdir. Başqa cür ola da bilməz». Mayis Məmmədov onu da bildirdi ki, bu məsələ ilə bağlı sabah (yəni bu gün- C.S) şirkətdə toplantı keçiriləcək və yekun qərar bildiriləcək.
Space Televiziyasının rəsmisi Kamil Şahverdi də İTV-i üçün nəzərdə tutulan səlahiyyəti digər televiziyalar üçün «əskiklik» kimi qiymətləndirdi: «İTV niyə digər televiziyalardan fərqləndirilməlidir. Əgər əcnəbi serialların yayımına icazə verilirsə, hamı bu səlahiyyətdən istifadə etməlidir, yoxsa ki, İTV-ni fərqləndirmək və ortaya ayrı-seçkilik salmaq haqsızlıqdır. Biz bu məsələ ilə bağlı sabah (bu gun-C.S) telekanalda toplantı keçirib yekun qərarımızı ictimaiyyətə söyləyəcəyik».
ATV Televiziyasının rəhbəri Vüqar Qaradağlı isə fikrini bir cümlə ilə ifadə etdi: «Sabah (bugun-C) Milli Televiziya və Radio Şurasının toplantısı olacaq. Fikrimi orda bildirəcəyəm». Nə qədər təkid etsək də, V.Qaradağlının əlavəsi olmadı.
Azərbaycan Televiziyasından isə sualımıza cavab almaq cəhdimiz boşa çıxdı.
«Xəzər» və «Lider» Televiziyasının münasibətinə gəlincə, onlar da hələ ki, gözləmə mövqeyində olduqlarını söylədilər.

mənbə: merkez.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6363   Tarix: 07 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826