Brendləri "ağlar qoyan" məşhurlarımız - Fotolar

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarBütün dünyada insanlar, əsasən də, qadınlar məşhurları örnək alaraq, onların dəb trendi ilə ayaqlaşmağa çalışır. Geyimləri daşıya bilən, onu təbliğ etməyi bacaran ulduzlar isə daim dünyaca məşhur brendlərin diqqət mərkəzində olurlar.

Onlar yeni kolleksiyalarını təqdim etmək üçün məşhurlara müraciət edir, daha yaxşı qazanc üçün ulduzları siması seçirlər.

Sözsüz ki, bu, bizim şou-biznesimizdən də yan keçməyib. Yaxın keçmişə nəzər salsaq, Aygün Kazımova, Brilliant Dadaşova, Röya Ayxan, Nura Suri kimi sənətçilərimizin bir sıra geyim brendlərinin siması olduğunu görə bilərik.

Lakin son günlər məşhurlarımıza diqqət versək, onların 70 faizinin geyim brendlərini görməzlikdən gəldiyini sezə bilərik. Halbuki ölkəmizdə dünya şöhrətli brendlərin demək olar ki, əksəriyyəti var.

Önəmli məqam orasıdır ki, məşhur brendləri görməzdən gələn sənətçilərimizin onları saxtalarını çox yaxşı görürlər və bu məhsulları bəh-bəhlə təqdim edirlər.

Axşam.az şou-biznesin brend adı ilə saxta geyim məhsulları geyinən məşhurlarını təqdim edir:

Son aylar "Gucci" deyəndə Şəbnəm Tovuzlu, Şəbnəm Tovuzlu deyəndə isə "Gucci" yada düşür. Onun bu markanın saxta versiyası olan kəmərini səhv taxması uzun müddət medianın gündəmini məşğul etmişdi. Daha sonra ifaçı eyni brendin daha bir süni məhsulunu ayaqlarında nümayiş etdirib. Bu da yetməyib, "Valentino"nun "xalis" çantasını da onun əlində görmüşük.

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarƏməkdar artist Elnarə Abdullayevanın əynindəki bu "Givenchy" koftadan yəqin ki, brendin dizaynerlərinin xəbəri yoxdur.

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarMüğənni Türkan Vəlizadə əslində, "Dior"un modeli olan bu çantanın Çin məhsulu olan "Gucci" versiyasını alıb.

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarAparıcı Fira Cəlilova da saxta məhsulları geyinmək üzrə digər sənətçilərdən geri qalmır. Onun əynində "Gucci", "Dolce&Gabanna", "Fila" kimi brendlərin oxşadılaraq qayrılmış çanta, libas və ayaqqabılarını görə bilərik.

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarMüğənni Üzeyir Mehdizadə isə "Gucci" bu "ölümsüz əsəri"ni ötən günlərdə nümayiş etdirib.

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarXatirə İslam da saxta məhsullara üstünlük verən ifaçılar arasındadır. O da "Chanel", "Hermes", "Gucci" və digər dünyaca məşhur markalara məxsus imiş kimi "lansə" edilən libasları geyinərək, nümayiş etdirir.

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarZenfira İbrahimovanın geyindiyi kofta və istifadə etdiyi aksesuar "Gucci" və "Fendi" fabriklərində çalışan işçiləri göz yaşı axıtmağa məcbur edir.

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarBu mövzuda ən çox "göz çıxaran" müğənni Damladır. Biz dəfələrlə onun əynindəki "Balenciaga", "Burberry", "Gucci" kimi brendlərə məxsus paltarlara görə "Nəzakət butik"ə təşəkkür etdiyi statuslarını görürük.

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarMüğənni Təranə Qumral isə "Valentino" çantası ilə "göz qamaşdırır".

Brendləri "ağlar qoyan" məşhurlarımız - FotolarSevda Sanaliyeva "Valentino"ya oxşadılaraq tikilmiş libasları evdə geyinməyə üstünlük verir.
Brendləri "ağlar qoyan" məşhurlarımız - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5183   Tarix: 24 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1237
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 1009
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 814
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 807
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

15:11 518
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

22:10 0
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 781
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 633
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 808