"Qafqaz əsiri" filminin nin ulduzu - "Məni meşədə zorlamaq istəyirdi"

"Qafqaz əsiri" filminin nin ulduzu - "Məni meşədə zorlamaq istəyirdi""Qafqaz əsiri" filminin baş qəhrəmanı Natalya Varley başına gələn hadisə barədə danışıb.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, bir dəfə onu taksi ilə oğrulayaraq, dağlara aparıb zorlamaq istəyiblər:

"Bu, filmdən süjet deyil, həqiqətən başıma gələn hadisədir. Hər dəfə bu anı xatırlayarkən hələ də dəhşətli anlar yaşayıram. Bu, yuxu deyil, həyatda başıma gələn real hadisədir. Məni həqiqətən oğurladılar".

Hadisənin Rusiyanın Kislovodsk şəhərində baş verdiyini qeyd edən aktrisa deyib ki, çəkilişdən gec çıxıb və hadisə də bundan sonra baş verib:

"Gec olduğundan dayanacaqda avtobus yox idi. Qarşıda polisin dayandığını görüb ona yaxınlaşdım və "Narzan" otelinə necə gedə biləcəyimi soruşdum. Post-patrul xidmətinin əməkdaşı dedi ki, elə də uzaq deyil. O yaxınlıqdakı taksi sürücüsünə "Valeriy xanımı apar da..." dedi.

Taksi sürücüsü çox hörmət-izzətlə "Volqa"nın ön qapısını açaraq "Buyurun!" söylədi. Mən çox razı halda əyləşərək öz-özümə dedim ki, necə də nəzakətli insanlardır! Və taksi yerindən tərpəndi".

Aktrisa deyib ki, yorğun olduğundan onu yuxu aparıb: "Bir də taksi dayananda ayıldım. Ətrafa baxıram, hər tərəf dağ, meşə. Mən öz çantamdan möhkəmcə yapışdım. Fikirləşdim ki, məndən pul tələb edəcək. Ancaq onun fikrinin başqa olduğunu gördüm.

O məni zorlamaq istəyirdi və mən də ona müqavimət göstərirdim. O dedi ki, onsuz da səni zorlayıb, öldürəcəyəm. Bu barədə heç kimin xəbəri də olmayacaq. O əlimdəki çantanı alıb içindəkilərə baxmağa başladı. Dedi ki, görüm möhkəmcə əlində tutduğun çantada nə var? Orada mənim pasportum var idi və onu açıb baxdı: "Ax, mən axmaq Valeriy?! Aktrisa?! "Qafqaz əsiri"?! bunu deyib öz əli ilə özünü döyəcləyirdi. Necə oldu ki, mən səni tanımadım. Bağışla! Bağışla! Mən də qorxudan bir söz deyə bilmədiyimdəm ancaq başımı yellələyirdim. O məni otelə gətirdi. Özümə ancaq otel otağında gəldim. İstədim ki, polisə zəng edim. Ancaq bir az öncə baş verən hadisəni yadıma saldım. Dedim axı, məni taksiyə məgər polis əyləşdirmədimi? Düşündüm ki, taksi sürücüsü Valerinin polisdə yetərincə tanışı var və onlar ona aradan çıxmağa yardım edəcəklər. Fikirləşdim və fikrimdən vaz keçdim. Düşündüm ki, sağ qalmışam, yetər. Odur-budur tanımadığım taksiyə minmirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1883   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

29.04.2024 327
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29.04.2024 634
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 189
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 176
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

29.04.2024 371
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29.04.2024 904
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29.04.2024 252
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

29.04.2024 336
.

"Threads" Türkiyədə bağlandı

Türkiyədə "Threads" sosial şəbəkəsinə giriş bağlanıb. Axşam.az xəbər verir ki, "Meta" şirkətinə məxsus olan şəbəkə Rəqabət Qurumunun qərarı ilə bu gündən etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır. Bildirilir ki, sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbi

29.04.2024 129