9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, CİNAYƏT İŞİ AÇILDI – VİDEO

9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - Valideynin problemi var, CİNAYƏT İŞİ AÇILDI – VİDEOÖtən gün qeydə alınan hadisə təbii ki, çoxlarını sarsıtdı. Valideyni söyən də oldu, o ananın ümumiyyətlə övladından məhrum edilməli olduğunu deyən də. Əlbəttə, məsələyə hər kəsin fərdi baxış tərzi var. Psixoloqlar isə hesab edirlər ki, bu kimi hallarda ilk növbədə valideynin psixoloji durumu yoxlanılmalıdır.

Vəfa Əkbər – psixoloq: "Burada birbaşa olaraq valideynin problemi var. Birinci valideyn müayinə olmalıdır. Belə himayəçilər, insanlar mütləq şəkildə psixoloji konsultasiyadan keçməlidir".

Dünyanın bir sıra ölkələrində valideyni tərəfindən şiddət görən uşaq ondan ailəsindən alınaraq sosial sığınacağa yerləşdirilir. Və valideynə o halda qaytarılır ki, onun psixoloji vəziyyəti, uşağa baxmaq imkanları və digər tələblər qənaətbəxş olsun. Bizdə isə vəziyyət fərqlidir. "Azərbaycan uşaqları ictimai birliyinin" sədri Kəmalə Ağazadə deyir ki, bizdə əksər hallarda uşağı valideynə qaytarmaq ehtimalı az olur. Bunun səbəbinə gəlincə...

Kəmalə Ağazadə - Azərbaycan uşaqları ictimai birliyinin sədri: "Ailə, valideynlərlə proflaktik söhbətlər aparılır, iş aparılır, onlara xəbərdarlıq edilir. Bu konkret fakt cinayətdir. Əgər uşağa psixoloji təzyiq göstərilirsə onda valideynlər psixoloqa yönəldilir və valideyn hazır olduqda uşaq qaytarılır, amma bu hadisədə uşağın qaytarılması yalnışdır".

Sakin: "Bizim də qurumlar alırlar təhvil verirlər. Bəli, mən onun tam tərəfdarıyam".

Sakin: "Deməli onun valideynin özü normal deyil, xəstədir. Ona görə də belə bir yeni cəmiyyət formalaşdırmaq lazımdır, ailələrdən o uşağı almaq".

Rahil Süleymanzadə - AQUPÜDK-nın təminat şöbəsinin baş məsləhətçisi: "Ana valideynlik hüququndan məhrum ola bilər və uşğı daimi olaraq dövlət öz himayəsinə götürür".

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyir ki, ictimai təhlükəsizliyin qorunması hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir.

Elşad Hacıyev – BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Biz hər birimiz polisin fəaliyyətinin genişlənməsinə fayda verməklə yanaşı, eyni zamanda sosial-neqativ halların polisə məlumatlandırılması ilə bağlı üzərimizə düşən vətəndaşlıq mövqeyini nümayiş etdirməliyik".

Qeyd edək ki, işə gedərkən 9 yaşlı övladını pəncərənin dəmir barmaqlığına zəncirləyən ana barəsində cinayət işi açılıb. Uşaq isə sosial sığınacağa təhvil verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1027   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880