"Ailəmiz qanuni imtiyazlardan imtina etməyəcək"

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva ilk dəfə mətbuata – Açıqlama verib. O, əməkdaşımızla qısa söhbət zamanı eks-prezidentlər haqqında qanuna münasibətini ortaya qoyub.
"Əgər qanun layihəsi qəbul olunarsa, Elçibəy ailəsi dövlət təminatından imtina etməyəcək"-deyə Modern.az-a açıqlamasında mərhum eks-prezidentin xanımı Həlimə Əliyeva söyləyib.
Xatırladaq ki, iyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək və eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi sonuncu dəfə müzakirəyə çıxarılacaq.
Mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva bildirib ki, ailəsi tam tərkibdə Azərbaycandadır və Bakıda yaşayır.
H.Əliyeva eks-prezidentin övladları Ərturqut və Çilənay xanım haqqında da məlumat verib: "Ərturqut hələ ki, heç yerdə işləmir. İşlə bağlı da hökumətə rəsmən müraciət etməyib və bunun əleyhinədir. Bir müddət əvvəl Türkiyədə yaşayan Ərturqutun yenidən qardaş ölkəyə qayıtmaq fikri də yoxdur. Qızım Çilənay isə öz uşaqlarına baxmaqla məşğuldur".
Həlimə Əliyeva Elçibəy ailəsinin eks-prezidentlər haqqında qanunda nəzərdə tutulan imtiyaz və güzəştlərdən istifadə etmək fikrində olduğunu vurğulayıb.
Qeyd edək ki, bu, indiyədək heç vaxt mətbuatla əlaqə saxlamayan Həlimə Əliyevanın mediaya ilk açıqlamasıdır. Evdar, qonaqpərvər və sadə qadın olduğu bildirilən Həlimə Əliyeva heç vaxt işləməyib, hazırda da işləmir. İki nəvəsinin tərbiyəsi ilə məşğul olur.
Elçibəyin oğlu Ərturqut Əliyev Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Daxili Qoşunların Gəncədəki "N" saylı hərbi hissəsində başa vurub. Hərbi xidmətdən sonra Türkiyənin Milliyyətçı Hərəkat Partiyasının sədri Dövlət Baxçalının dəstəyi ilə qardaş ölkədə təhsilini davam etdirib.
Qeyd edək ki, Milli Məclis "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanunu layihəsini qəbul edəndən sonra, sənəd təsdiq edilməsi üçün dövlət başçsına göndəriləcək. Qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqısının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Bundan başqa, keçmiş prezident və onun həyat yoldaşı baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə və həbs edilə bilməz.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2981   Tarix: 07 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523