Xəzərə düşən "MİQ-29"LAR və həlak olan PİLOTLARIMIZ - FOTOLAR

Xəzərə düşən "MİQ-29"LAR və həlak olan PİLOTLARIMIZ - FOTOLARİyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayıb və nəticədə pilotumuz Rəşad Atakişiyev həlak olub. Müdafiə Nazirliyi təyyarənin qara qutusunun tədqiqatından sonra qəzaya səbəbin təyyarə ilə toqquşan quş və ya quş sürüsünün ola biləcəyi qənaətinə gəlib.

BiG.AZ xəbər verir ki, redaktor.az-ın apardığı araşdırmaya görə, tarixdə indiyə kimi Xəzər dənizində bir neçə dəfə dəhşətli təyyarə və vertolyot qəzaları baş verib.

Həmin qəzaları təqdim edirik:

1.1966-cı il, 23 aprel

Binə hava limanından (indiki Heydər Əliyev adına beynəlxalq hava limanı) havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğrayıb. Təyyarə ilə əlaqə uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində kəsilib. Aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməyib. Göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmayıb. Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.

2. 2005-ci il, 23 dekabr

Azərbaycan Hava Yollarına (AZAL) məxsus An 140-100 təyyarəsi Heydər Əliyev adına hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.

3. 2008-ci il, 29 yanvar

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb.

4. 12 oktyabr 2007.

"AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq Xəzər 4 platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda olub. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub.

5. 2009-ci il, 12 iyul

"AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu qazma qurğusunun kranına toxunaraq dənizə düşüb, vertolyotdakı 6 nəfərdən ikisi həlak olub.

6. 2019-cu il, 24 iyul

İyulun 24-ü plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. 20 avqustda pilot Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin bütün qalıqları dənizin 27 metr dərinliyində tapılaraq çıxarılıb.
Xəzərə düşən "MİQ-29"LAR və həlak olan PİLOTLARIMIZ - FOTOLARXəzərə düşən "MİQ-29"LAR və həlak olan PİLOTLARIMIZ - FOTOLARXəzərə düşən "MİQ-29"LAR və həlak olan PİLOTLARIMIZ - FOTOLARXəzərə düşən "MİQ-29"LAR və həlak olan PİLOTLARIMIZ - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1852   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Latviya Belarusla sərhəd keçid məntəqəsində işini dayandırıb

Latviya gömrükçüləri Bakı vaxtı ilə saat 15:00-dan etibarən "Qriqorovşina" keçid məntəqəsində nəqliyyat vasitələrinin hərəkətini dayandırıb. "Report" xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsi məlumat yayıb. Qeyd olunur ki, həm Belarusa daxil olan, həm də ölkədən çıxa

16.03.2025 268
.

Tramp İraqda İŞİD liderinin məhv edildiyini bildirib

İraqda İŞİD (İraq Şam İslam Dövləti) rəhbərlərindən biri məhv edilib. -ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, İraqda İŞİD-in qaçaq lideri məhv edilib. "Bizim qorxmaz döyüşçülərimiz yorulmadan onu izləyirdilər"

16.03.2025 196
.

İntihar təhdidi edən ana övladını GERİ ALDI

Kəmalə Ağazadəni intiharla təhdid etməkdə ittiham olunan valideynin uşağı anasına qaytarılıb. -ın əldə etdiyi məlumata görə, uşaq yerləşdirildiyi müəssisədən anaya verilib. Məlumata görə, uşağın səhhəti yaxşıdır. Xatırladaq ki, bu il fevralın 11-də Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünü

16.03.2025 466
.

İranlı general ABŞ-yə xəbərdarlıq edib

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami ABŞ-yə xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. "Təhlükə olarsa, İran sərt cavab verəcək. Biz qəti, sarsıdıcı və dağıdıcı cavab verəcəyik. İranın nüvə saziş

16.03.2025 198
.

Ordumuzun mövqeləri YENİDƏN ATƏŞƏ TUTULDU

Martın 16-sı saat 18:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, bu gü

16.03.2025 487
.

Çin Ukrayna ilə ticarət sazişi imzalayıb

Çin Ukrayna ilə kənd təsərrüfatı təchizatı və su ehtiyatları sahəsində əməkdaşlıq haqqında iki müqavilə imzalayıb. Bu barədə Çinin "Sohu" nəşri məlumat yayıb. Vurğulanıb ki, Çinin hərəkətləri Rusiyaya qarşı deyil və yalnız iqtisadi mənfəətlə diktə olunur. Belə ki, sazişlər Pekinin ABŞ-la ticarə

16.03.2025 219
.

Meloni: İtaliya Ukraynada hərbi missiyada iştirak etməyəcək

İtaliya Ukraynada mümkün hərbi missiyada iştirak etməyi planlaşdırmır. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin çağırdığı və 25-ə yaxın Qərb ölkəsinin liderlərinin Ukraynadakı vəziyyətə həsr olunmuş videokonferansında iştirak edən İtaliy

16.03.2025 197
.

Bu həftə 3 gün işləyəcəyik

Bu həftə 3 gün - 17, 18, 19 mart rəsmi iş günüdür. BİG.AZ xəbər verir ki, Baş nazirin Qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Bayramda

10:08 0
.

Mövqelərimiz ATƏŞƏ TUTULDU

Martın 16-sı saat 09:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. BİG.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

16.03.2025 522
.

TOP MP3