"Qızım məni anamdan da çox sevir"

"Qızım məni anamdan da çox sevir"
Əməkdar artist Aybəniz Haşımova sosial mediada qızı Aynişan Quliyeva ilə fotosunu paylaşıb.

Müğənni doğum günü ilə bağlı ona təşəkkür edib.

"Nəhayət son təşəkkürüm. İndiyədək onu çox vəsf etmishəm. Amma bugün onun insanlıq tablosuna necə ad verim ki, ona laiq olsun bilmirəm. Bir övlad valideynini bu qədərmi düşünər, bu qədərmi qoruyar, bu qədərmi sevər? Mən elə bilirdim ki, məni anam qədər kimsə sevə bilməz. Səhv etmişəm. Aynişan məni anamdan da çox sevirmiş" deyə o, yazıb.

Qeyd edək ki, bu günlərdə 52 yaşını qeyd edən Haşımovaya gecə saatlarında tələbələri sürpriz ediblər. Onlar şar, tort gətirərək, müğənni üçün mahnı oxuyublar. Müğənni sosial media vasitəsilə onlara təşəkkürünü ünvanlamışdı.(axşam)

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1796 Tarix: 24.08.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər