Məşqdə ölən Xalq artistlərimiz - ARAŞDIRMA

Məşqdə ölən Xalq artistlərimiz - ARAŞDIRMAFilmlərin çəkilişlərində, tamaşaların məşq proseslərində elə hadisələr də olur ki, aktyorlarımızın həyatı bahasına başa gəlir.

Bəzən isə xırda zədələrlə yadda qalır. Kimisi səhnədəcə dünyasını dəyişir, kimisi həmin zədədən, amma bir müddət sonra. Bu hadisələrdən ucuz qurtulanlar da yox deyil.

Məsələn, dünya şöhrətli cazmenimiz Vaqif Mustafazadə Özbəkistanda verdiyi konsert bitəndən sonra tamaşaçılara baş əyib səhnə arxasına keçib və yıxılıb. Yaxınlaşıb görüblər ki, dünyasını dəyişib.

Xalq artisti Məlik Dadaşov Tədris Teatrında məşq zamanı tələbəsinə edəcəyi hərəkəti göstərərkən yıxılıb və gicgahı stolun küncünə zərblə dəyib. Orda da dünyasını dəyişib.

Aktyor Ağadadaş Qurbanov "Arşın mal alan"ın çəkilişləri vaxtı (Soltan bəy roluna) qızı aktrisa Gülşən Qurbanova ilə birgə qaldığı mehmanxananın eyvanında əyləşib çay içən zaman uçqun baş verir. Ağadadaş Qurbanov həlak olur, balaca Gülşən isə zədə ilə xilas olur.

Eyni hadisə "Dan ulduzu" instrumental qrupunun rəhbəri Gülarə Əliyevanın da başına gəlib. O da eyvanın uçması nəticəsində həlak olur.

Xalq artisti Ələsgər Ələkbərov "Böyük dayaq" filminin çəkilişləri vaxtı başından aldığı zədədən dünyasını dəyişir. Yadınızdadırsa, filmdə Rüstəm kişinin başından çomaqla vurub onu Kürə atırlar. Zərbə planlaşdırıldığının əksinə güclü alınır və aktyor bu zərbənin fəsadlarından uzun müddət müalicə olunsa da, sonda o dərdlə dünyasını dəyişir.

"Axırıncı aşırım" filminin çəkilişlərində isə Əbdül Mahmudova dəyən şillənin barıtı çox olduğundan aktyorun dodağında çapıq qalır.

Xalq artisti Əliağa Ağayev də "Görüş" filmində çaya yıxılarkən başı körpünün suyun altında olan dirəyinə dəyir. Aktyorun sonuncu çəkildiyi "Evlənmək istəyirəm" filmi olsa da, "Görüş"dən aldığı zədə ilə dünyasını dəyişir. "Evlənmək istəyirəm" filminə isə 39-40 dərərcə temperaturda ona vurulan ağrıkəsici iynələrin hesabına çəkilə bilib. Filmin çəkilişləri başa çatanda aktyor artıq dünyasını dəyişmişdi.

Xalq artisti Nəsibə Zeynalovanın sonuncu çəkildi "Məhəllə" filmi olub. Filmin səsləndirmə prosesində Nəsibə xanım artıq rəhmətə getmişdi və filmdə onun səsinin əvəzinə Qorxmaz Əlilinin səsi yazılıb.

Aktrisa Nəcibə Məlikova Hindistanda qastrolda olarkən arxadan çiyninə tullanan meymundan diksinib şəkər xəstəliyinə düçar olub və çox keçmədən rəhmətə gedib.

Bəşir Səfəroğlu da filmə çəkilərkən çoban itlərindən necə qorxubsa, şəkər xəstəliyinə tutulub.

Xalq artisti Firəngiz Şərifova Gənc Tamaşaçılar Teatrında "Mahmud və Məryəm" tamaşasının məşqlərində gözünə düşən projektorun sayəsində yıxılıb və hər iki qolları, qıçı sınıb. O vaxtdan aktrisa səhnəyə çıxa bilmir, müalicədədir.

Həmin teatrın aktyoru Elşən Rüstəmovun Milli Dram Teatrında "Hamlet" tamaşasının məşqlərində Fuad Poladovun polad qılıncı ehtiyatsız fırlaması nəticəsində qıçı sınmışdı.

Xalq artisti Həsən Məmmədov "Dədə Qorqud" filminin çəkilişi vaxtı ilandan qorxub xəstələnib. Bir müddət sonra çəkilişləri davam etdirən Tofiq Tağızadə Həsən Məmmədovun daha çəkilişə gələ bilməyəcəyinin düşünüb təzə "Dədə Qorqud" üçün sınaq çəkilişləri elan edib. Bu vaxt aktyor çəkiliş meydanına gəlib.

"Nəsimi" filmində onun çarmıxa çəkilməsi səhnəsi səhrada bir gün ərzində çəkilib. Çəkilişi yarımçıq qoya bilməyən Rasim Balayevin susuzluqdan halı xarablaşıb.

Xalq artisti Həsənağa Turabov "Bəyin oğurlanması" filminin çəkilişləri vaxtı ilk dəfə hipertonik kriz keçirib. Sonralar ürəyindən əməliyyat olunsa da, aktyor həmin xəstəliklə dünyasını dəyişir. Onu da deyək ki, həmin ilk ürək krizi zamanı Şamaxıda çəkilişə baxmağa gələn yerli camaatdan kimsə aktyora zirinc mürəbbəsi yedirdib və bu mürəbbə ona filmin çəkilişlərini sona çatdırmağa köməkçi olub.

"Əhməd hardadır?" filmindən Əhməd kimi tanıdığımız, əslində sirk ustası Səyavuş Şəfiyev Moskvada qastrol vaxtı mehmanxananın otağında ürək tutmasından dünyasını dəyişir, onu üç gün sonra qapını sındırmaqla tapırlar.

axsam


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1602   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293